29
1770-ci ildə burada olmuĢ rusiyalı alman təbiətĢünas alimi S.Gmelinin
açıqlamasına görə, Bakı nefti o zaman ildə ancaq 40.000 rus rubli, yəni 164.400
firəng altunu
57
qədər gəlir gətirirdi
58
, Sonra bu gəlir get-gedə artdı və bununla
əlaqədar, Ģəhərin əhəmiyyəti də çoxaldı.
ġəhərin qalası ilk dəfə ġah Ġsmayılın 1501-ci ildəki mühasirəsi ilə əlaqədar
qısaca Ģərh olunmuĢdur. [Burada] qala barədə “Üç tərəfi dəniz, heç bir hökmdarın
əli çatmayacaq qədər möhkəm
59
olub, yalnız bir tərəfdən qurudur; o tərəfi (-4-) də
çox dərin xəndək ilə əhatə edilmiĢdir” məlumatı verilir. Qədim Bakını əhatə edən
bu qalanın qalığı indi də mövcuddur. Bu gün rusların Mixaylovski-sad
adlandırdıqları bağ qədim qalanın xəndəyi yerindədir, qalanın dəniz sahilindəki
hissəsi [isə] indiki Qız qalasından keçmiĢ gömrük yeri və Mixaylov bağçasına
qədər uzanmıĢdı; indi ondan əsər-əlamət qalmamıĢdır. Ümumiyyətlə, qalanın
ancaq Ģimal və qərb hissələri mühafizə olunub, cənub və Ģərq hissələrindən çox az
Ģey qalmıĢdır. Bu gün divardan 850 metrə qədəri mühafizə olunmuĢdur, 500 metrə
qədəri isə xarabdır. Özdəmir Osman PaĢanın yanında baĢ təskirəçi olmuĢ Dal
Mehmet Asəfi, əsli dağıstanlı olan bu dəyərli komandanın dövründə, ġirvana aid
hadisələr sırasında Bakının təsvirinə xüsusi əhəmiyyət vermiĢdir. Onun [dediyinə]
görə, səfəvilər Bakının keçmiĢ qalasını heç bir əlamət qoymadan dağıtmıĢlar. Buna
əsasən Bakının indiki qalası tamamilə
60
osmanlı abidəsi [hesab olunmalıdır]. Bu
gün qalanın 6 qapısı mövcuddur. Osmanlılar qalanı 1586-cı ildə tikmiĢlər. Sonralar
qalanı səfəvilər də təmir etmiĢlər. Divarın Ģimal hissəsində ġamaxı, yaxud ġah
Abbas qapısı adlanan qapının üzərində ġah Abbasın 1627-d ildə (hicri 1077)
qalanı
61
təzələdiyinə dair kitabə vardır. 1647 və 1666-cı illərdə iki dəfə Bakıda
Balıq bəndi var, adı “ġil” adıdır
Gündə on min aqcadır bil xəracı
Gəmilər ilə gəlir hər dəm qumaĢ
Gilan gəmisinin kəsilməz ardı
Satdığı malları tam alacadır (rəngarəngdir)*
Hər mətaından (malından) iyirmi beĢdə bir
Nəqd on yük aqcadır vasilləri
Su kimi çah içrə qaynar dəmbədəm.
Doldurur hər il otuz yüz məxzəni.
Qızıl simli balıqların damıdır (ucasıdır).
Belə ayrılmıĢ ilk zamandan bacı.
Neftlə əvəz edib alırlar maaĢ.
Xocalar sevdadan olmazlar ayrı.
Sankı Misir malıdır, əlacadır.
Alınır, tamqa deyə, ey binəzir.
57
1764-cü ildən sonra rus rubli 18 qram gümüĢ olub, 10 altun manata və ya 4110 franka bərabərdir.
58
S.Gmelin, Reise durch Russland und Kaukasus, III, 36.
59
Aləm-Ara, 20: Heç bir Ģövkət sahibinin əli onun torpaq bəndinin ətəyinə çatmaz (P. V.).
60
ġücaətnamə, Yıldız nüsxəsi, № 2385, vər. 123
a
:
Qalasından yox idi əsla əsər
Hər tərəfindən edirdi xər güzər.
61
V.V.Bartold, E.Ġ., 1,635-ci [səhifədə yazıldığına] görə 1017-ci ildə.
30
olmuĢ Evliya Çələbi Ģəhəri yaxĢı vəsf edir
62
. Onun yazdığına görə, “ġəhər
divarının üç qapısı olmuĢdur: Gilan, Dərbənd (Bab əl-Əbvab - P.V.) və dəniz
tərəfindən Liman qapıları. Burada minə qədər ev, camelər, bazarlar vardır. Bundan
baĢqa təpənin üstündə dövrəsi 700 addıma qədər olan iç qala mövcuddur. Bunun
qərb qapısı dəmirdən düzəldilmiĢdir. Bu iç qala qaya üzərində olduğundan xəndəyi
yoxdur. Qalanın içində tavanları torpaq olan yetmiĢə qədər köhnə ev vardır.
[Burada] Heydər ġah camesi adında bir came varsa da, minarəsizdir. ġəhər əhalisi
hənəfi və Ģafei mənsəbli sünnilərdir. Gözəl vücudlu, amma çox qayğıkeĢdirlər”.
Çələbidəki bu iç qalanın aĢağıda bəhs olunacaq Xan-sarayı və digər binaları əhatə
edən divardan və çöl qala olaraq təsvir etdiyi isə indi haqqında danıĢılan Bakı
qalasından ibarətdirmi? Bunu, əlbəttə, məsələni yerindəcə tədqiq etmək imkanına
malik olanlar söyləyə bilərlər. Asəfi PaĢanın kitabının öz dövründə yazılan Yıldız
nüsxəsində Bakı qalasının boyalı Ģəkli də vardır
63
.
ġəhərin ətrafında heç bir ağac olmadığından qədimi binalar çox (-5-) lazımlı
olmuĢdur. Bizim zəmanəmizdə də bütün türk aləmində ən sağlam yonma daĢ
binalara malik olan və bu binalar da türk ustaları tərəfindən tikilərək türk
sərmayədarlarının mülkü olan yeganə müasir Ģəhər Bakı idi.
Qədim qalanın daxilində olan qədim Ģəhərin planı çox dəyiĢmiĢ, qala
Bakının aĢağı sahil məntəqələrinə hakim olan təpənin ətrafını əhatə etmiĢdir.
Həmin təpənin üstündə isə Xan sarayı mövcud olmuĢdur ki, indi də vardır. Saray
sarıya çalan yonma daĢdan tikilmiĢ və bir neçə hissədən ibarətdir. Biri ikimərtəbəli
saraydır ki, heç bir yerində kitabəsi yoxdur. Onun ġah Xəlilullah dövründə tikildiyi
zənn olunur. Otaqlarının bölgüsü rusların dövründə hərbi sursat anbarı kimi
istifadə vaxtı dəyiĢdirilmiĢdir. Bunun Ģimali-qərbində divanxana mövcuddur.
Qapılarında kufi xətti ilə yazı (11) mövcud olsa da, əksəriyyəti tarixsizdir. Yalnız
bir qismində 832 hicri (1428/9) tarixi oxunur. Yəni ĢirvanĢah Xəlilullah dövrünə
aid edilir. Xan sarayının cənub, cənubi-Ģərq və qərb tərəflərində saray qalasının
divarı var; bunun cənub tərəfindəki qapının küçəyə baxan xarici tərəfində 994-cü
(1586) ildə Sultan Muradın əmri ilə tikildiyinə dair bir kitabə vardır. [Bu] iç
divarın həyəti daxilində Xan sarayının cənubi-qərbində bir came də varmıĢ; amma
1917-ci ildə dağıdılmıĢdır
64
. Bunun qərbində DərviĢ türbəsi adlanan bir türbə də
mövcuddur. Sənət tarixi baxımından onun əhəmiyyətindən danıĢılır. Onun XV əsrə
aid olduğu zənn edilir. Yəqin ki, came Evliya Çələbidə [haqqında] məlumat verilən
Heydər ġah camesi, türbə isə ġeyx Səfi Ərdəbilinin davamçılarından sayılan ġeyx
ġəriminin türbəsidir. Saray həyətinin cənubi-qərb tərəfində Xan məscidi və gözəl
62
E.Çələbi, II,300; VII, 802.
63
ġücaətnamənin Yıldız nüsxəsinin sonunda (vər. 282
b
- 283
a
) kitabın yazılmasının və üzünün
köçürülməsinin tarixi eyni gündür: 15 Ģəvval 994-cü il = 30 sentyabr 1586. Zənnimcə bu padĢaha
təqdim edilmək üçün yazılan nüsxədir. Rəsmlər osmanlı miniatürçülərinin ən mühüm abidələrini təĢkil
edir.
64
Сысоев, Краткий путоводитель по …, Баку: 1925, с. 7.