9.İS qurulma əsasları. Layihə və onun idarə olunması



Yüklə 119,01 Kb.
Pdf görüntüsü
səhifə3/3
tarix23.09.2023
ölçüsü119,01 Kb.
#123530
1   2   3
muh

İnformasiyanın xüsusiyyətləri.
Göründüyü kimi verilənlərə daha çıx sintaksis aspektdən 
baxılır. İnformasiyaya isə verilənlərdən fərqli olaraq daha çox semantik aspektdən, yəni məzmun 
cəhətdən baxılması məqsədəuyğun hesab edilir. İnformasiyanın əsasən aşağıdakı iki xüsusiyyətə 
malik olması zəruridir: aktuallıq və vaxta uyğun olması. 
İnformasiyanin aktualliği qərar qəbul etmə üçün onun yararliliğinin saxlanma dərəcəsi ilə 
müəyyənləşdirilir. İnformasiyanın aktuallığı informasiya alınması üçün istifadə olunan 
verilənlərin hansı müddətə tələb olunan xüsusiyyətləri və mahiyyətini saxlamasından asılıdır. Əgər 
verilənlər köhnəlirsə və uyğun prosesi təqdim etmək qabliyyətini itirirsə. Onda həmin verilənlərin 
aktuallaşdırılması və ya yenilənməsi tələb olunur. 
İnformasiyanın vaxta uyğunluğu xassəsi onun lazımi vaxtda daxil olmasını şərtləndirir. 
İnformasiya tələbata uyğun vaxtdan əvvəl daxil olarsa. O qərar qəbul etməyə qədər öz aktuallığını 
itirir. Əgər informasiya qərar qəbul etmədən sonra daxil olarsa o heç bir əhəmiyyət kəsb etmir.


Biliklərin xüsusiyyətləri. 
Məlum olduğu kimi, biliklər emal olunmuş informasiyadan alınır. 
Bu səbəbdən də həm verilənlərin, həm də informasiyanın malik olduğu müsbət cəhətlər biliklərdə 
cəmlənir. Biliklər aşağıdakı şəkillərdə mövcud ola bilərlər 
-
Konkret sahəyə aid olan konkret bilik kimi. Bu şəkildə biliklər ayrıca sahə üzrə 
mövcud olan informasiyadan alınmaqla konkret şəkildə qoyulmuş məsələnin həllində qərarların 
qəbul edilməsi üçün istifadə olunur
-
Umumiləşdirici və ya konseptual bilik kimi. Bu şəkildə olan biliklər bir çox sahələr 
üzrə olan informasiyalardan alınır və adətən əlaqəli sahələrə və idarəetməyə aid məsələlərin 
həllində istifadə olunur. 
-
Metabiliklər kimi. metabiliklər-biliklər haqqında biliklərdir. Onlar yeni biliklər. 
sonda isə elm yaradır.
Metabiliklərə misal göstərək: kimyada- Mendeleyev cədvəli yeni kimyəvi elementlərin 
mövcudluğundan xəbər verdi; genetikada- Vavilovun homoloji sıralar nəzəriyyəsi konkret 
regionda verilmiş xassələrə malik bitkilərin olduğunu göstərdi; fizikada- Semyonovun zəncirvari 
reaksiyaları nəzəriyyəsi kimyəvi və nüvə reaksiyalarını izah etdi və göstərdi ki bu reaksiyalar 
nəticəsində enerji və yeni məhsullar yaranaraq zəncirvari reaksiyanı davam etdirir. 
Əslində metabiliklər elmin fəlsəfəsi olub. elmi nəzəriyyələrin gəldikləri son nəticələrdən 
ibarətdirlər. 
Müasir dövrdə, yeni texnologiyaların və üsulların tətbiqi biliklərin vacibliyini önə çəkir. 
İnkişaf etmiş dünya ölkələrində “qeyri material istehsalı” sahəsi olan yeni sahə yaradılır və inkişaf 
etdirilir. Bu sahənin əsas vəzifəsi biliklərin istehsalı, emalı, saxlanması və təqdim edilməsini 
həyata keçirir. İnformasiya cəmiyyətində biliklər qərarlar, qaydalar. Standartlar, normativlər, 
kodekslər şəklində fəaliyyət göstərir. Hazırda müəssisədə istehsalın təşkili və idarəetmənin günün 
tələbləri səviyyəsində həyata keçirilməsi rəhbər vəzifədə olanların. Mütəxəssislərin biliklərdən 
istifadə bacarığından sıx asılıdır. Adətən bu proseslərdə istifadə olunan biliklər müəyyən qaydalara 
və qanunauyğunluqlara tabedirlər. lakin nəzərdən qaçırmaq olmaz ki. bütün cəmiyyətlərdə olduğu 
kimi, informasiya 
cəmiyyətində də eyni əqidəyə, baxışlara. Dinə məxsus müxtəlif qrupların tabe 
olduqları yazılmamış qanun və qaydalar da mövcuddur. Məhz buna görə də biliklərə yalnız istifadə 
aləti. inkişafın əsas faktoru kimi deyil, həm də qanun yaradıcısı. Inandırma vasitəsi, yeni bilik və 
qaydaların törədicisi kimi baxmaq lazımdır.
İnformasiya, verilənlər və biliklər hər bir prosesdə bir-biri ilə sıx əlaqədar olduqlarından 
və spiralvari inkişaf modelində onlardan birinin digərini törətməsini nəzərə alaraq hazırda 
verilənlər, informasiya və biliklərdən istifadə də informasiya sistemlərindən, onun xüsusi növləri 
olan intellektual sistemlərdən istifadə olunur. Müasir dövrdə ən geniş istifadə olunan intellektual 
sistemlər ekspert sistemləridir. Bu sistemlər sorğu, axtarış, qərarların qəbul edilməsi, əlaqələrin 
qurulması, perspektiv planların hazırlanması, proqnozların verilməsi və s. sahələrdə geniş tətbiq 
olunur. Qeyd olunan informasiya sistemlərinin əsasında isə xüsusi qayda və tələbatlara uyğun 
yaradılmış verilənlər bazaları durur.Verilənlər bazaları həm verilənlərin, həm onlardan istifadə 
edilərək hazırlanmış informasiyaların, həm də biliklərin saxlanması, emalı və təqdimatı üçün 
istifadə olunur. 
İnformasiyanın saxlanmasında başlıca vasitə olan fayylarla əlaqədar bir çox ça-
tışmamazlıqların olması verilənlər bazasının yaranmasına səbəb olmuşdur. Başqa sözlə veriənlər 
bazası fayl sistemlərinin inkişafı nəticəsində yaranmışdır və verilənl-ərin strukturunun ən yüksək 
səviyyəsi hesab olunur. Verilənlər bazası konsepsiyası tam şəildə XX əsrin 60-cı ıllərin sonunda 
formalaşdırılmışdır. Verilənlər bazası
 
bir yerdə saxlanan, mərkəzləşdirilmiş idarə olunan, bir-biri 
ilə qarşılıqlı əlaqəli və müxtəlif istifadəçilər tərəfindən müxtəlif məqsədlərlə istifadə edilən fayylar 
toplusudur. Ve
rilənlər bazası elə təşkil olunur ki, orada
a) verilənlərin izafıliyi minimum olur; 
b) verilənlər, onları emal edən proqramlardan asılı olmur; 
c) verilənləri axtarıb tapmaq, onları dəyişdirmək və yeniləşdirmək üçün ümumi idarəetmə 
üsullarmdan və vasitələrindən istifadə olunur; 
d) verilənlər bazasının tətbiq sahəsini genişləndirmək mümkün olur. 


İstifadəçilər verilənlər bazası ilə işləyərkən verilənlər bazası üzərində aşağıdakı 
əməliyyatları yerinə yetirirlər: verilənlərin seçilməsi, əlavə edilməsi, dəyişdirilməsi və 
kənarlaşdırılması. Verilənlər bazasınınn layihələndirilməsi tətbiq sahəsinin strukturlaşdırılması ilə 
başlanır. Əvvəlcə obyektlər təsnif olunur və verilənlər bazasında əks olunan obyektlərin tipləri 
təyin olunur. Sonra isə hər bir tip üçün tipə məxsus obyektləri təsvir edən xassələr və həmin 
obyektlər arasında əlaqələr müəyyənləşdirilir. Nəhayət, həmin obyektlər haqqında verilənlər 
bazasında hansı informasiyanın saxlanması və bu informasiyanın verilənlər vasitəsilə necə təsvir 
olunması məsələsinə baxılır. Göstərilən məsələlərin həlli verilənlər bazasının struktur 
layihələnndirilməsinin əsas mahiyyətini təşkil edir. Struktur layihələndirməyə başqa sözlə 
konseptual layihələndirmə də deyilır. Beləliklə, struktur layihələndirmədə əsas məqsəd verilənlər 
bazasına daxil edilən verilənləri müəyyənləşdirmək və onları verilənlər bazasını idarəetmə 
sistemlə-rindən asılı olmayan formada təsvir etməkdən ibarətdir. Bu mərhələnin yerinə yetirilməsi 
nəticəsində verilənlər bazasının struktur və ya konseptual sxemi yaradılır ki, həmin sxemə də 
informasiya-
məntiq sxemi deyilir. 

Document Outline

  • 9 .İS qurulma əsasları.
    • 9.1.İnformasiya ehtiyatları

Yüklə 119,01 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə