9.İS qurulma əsasları. Layihə və onun idarə olunması


İnformasiya ehtiyatları



Yüklə 119,01 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix23.09.2023
ölçüsü119,01 Kb.
#123530
1   2   3
muh

9.1.
İnformasiya ehtiyatları
İnformasiya ehtiyatları dedikdə müasir cəmiyyətin inkişafında xüsusi rola malik olan
inkişaf tempini müəyyənləşdirən, eləcə də İKT-larının tətbiqini özündə əks etdirə bilən 
komponentlər nəzərdə tutulur. İnformasiya ehtiyatlarının əsasını müxtəlif təyinatlı informasiya, 
verilənlər, biliklər təşkil edir. 
İnformasiya- fundamental və prinsipial anlayış olub, bütövlükdə müasir cəmiyyətdə, eləcə 
də informasiya sistemlərində baş verən proseslərin başa düşülməsi və qavranması üçün açardır. 
İnformasiya formal mənada isə formasından asılı olmayaraq şəxslər, faktlar, əşyalar, hadisələr və 
proseslər haqqında məlumatlardır.
Verilənlər- hadisələr və təzahürlər haqqında qeyd olunmuş məlumatlardır. 
İnformasiya- istifadəçinin qərarların qəbul etməsi və analitik tədqiqatların aparması üçün 
yararlı şəkildə təsvir olunmuş, emal edilmiş verilənlərdir. 
Biliklər- qərarların qəbul edilməsi və məsələlərin həlli üçün istifadə edilən və ya istifadə 
edilmiş, emal olunmuş informasiya, eyni zamanda qərarların qəbulu üçün informasiyanın emalı 
üsulları haqqında məlumatlardır.
Məlumatların əsas hissəsi onları təşkil edən rəqəmlər, hərflər, simvollar- işarələr 
formasında emal olunur və ötürülür.
Müasir informasiya sistemləri özündə üç tərkib hissəsini birləşdirir: texnologiya, biznes və 
insanlar. Informasiya sistemləri mühitində insanlar informasiya texnologiyalarının köməyi ilə 
iqtisadiyyat, biznes və idarəetmə məsələlərini həll edir.
Texniki tərəfdən hər bir mütəxəssisi ötürülən informasiyanın həcmi, onun saxlanmasına 
olan tələblər, ötürülmə istiqaməti, ötürmənin sürəti və informasiyanın nə cür təqdim olunması daha 


vacibdir. Bunlar içərisində ən çətini informasiyanın kəmiyyətcə qiymətləndirilməsidir. Adətən 
informasiya istifadəçilərini daha çox alınan informasiyada olan lazımlı məlumatların olub-
olmaması və miqdarı maraqlandırır. Həm istifadəçi. Həm də istehlakçını maraqlandıran isə 
istifadəyə verilmiş informasiyadan əldə olunacaq gəlir maraqlandırır. Qoyulan bu sualların cavabı 
informasiyanın xassələrinin tədqiqi ilə müəyyənləşdirilə bilər. 
Verilənlərin xüsusiyyətləri. 
Topla
nmış verilənlər onların aid olduqları hadisə və prosesi 
tam əks etdirmə xüsusiyyətinə malik olmadırlar. Burada əsas əhəmiyyətə malik olanlar 
aşağıdakılardır: 
-
verilənlərin yığılması üçün obyektin düzgün seçilməsi
-
ölçü üçün əhəmiyyətli olan əlamətlərin müəyyənləşdirilməsi; 
-
obyektlərin yetərincə sayının olması; 
-
verilənlərin, onlardan istifadə edilərək həll olunması nəzərdə tutulan məsələnin 
qoyuluşuna uyğun olması. 
V
erilənlərin göstərilən xüsusiyyətlərə malik olması və bu tələbləri ödəməsi toplanmış 
veril
ənlərin emalından sonra alınacaq informasiyaların qərarların qəbul edilməsi üçün hansı 
dərəcədə yararlı olacağını müəyyənləşdirir. Məlumdur ki, informasiya məsələnin qoyuluşu 
müəyyənləşdirildikdən sonra meydana gəlir və yalnız bundan sonra mövcud verilənlər seçilir, 
emal edilir və informasiya şəklində təqdim olunur. 
Verilənlərin digər xüsusiyyətləri onların dəqiqliyi ilə əlaqədardır. Bu baxımdan 
aşağıdakıların seçilməsi qəbul edilmişdir: 
-
ədədin sonuncu mərtəbəsinin qiymət vahidi ilə ölçülən formal dəqiqlik
-
ədədin sonuncu mərtəbəsinin qiymət vahidi ilə ölçülərək gerçəkliyinə qarant verilən real 
dəqiqlik; 
-
maksimal və ya əldə oluna bilən dəqiqlik, hansı ki, verilənlərin toplanmasının konkret 
şəraitində əldə olunur; 

həlli üçün verilənlər toplanan məsələnin tələbatları ilə müəyyən olunana lazımi və ya 
tələb olunan dəqiqlik. 
Adətən praktikada verilənlərin gercəklikliyi və ya etibarlılığı verilənlərdəki xətalar və ya 
kənarlaşmalarla müəyyənləşdirilir. Bunlara isə aşağıdakı faktorlar təsir edir: 
-
verilənlərin ölçülməsi dəqiqliyi; 
-
ölçmə və ya hesablama metodikası; 
-
informasiya prosesinin müxtəlif mərhələlərində maraqlı olan şəxslər tərəfindən 
verilənlərə daxil edilməklə alınan təhriflər. 
Aydındır ki, kiminsə maraqlarına görə təhrif edilmiş verilənlər etibarlı sayıla bilməz və bu 
verilənlərdən alınan informasiya ilə işləmə də mənasızdır. 
Prosesi və ya obyekti tam əhatə edən, həlli tələb olunan məsələnin qoyuluşuna uyğun olan, 
dəqiq, gerçək və etibarlı verilənlər həmin obyekt və proseslərin öyrənilməsi və həll üçün yaralı 
verilənlərdir. 
İnformasiya ehtiyatlarının digər bir tərkib hisssəsi və ya növü olan informasiyanın 
xüsusiyyətlərinin və istifadə mexanizmlərini nəzərdən keçirək. 

Yüklə 119,01 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə