676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

fikrincə, yazıdan belə çıxır ki, kimmelərin öndəri Tuqdamme Aşşur mənbələrindən Manna ilə
bağlı olduqları məlum olan sakların üzərində də hökm sahibi imiş (139.84).
Herodotun yazdıqlarından belə anlaşır ki, kimmerlərin bu bölgədəki hakimiyyətinə hansısa
iskit tayfası son qoymuş, onları Araz çayını keçərək öncə Qara dənizin cənub sahillərinə, daha
sonra isə şimal sahillərinə sıxışdırmışdır. Lakin tarixin atası bu hadisəni iki versiyada nəql
etmişdir. İkinci versiyaya görə iskitlər Araz çayı sahilində yaşayırdılar. Onlar Araz çayını
keçib kimmerlər ölkəsinə gəldilər və onları təqib etməyə başladılar (75.24). Lakin
mütəxəssislər həmişə birinci versiyaya üstünlük vermiş və bu iskitlərdən gəlmə xalq kimi
söhbət açmışlar. Halbuki, arxeoloji f aktlar da, ən qədim yazılı mənbələr də iskit və sakların
ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir. Bu barədə bir qədər
sonra. Herodot Qara dəniz sahillərində yaşayan iskitləri “skolot” adlandırır (55.276).
Skolotların tədqiqi bu əsərdə qarşıya qoyulan hədəflərin obyektlərindən biri olmasa da,
iskitlərin dil və ədəbiyyatı barədə müəyyən təsəvvür əldə etmək üçün onlar barədə də bir neçə
kəlmə söyləməmiz lazımdır.
Qiyasəddin Qeybullayev “skolot” etnonimi barədə yazır:
“Hesab edirik ki, Qara dənizin quzey sahillərində qeydə alınmış “skolot” etnoniminin
“iskutay”,”iskuday” (işquz) etnoniminə heç bir dəxli yoxdur, çünki, birincisi, bu etnonim
(ərəb müəllifləri tərəfindən bulqarların bir qolu kimi qeyd edilən və Orta Asiyanın bir çox
türk xalqlarında qorunub saxlanılan ad olan)”eskel”, eşkil”, “iskil”, “eskil” etnonimindən və
qədim türk dilindəki “-ut”, “-”ot” cəm şəkilçisindən yaranmışdır, ikincisi, “skolot” bütün
iskitlərin deyil, yalnız Qara dənizin quzeyində yaşayan iskitlərin adı olm uşdur.” (55.276).
Deməli, alimin də haqlı olaraq qeyd etdiyi kimi, “skolot” adı “eskel” etnonimi və “ -ut” cəm
şəkilçisindən yaranmış bir etnonimdir. Yəni bu halda vaxtilə ərəb mənbələrində bulqar
türklərinin bir qolu kimi qeydə alınmış eskel xalqından söhb ət gedir. Maraqlıdır ki, hazırda
Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət öz
türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini “sekel” adlandırırlar. Bu xalqın ən
azı XVl əsrə qədər türk- -run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə
yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi
məlumdur. Bu barədə Murad Aci yazır:


“Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqq erlərə mənsub
knyaz və qrafların arxivində işlərkən 1553 -1555-ci illərin hadisələrindən bəhs edən qədim
mətnlərə rast gəldi.Bu mətnlər əvvəllər,çox güman ki,tövlə olmuş bir binanın divarlarından
kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi.Lakin Babinger Tomsenin
əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini
xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə -Vilhelm Tomsenə göndərdi.Mətnləri alan
Tomsen çətin vəziyyətə düşdü.Yazının hərfləri türk hərflər ini xatırlatsa da, onlardan bir qədər
fərqlənirdi.Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk
dilinin Avropa dialekti çıxmışdı.” (32.109-110).
Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun
Avropa mənşəliliyinə heç bir şübhə yox idi.Mətnin dilini Tomsen “qədim macar dili”
adlandırdı.Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış
olsalar da və türk dilini unutsalar da özlərinin türk mənşəliliyini unutmamışdılar (32.111).
Herodota istinadən skolotların, yəni sekellərin dörd soydan -avxat, katair, traspi və paralat
soylarından ibarət olduğunu söyləyən Qiyasəddin Qeybullayev avxatların bu günə qədər
qırğız türklərinin etnik qruplarından biri olan avaqat lar (111.298), paralatlların isə Cənubi Rus
düzənliyində peçeneq türklərinin içərisində qeydə alınmış borotalmatlar olduğunu bildirir
(55.309).
Bütün bu deyilənlərdən nəticə çıxmamalıdır ki, kimmerləri Azərbaycan və Ön Asiayadan
sıxışdıranlar sekellər imiş. Çünki irəlidə görəcəyimiz kimi, bu xalq işquzlar olmuşlar və
onların təqibindən yaxa qurtarmağa çalışan kimmerlərin tərkibində sak və utilərin də bir qismi
Qara dənizin şərq və şimal sahillərinə köçməli olmuşdular. Elə bu üzdən də Prokopiya
keçmişdə “kimmer” adlanan utiqurlardan (utilərdən) və hunlardan söhbət açarkən onlarla
qonşuluqda saqinlərin (sakasinlərin), yəni sakların da adını çəkimişdir (104.20;55.96 -97).
Kimmerlərin bir zamanlar Azərbaycanda yaşadıqlarını çoxsaylı etnotoponim-lər də sübut
etməkdədir. Artıq qeyd etdiyimiz kimi, Yusif Yusifov kimmerlərin adının aşşur mənbələrində
“qimiraya” (qimirə mənsub) kimi çəkildiyini əldə əsas tutaraq, Zaqatala rayonu ərazisindəki
Qımır vı Qımırlı yer adlarının bu xalqdan yadigar qalan etnotoponimlər olduğunu bildirmişdir
(1.104). Firidun Ağasıoğlunun yazdığına görə, Quzey Azərbaycandakı Qəmərli və Kəmərli,
eləcə də Güney Azərbaycandakı Kəmər, Komar, Xomarlu kimi yer adları kimmerlərdən
qalma yer adlarıdır (7.97). Qiyasəddin Qeybullayev Qərbi Aərbaycandakı Gümrü (55.318),


Güney Azərbaycandakı Komar, Kəmər və Kəmərdaran topnimlərinin də kimmer -lərlə bağlı
olduğunu yazır və həmin kəndlərin azəbaycanlı, yəni türk kəndləri olduğunu vurğulayır
(55.321). Alim eyni zamanda, XlX əsrdə Azərbaycan və Er-mənistanda (Qərbi Azərbaycanda)
5 Kəmərlu adlı kəndin qeydə alındığını və onlarda da Azərbaycan türklərinin yaşadıqlarını
diqqətə çatdırır, Qazax rayonu ərazisindəki Kəmərqaya və Borçalıdakı Böyük Kəmərli və
Kiçik Kəmərli kəndlə-rinin kimmerlərin adını bu günə qədər yaşat dıqlarını vurğulayır
(55.320), İranın müxtəlif bölgələrində yarləşən Kəmər (2 dənə), Kəmərabad,
Qomar,Qəmərabad və s. yaşayış məntəqələrini, eləcə də Türkiyədəki Kemerli kəndini də eyni
sıraya daxil edir. Müəllif İranın cənubunda yaşayan qaşqay türklərinin soylarından birinin
bugünə qadər ” qamər” adlandığını diqqətə çatdırmağı da unutmur (55.321).
Kimmerlər barədə tarixdə ilk dəfə söz açan ən ilk mənbələr onlardan Azərbaycan, daha dəqiq
desək, Manna sakinləri kimi söz açmaqdadır (38.2). Bu et -nik qrupun e.ə Vll əsrdə Kür-Araz
ovalığında yaşadıqları barədə də yetərincə məlumat vardır. S.T.Yeremyana görə, iskitlər bura
gələnə və onları sıxışdırana qədər kimmerlər Araz düzənliyində yaşamışlar (147.52).
Konkret olaraq sak adı ilə tanınan etnik qruplara gəlincə, birmənalı şəkildə deyə bilərik ki,
kimmerlər, saklar, işquzlar və s. qədim mixi yazılardan da göründüyü kimi, eyni dildə və ya
eyni dilin müxtəlif ləhcə və şivələrində danışan eyni etnosun müxtəlif konkret qrupları
olmuşlar. Müxtəlif dövrlərdə onlardan hər hansı biri üstün vəziyyətdə olduğu dövrdə həmin
qrupun adı digərləri üçün də ümumiləşdirici ad kimi çıxış etmişdir. Yuxarıda gördüyümüz
kimi, müəyyən bir dövrdə bu qruplar üçün “kuti” və “kimmer” adlarıı ümumi ad idi. Sonrakı
dövrdə isə saklar üstün vəziyyətə gəlmiş və digər qohum etnik qruplar da bu ümumiləşdirici
adla tanınmışlar. Bu hal fars-Əhəmənilərin hakimiyyətə gəldikləri dövrə qədərki zaman
kəsiyində baş verdiyi üçün qədim fars mənbələrində, ilk növbədə də Bisitun kitabəsində bütün
bu qruplar eyni ad altında, yəni “sak” (saka) adı altında qeyd edilmişdir. Halbuki, bu
xalqlardan yalnız biri gerçək saklar idilər və irəlidə saklardan yadigar qalmış ədəbi
nümunələri incələyərkən görəcəyimiz kimi, onlar özlərini “şakı” adlandırmışlar. Qonşu
xalqların dilindəki “sak” və ya “saka” kəlməsi də məhz bu adın bir qədər təhrifi ilə ortaya
çıxmışdır. Fəqət elmdə yayğın olan yanlış bir fikrə görə, guya kimmer, iskit və sarmatlar kimi
irandilli olan saklar özlərini “şaka” adlandırırdılar (148.318).
Kimmerlərin və Qara dəniz iskitlərinin (sekellərin) irandilli deyil, türkdilli olduğunu yuxarıda
göstərdik. Sakların da türkdilli olduğunu irəlidə göstərəcəyik.


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə