6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


-skop- (skopeo – baxıram) teleskop, mikroskop, -tele-



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə264/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   260   261   262   263   264   265   266   267   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

-skop- (skopeo – baxıram) teleskop, mikroskop, -tele- (tele – 
uzağa) teleqraf, telefonçu, telefoniya, -fil- (philos – sevən) filo-
loq, filarmoniya, filoloji-fon- (phone – səs) telefon, saksofon, 
fonologiya, maqnitofon, linqafon, diktafon...
§316. 3. Kalka yolu ilə. Başqa dillərin söz və ifadələri-
nin eyni ilə deyil, tərcümə edilərək alınmasına kalka yolu 
ilə alınma deyilir. Kalkada sözün forması, onun səslənməsi 
yox, ifadə etdiyi məna götürülür; məsələn:
Rus dilində: 
 
Azərbaycan dilində:
воздушный корабль 
hava gəmisi
черное золото
qara qızıl
белое золото 
ağ qızıl
семилетний план 
yeddiillik plan. Və s.
Kalkalar iki cür olıır: a) leksik kalkalar, b) frazeoloji 
kalkalar.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
449
Leksik kalkalara aşağıdakı misalları göstərmək olar
metateza – yerdəyişmə, proteza – səsartımı, eliziya – səs-
düşümü, xolodilnik – soyuducu, poqaşenie – ödəniş, sbor-
şik – quraşdırıcı və s.
Frazeoloji kalkalara bir sıra sabit birləşmələri, məsəl-
varı ifadə və ibarələri misal göstərmək olar; Məsələn: Не 
имей сто рублей, а имей сто друзей – Yüz manatın olunca 
yüz dostun olsun və s.
§317. XX əsrdə dilimizin lüğət tərkibinin inkişaf etdi-
rilməsində “başqa yollarla” da söz yaratmaq təşəbbüslə-
ri olmuşdur. Belə ki, hələ ilk illərdən başlayaraq bu və ya 
digər anlayışı ifadə etmək üçün uydurma yolu ilə söz və 
terminlər düzəldilmişdir; məsələn:
göybil astronomiya 
saybil – hesab
yerbil – coğrafiya
atılqan – fəvvarə
toplantay – qurultay 
öpkü – busə 
başkənd – paytaxt
düzgü – zəncir
yerəyrisi – üfüq
görük – pəncərə
batğı – qərb 
gündoğuş – şərq
qaytarqu – cavab
açun – kainat
işbaşı – nəticə 
yerbaşı – qütb. Və s.
Bu sözlər süni yaradıldığından dildə vətəndaşlıq hü-
qu qu qazana bilməmiş və az bir zaman ərzində sıradan 
çıxmışdır.
Azərbaycan dili müasir zəngin dillərdəndir. Bu dil 
hər cür söz və ifadə yaratmaq imkanına malikdir. Dilimi-
zin daxili qayda-qanunlarına uyğun yaranmış hər bir söz 
ədəbi hüquq qazanır və dilin inkişafında xüsusi rol oyna-
yır. Dili daha çox özünün imkanlarından istifadə etməklə 
zənginləşdirmək ən faydalı yoldur.


450

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə