6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


DİALEKT VƏ ŞİVƏLƏRDƏN SÖZ VƏ İFADƏ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə263/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   259   260   261   262   263   264   265   266   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

DİALEKT VƏ ŞİVƏLƏRDƏN SÖZ VƏ İFADƏ
GÖTÜRÜLMƏSİ İLƏ LÜĞƏT TƏRKİBİNİN 
ZƏNGİNLƏŞMƏSİ
§312. Ədəbi dilin lüğət tərkibinin zənginləşməsində 
dialekt və şivələrin də xüsusi rolu vardır. Dialekt və şi-
vələrdən ədəbi dilə müntəzəm olaraq söz və ifadələr keçir.
Söz və ifadələr ədəbi dilə yazıçı, alim, müəllim və 
mətbuat işçiləri vasitəsilə dialekt və şivələrdən keçir. Şair 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
447
və yazıçıların əsərlərində işlənən dialekt sözü geniş oxucu 
kütləsinə malik olub, özünə hüquq qazandıqda ədəbi dilin 
lüğətinə daxil olur. Bu nöqteyi-nəzərdən, məsələn: bürkü, 
yöndəm, qınamaq, güvənmək, güdmək, qumral, hayan, yarğan 
və s. kimi yüzlərlə söz ədəbi dilimizə şair və yazıçılar tərə-
findən gətirilmişdir.
Bunlardan əlavə, onlarca frazeoloji vahid də ədəbi di-
limizə dialekt və şivələrdən keçmişdir.
Alimlər öz elmi tədqiqat əsərlərində dialekt və şivə 
sözlərindən, əsasən, termin yaradıcılığında istifadə edir-
lər. Son zamanlarda kənd təsərrüfatı, sənaye, inşaat və s. 
sahələrlə əlaqədar olan xeyli dialekt və şivə sözləri ədəbi 
dilimizə daxil olmuş, onun inkişafına xidmət etmişdir. La-
kin qeyd etməliyik ki, dialekt və şivələrdən söz almaqda 
ciddi ehtiyatlılıq tələb olunur. Çünki dialektdə işlənən hər 
sözü ədəbi dilə gətirmək olmaz. Əks təqdirdə bu, ədəbi 
dili ağırlaşdırar, onun inkişafına mənfi təsir göstərə bilər.
ƏDƏBİ DİLİN LÜĞƏT TƏRKİBİNİN LÜĞƏVİ
ALINMALAR HESABINA ZƏNGİNLƏŞMƏSİ
§313. Ədəbi dilin leksika və frazeologiyası ancaq öz 
daxili imkanları əsasında deyil, həm də başqa dillərin va-
sitələri ilə zənginləşir. Keçən əsrin 20-ci illərindən sonra 
dilimizin leksikası və frazeologiyasının alınmalar hesabına 
zənginləşməsində əsas mənbə rus dili olmuşdur.
Alınmalar hesabına dilimizin lüğət tərkibi, əsasən, üç 
yolla inkişaf edir.
§314. 1. Leksik-semantik alınma yolu ilə. Başqa dilin söz-
lərinin tərcümə edilmədən eyni ilə götürülməsinə leksik-se-
mantik alınma deyilir; məsələn: radio, teatr, poeziya, univer-
sitet, avtobus, reaktiv, kreslo, jurnal, raket, raport, kurort, jüri, 
avtogen, relyef, olimpiada, kubok, janr, rezonator, realizm və s.
§315. 2. Leksik-morfoloji alınma yolu ilə. Yeni mənalı söz 
əmələ gətirmək üçün başqa dillərdən leksik şəkilçilər də 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
448
götürülür. Dilimizdəki -dar, -baz, -xana, -stan, -şünas və s. 
şəkilçilər alınmadır. Bunların vasitəsilə də yeni mənalı söz-
lər yaranır və dilimizin lüğət tərkibi zənginləşir; məsələn: 
yemək-xana, dil-şünas, Hind-istan, ev-dar və s.
Bu şəkilçilərdən başqa dilimizdə beynəlxalq sözləri 
əmələ gətirən ünsürlər də işlənir. Belə ünsürlər mənşəcə 
Avropa dillərinə məxsusdur. Məsələn:
Latın dilinə aid: -avi- (avis – quş) – aviapoçt, aviavağzal, 
aviator, -akv- (aqua – su) – akvarium, akvarel, akvator, -audi- 
(audire – dinləmək) – auditoriya, -labor- (labor – əmək) labo-
rant, laborantlıq, laboratoriya...
Yunan dilinə məxsus: -aqro- (agros – tarla) aqronom, 
aqrobioloq, aqrokimya, -arxeo- (archaios – qədim), arxeo-
qraf, arxeoloq, arxeologiya, -aero- (aer – hava) aerodrom, 
aeroklub, aeroport, -bio- (bios – həyat) bioloq, biokimyəvi, 
bioloji, -mikro- (mikros – kiçik) mikrorayon, mikroavtobus, 
mikrobioloq, -mono- (monos – tək) monoplan, monoloji
monoton, -poli- (poly – çox) poliqlot, polimineral, polimer, 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə