39. Azərbaycan profisian musiqisinin banisi. Üzeyir Hacıbeylinin həyat yaradıcıllıq yolu



Yüklə 52,56 Kb.
səhifə3/11
tarix20.05.2022
ölçüsü52,56 Kb.
#87394
1   2   3   4   5   6   7   8   9   10   11
39,40,41,42,43,44,45,46,47

Əsərləri
"Alma" - sözləri: Mehdi Seyidzadə Gəlin baxçamıza"
"Gün, çıx" - sözləri: Mehdi Seyidzadə Getmə-getmə"
"Keçi"
"Kəndimiz"
"Maral" - sözləri: Mehdi Seyidzadə 
"Marş" (duet)
"Qaytağı"
"Qış baba" - sözləri: Mehdi Seyidzadə 
"Quzum" – sözləri: Mehdi Seyidzadə
"Saat"
"Sarmaşıq" - sözləri: Mehdi Seyidzadə 
"Səhər nəğməsi"
"Sərhədçilər marşı"
"Sözsüz mahnı"
"Uçun, quşlar" - sözləri: Mehdi Seyidzadə 
"


Tofiq Quliyev
(1917 – 1997)
T.Quliyev milli musiqi folklorunun toplanması, eləcə də muğamın nota salınması sahəsində ilk fəaliyyət göstərən bəstəkarlardan olmuşdur.
T.Quliyev 1917-ci il 7/XI-də anadan olmuşdur.Ailədə musiqiyə böyük maraq var idi. O, da kiçik yaşlarından eşitdiyi melodiyaları f-noda asanlıqla çalırdı. 12 yaşında ikən T.Quliyev konservatoriya nəzdində olan rabfaka f-no sinfinə daxil olur. (ibtidai və orta musiqi təhsili) Onun musiqi nəzəriyyəsi üzrə müəllimi A.Zeynallı olmuşdur. T.Quliyevin ilk əsəri 1931-ci ildə M.Ə.Sabirin sözlərinə yazdığı “Dərsə gedən bir uşaq” mahnısı olmuşdur.
1934-cü ildə o, Bakı Dövlət Konservatoriyasına f-no və dirijorluq üzrə iki fakültəyə daxil olur. Konservatoriyada təhsil aldığı müddətdə o qərbi avropa və rus bəstəkarlarının əsərlərini öyrənir, C.Hacıyev və Q.Qarayev kimi T.Quliyev də polifoniya üzrə Rudolfun sinfində təhsil alır.
1935-ci ildən etibarən T.Quliyevin dirijorluq fəaliyyəti başlayır (Az.Döv.Dram teatrında)
1938-ci ildə o, Z.Bağırov, M.S.İsmayılov ilə birlikdə Azərbaycanın bir sıra ucqar rayonlarında olmuş və milli mahnı və rəqsləri toplayaraq nota salmışdır.
Azərbaycan musiqisi sahəsində əldə etdiyi nailiyyətlər səbəbli, sonralar o, hind, çin, ərəb, bolqar və digər xalqların musiqisini də nota salıb işləmiş, tərtib etmişdir.


Ü.Hacıbəyovun təşəbbüsü ilə o, Moskva konservatoriyasında təhsilini davam etdirməyə göndərilir.
Moskvanın musiqi həyatı T.Quliyevin diqqətini cəlb edir. O, estrada janrına meyl edir və estrada orlestrində pianoçu kimi çıxış edir.
1939-cu ildə Bakıya qayıtdıqdan sonra T.Quliyev mahnıları fantaziya, rapsodiya kimi estrada orkestri üçün tərtib edir və Niyazinin köməkliyi ilə estrada orkestrini yaradır. Onun bu fəaliyyəti müharibənin başlanmasına təsadüf edir. T.Quliyevin təşkil etdiyi estrada orkestrinin kollektivi könüllü olaraq Azərbaycanın 402-ci atıcı diviziyasına daxil olur. Orkestrin bütün fəaliyyəti əskərlərdə vətənpərvər hisslərin artmasına və faşizm üzərində qələbəyə istiqamətlənmişdir. Bu orkestr “qızıl ordu” ansamblı adlanırdı. həmin ansambl 402-ci diviziya ilə cəbhəyə gedərək orada döyüşən əskərlərdə ruh yüksəkliyi yaradırdı.
40-cı illərdə T.Quliyev dram tamaşalarına musiqi yazır: A.Şaiqin “El oğlu”, C.Cabbarlının “Aydın”, Yusubovun “Babək” və s.
1945-ci ildən Şeksprin “12-ci gecə”, Fadeyevin “Gənc qvardiya”, H.Seyidbəylinin (və İ.Qasımovun) “Uzaq sahillərdə”, N.Hikmətin “Qəribə adam” və s.
Həmin dövrdə bəstəkar bir sıra k\f-rə də musiqi yazmışdır: “Səbuhi”(1941), “Bəxtiyar” (1954), “Görüş”(1955), “Ögey ana”(1958) və s. Beləliklə bəstəkarın yaradıcılığında mahnı janrına olan həvəs daha da artır. O, S.Vurğun, R.Rza, Z.Cabbarzadə və s.kimi bir çox şairlərin sözlərinə mahnılar yazır. Onun “Bakı haqqında mahnı”, “Neftçilər” mahnısı, “Dostluq haqqında mahnı” buna misal ola bilər.
1948-ci ildə yenidən Moskva konservatoriyasının III kursuna (dirijorlu) qəbul olunan T.Quliyev 1951-ci ildə həmin konservatoriyanın aspiranturasına daxil olur və A.Qaukun rəhbərliyi altında eyni zamanda ifaçı kimi də təhsilini başa vurur (f-no)
Kamera instrumental sahədə bəstəkar f-no üçün skertso (1949), f-no üçün “Ləzginka”(1950), f-no üçün variasiyalar yazmışdır.
Aspiranturanı bitirdikdən sonra T.Quliyev Az.Dövlət Konservatoriyasında çalışmışdır – opera və orkestr sinfində, eləcə də alətləşdirmə sinfində və s. 1958-ci ildə T.Quliyev respublikanın əməkdar incəsnət xadimi,1959-cu ildə Qırmızı Əmək bayrağı ordeni ilə təltif olunmuş Az.SSR-nin Ali sovetinə deputat seçilmişdir.
1959-cu ildə bəstəkar “Qızıl axtaranlar” (H.Seyidbəyli) musiqili komediyasını tamamlayır.
1961-ci ildən T.Quliyev Az.Döv.Filarmoniyasının direktoru vəzifəsinə təyin olunur. 1966-dən etibarən bəstəkar bir sıra xarici ölkələrə - çexiya, bolqarıstan, polşa, italiya və s. yaradıcılıq təşkilatlarına dəvət olunur. 60-cı illərdən etibarən bəstəkarın yaradıcılıq fəaliyyəti daha da intensivləşir. O, “Moskva haqqında mahnı” kantatasını (Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyinə) S.Sedoyla birlikdə “Doğma ölkəm Azərbaycan” (rus mədəniyyəsinin az-da keçirilən dekadasına)
1964-cü ildə T.Quliyev Az.SSR-nin xalq artisti adına layiq görülür. 1965-ci ildə Ş.və Ə.Bədəlbəylilərin librettosu əsasında yazdığı “sənin bir sözün “ operettasını tamamlayır.
T.Quliyevin rəhbərliyi ilə 1976-cı ildə (aprel) respublikada uşaq və gənclərin musiqi həftəsi keçirilmişdir.
Bəstəkarın yaradıcılığının əsas sahəsini mahnı janrı təşkil edir. O, Ü.Hacıbəyov, M.Maqomayev ənənələrinə daima sadiq çıxşım bəstəkarlardandır. Onun melodiyalarında olan şən xarakter musiqinin emosional cizgilərini müəyyənləşdirir. Onun “Zibeydə”, “Axşam görüşləri”, “Səbə də qalmaz”, “İlk bahar” və digər mahnıları kütlə dinləyiciləri tərəfindən rəğbətlə qarşılanmışdır. Xor musiqisi sahəsində T.Quliyevin “Moskva haqqında mahnı” kantatasını göstərmək olar. Kantatada “Qalanın dibində” azərbaycan xalq mahnısından istifadə olunmuşdur (1959)
Musiqili komediya janrından bəstəkarın fəaliyyəti onun “Aktrisa” (lib.Fayko- 1943) “Qızıl axtaranlar”(lib.Seyidbəyli,söz.Z.Cabbarzadə-1960), “sənin bir sözün” (liv.Ə.və Ş.Bədəlbəylilərin 1964) və “Sabahın xeyir Ella” (Lib.Lotaş və Qalilov- 1973) öz əksini tapır.
Balet sahəsində bəstəkar o qədər də geniş fəaliyyət göstərməmişdir. Onun yazdığı “Məhəbbət haqqında mahnı” (1967-68) baletində Moskva və onun ətrafındakı həyatı təmsil edir. (3 xareoqrafik novelladan ibarətdir)
T.Quliyevin yaradıcılığının əsas sahəsini k-f-rə musiqisi təşkil edir. Onun “Bəxtiyar”, “Görüş”, “Onu bağışlamaq olarmı”, “Nəsimi” və s.filmlərinə yazdığı musiqi daima sevilərək ifa edilir.
T.Quliyev öz orijinal musiqi üslubunu yaratmışdır. Onun musiqi dili daima azərbaycan musiqi folkloru ilə bağlı olmuşdur. Variasiyalılır, sekvensiyalılıq, metro-ritmin müxtəlifliyi və rəngarənglyi bəstəkara xas olan cəhətlərdəndir.
T.Quliyev 2000-ci ildə Bakıda vəfat etmişdir.
41.
Azərbaycan SSR xalq artisti, respublika Dövlət mükafatı laureatı, professor S.Ələsgərov istedadlı bəstəkar olmaqla yanaşı, bacarıqlı dirijor və ictimai – musiqi xadimidir. Operetta janrı bəstəkarın yaradıcılığında xüsusi yer tutur. “Milyonçunun dilənçi oğlu” operettası Azərbaycan SSR Dövlət mükafatı laureatına layiq görülmüşdür. Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü ildə Şuşada anadan olmuşdur. Kiçik yaşlarından musiqi texnikumunun tar sinfinə daxil olur. O, musiqi texnikumu ilə yanaşı həmçinin pedaqoji texnikumda da təhsil alır. Texnikumu bitirdikdən sonra təhsilin davam etdirmək üçün 1940-cı ildə S.Ələsgərov Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasının əvvəl nəzəriyyə sonra isə bəstəkarlıq şöbəsinə daxil olur və 1948-ci ildə professor B.İ.Zeydmanın sinfini fərqlənmə diplomu ilə bitirir. Hələ konservatoriyada təhsil alarkən S.Ələsgərov ifaçılıq sahəsində fəaliyyətə başlamışdır. 1941-ci ildə Respublika Radio verilişləri etibarən isə orkestrdə dirijor vəzifəsində işləmişdir. Böyük Vətən müharibəsi illərində S.Ələsgərov Sovet İttifaqı qəhrəmanı Z.Aslanovun xatirəsinə simfonik poema, vətən müharibəsi iştirakçılarına S.Əliyevin sözlərinə cəbhədə şücaət göstərən döyüşçülərinin mərdliyinə tərənnüm edən “Gözlə məni”. S.Ələsgərovun yaradıcılığında mahnı janrı xüsusi yer tutur. 100-dən yuxarı mahnılar dəqiqliyi melodiyasının genişliyi, formasının aydınlığı, eləcə də ritmin diqqəti ilə bəstəkarın müxtəlif səpgili mahnı yaradıcılığını təşkil edir. Lirik mahnılar xüsusi yer tutur. İ.Səfərlinin sözlərinə “İlk xatirələr”, T.Bayramovun sözlərinə “Ala gözlüm” mahnıları ifadə vasitələrinin sadəliyi, eləcə də melodiyası ahəngdarlığı ilə diqqəti cəlb edir. S.Ələsgərovun çoxsahəli mahnı yaradıcılığında həmçinin romans janrına da müraciət etmişdir. Bəstəkar daramatik planda M.F.Axundovun sözlərinə 1962-ci ildə “Şərq poeması” romans balladasının, S.Vurğunun sözlərinə Ü.Hacıbəyovun xatirəsinə yazdığı “Eşq olsun sənətkara” şeri əsasında simfonik orkestr üçün romans ballada yazır. Bəstəkarın S.Rüstəmin sözlərinə yazdığı “Qarabağ” romansı geniş kütlə dinləyicilərinin rəğbətini qazanmışdır. O, M.Ə.Sabirin “Bilmirəm” satirik şeri əsasında vokal əsərini yaratmışdır. O, 1960-cı ildə Ş.Qurbanovun sözlərinə solist, xor və xalq çalğı orkestri üçün “Bahar təranələri”, 1972-ci ildə Z.Cabbarzadənin sözlərinə SSRİ-nin yaradılmasının 50 illik yubileyi münasibətilə “Bir bayraq altında”, “Böyük oktyabra salam”, “Vətənə eşq olsun” kantatalarını, eləcə də sovet İKP-nın XXVI qurultayına və Azərbaycan KP-nin XXX qurultayına həsr olunmuş R.Zəkanın sözlərinə “Çingiz İldirım” vokal-simfonik poeması, 1951-ci ildə C.Cahangirovla birlikdə K.Fəzlinin sözlərinə solist, xor və simfonik əsərlərini təşkil edir. Həmçinin 1980-ci ildə AZ.SSR-nin 60 illiyi münasibətilə R.Zəkanın sözlərinə xor, solist və simfonik orkestr üçün “Azərbaycanım mənim” kantatasını yazmışdır. S.Ələsgərov 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayına aşıq Ələsgərin sözlərinə solist, saz və xalq çalğı alətləri orkestri üçün iki hissədən ibarət “Aşıqsayağı” süitasını yazmışdır. S.Ələsgərovun Naxçıvan Muxtar Respublikasının yaranmasının 60 illiyi münasibətilə bəstələdiyi mahnı və rəqs ansamblı üçün “Bayram” süitasında respublikanın yüksəliş illəri, əmək adamlarının zəhməti, şən həyatı təsvir olunur. Bəstəkarın S.Rəhmanın librettosu əsasında yazdığı “Ulduz” musiqili komediyasının ilk tamaşası 1948-ci ildə 30/XII bpyük müvəffəqiyyətlə keçmişdir. “Ulduz” musiqili komediyası 1965-ci ildə Bolqarıstan xalq respublikasında bolqar dilində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. S.Ələsgərov həmçinin 1962-67-ci illərdə Ş.Qurbanovun librettosu əsasında “Özümüz bilərik” (1962), “Olmadı elə oldu belə” (1964), “milyonçunun dilənçi oğlu” (1966) musiqili komediyalarını yazır. Bu komediya 1967-ci ildə Ü.Hacıbəyov adın respublika Dövlət mükafatına layiq görülmüşdür. S.Qədirzadənin librettosu əsasında yazdığı “Hardasan ay subaylıq” (1968), Ş.Qurbanovun librettosu əsasında yazdığı “Sevindik qız axtarır”(1970), “Həmişə xanım”(1971), “Gurultulu məhəbbət”(1982) musiqili komediyaları müvəffəqiyyətlə tamaşaya qoyulmaqdadır. Bəstəkarın səhnə əsərləri içərisində N.Nərimanovun eyni adlı povesti, Ə.Bədəlbəylinin librettosu, Ş.Qurbanovun şerləri əsasında yazdığı “Bahadır və Sona” operası xüsusi yer tutur. Operanın ilk tamaşası 1961-ci ildə M.F.Axundovun adına Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində tamaşaya qoyulmuşdur. S.Ələsgərov bir sıra dram tamaşalarına da musiqi yazmışdır. O, C.Məcnunbəyovun “İldırım”, İ.Səfərlinin “Yadigar”, A.Babayevin “Dağlar qızı”, Ş.Qurbanovun “Əcəb işə düşdük”, “Rəsi məşğuldur” və s.dram tamaşalarına musiqi yazmışdır. 1971-ci ildən vəfatınadək Ü.Hacıbəyov adına ADK-da xalq çalğı alətləri kafedrasının müdiri vəzifəsində çalışmışdır. S.Ələsgərov 2000-ci ildə vəfat etmişdir.



Yüklə 52,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə