2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə101/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   97   98   99   100   101   102   103   104   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Sıçrayışlar-
Kəmiyyət  dəyişikliyi  keyfiyyətdən  fərqli  olaraq,  sıçrayış  anlayışı  ilə  ifadə  olunur.
 
Sıçrayış
 – kəmiyyət dəyişikliyinin keyfiyyətə keçməsidir və ya bir keyfiyyət vəziyyətindən digə-
rinə keçiddir (ölçünün artması nəticəsində). Sıçrayışlara nümunə: ulduz və planetlərin yaranması, 
xüsusilə  Günəş  sisteminin,  Yerdə  həyatın  yaranması,  yeni  növ  bitki  və  heyvan  növlərinin 
yaranması,  insan  və  onun  şüurunun  formalaşması,  insan  cəmiyyət  tarixində  ictimai  iqtisadi 
formasiyaların yaranması və bir - birini əvəz etməsi, sosial inqilab.
 
Kəmiyyət  dəyişikliklərinin  yığılması  müəyyən  vaxtdan  sonra  sıçrayışa  (keyfiyyət  - 
dəyişikliyinə)  gətirib  çıxarmasına  misal  –  metalın  “yorulmasından”  maşının  hissəsinin  qırılma-
sıdır.  Yük  altında  olan  metal  hissələrdəki  mikroskopik  dəyişikliklər  nəhayət  onun  qırılmasına 
gətirib çıxarır. 
Temperatur artması nəticəsində zülalların yığılması - onun maye halından bərk hala düşməsi 
anı  gəlib  çatır.  Nüvə  yanacağının  kəmiyyətini  tədricən  artırmaq  olar,  ancaq  plutoniyanın  (süni 
surətdə alınan kimyəvi element) müəyyən kütləsinə çatdıqda zəncirvari nüvə reaksiyası, enerjinin 
partlayışla azad olması baç verir. Bu bir keyfiyyət vəziyyətindən digərinə keçməyin qəti həddi ilə 
ifadə olunan sıçrayışa misaldır. Lakin başqa cür sıçrayış da olur ki, bu vaxt keyfiyyət dəyişikliyi 


 
87 
birdən yox, tədricən baş verir - yeni keyfiyyət elmentləri tədricən yığılır və köhnə elementlər ölür: 
bu cür “sıçrayışlar” uzun, tədricən olur. 
Təbiətdə, cəmiyyətdə, mədəniyyətdə ikinci növ sıçrayışa çoxlu misal ola bilər. Bir çox geoloji 
proseslər  (kömür,  neft,  filiz  əldə  edilməsi)  uzun,  tədricən  baş  verir.  Yerdə  həyatın  yaranması 
prosesi də uzun olmuşdur, uzun vaxt ərzində yeni növ bitki və canlı növləri formalaşmışdır. 
 “Kəmiyyət  –  keyfiyyət  dəyişikliyi”  və  “tədricən  –  sürətlə”  əlaqəsini  adətən  demək  olar 
eyniləşdirirlər. Tədricən dəyişikliyi kəmiyyətlə, sürətlərini - keyfiyyətlə bərabərləşdirirlər. Başqa 
sözlə desək, sıçrayışı çox vaxt tez və “qısavaxtlı”, kəmiyyət dəyişikliyini isə - rəvan (müntəzəm, 
yüngül),  tədrici  “elastik”  və  ya  yavaş  –  yavaş  –  hesab  edirlər.  Bununla  belə,  fəlsəfi  nöqteyi  – 
nəzərcə kəmiyyət və keyfiyyət dəyişikliyinin meyarı prosesin nə qədər davam etməsi deyil, onun 
xarakteridir

Sıçrayış  anlayışının  məlum  nisbiliyi  də  bununla  müəyyən  olunur.  Iri  ölçülü  sıçrayış  da 
mümkündür:  astrofizika,  bioloji  (həyatın,  insanın  meydana  gəlməsi),  sosial  (ictimai  –  iqtisadi 
formasiyaların  yaranması).  Bununla  belə  bir  az  böyük  və  kiçik  çoxlu  sıçrayışlar  mövcuddur. 
Nəticədə eyni bir keyfiyyət keçilməsindən həm sıçrayış kimi, həm də kəmiyyət dəyişikliyi kimi 
danışmaq  olar.  Tutaq  ki,  feodalizmdən  kapitalizmə  keçid  formasiyaların  dəyişilməsi,  iri 
sıçrayışdır. Kapitalizmin azad sahibkarlıqdan  monopolizmə keçidi  - eyni  formasiya daxilindəki 
sıçrayışdır. Keyfiyyət dəyişikliyinin miqyasını dəqiqləşdirmədən belə bir suala - bu sıçrayışdır ya 
yox – cavab vermək çətindir.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə