2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Ölçü. Yeni keyfiyyətə keçid.-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə100/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   96   97   98   99   100   101   102   103   ...   108
Fəlsəfə imtahan sualları konspekti

Ölçü. Yeni keyfiyyətə keçid.-
Keyfiyyət və kəmiyyət bir-birinə əks olan, eyni zamanda bir-biri ilə 
ayrılmaz bağlı olan predmetlərin xarakterini ifadə edir. Onların bu əlaqəsi fəlsəfədə 
ölçü 
anlayışı 
ilə ifadə olunur.
 
Ölçü  
keyfiyyət  və  kəmiyyətin  dialektik  vəhdətidir  və  ya  kəmiyyət  dəyişikliklərinin  elə 
intervalıdır (arasıdır) ki, bu həddə predmetin keyfiyyət müəyyənliyi saxlanılır. 
Məsələn,  bitki 
və  canlı orqanizmlər öz həyat fəaliyyətlərini  yalnız  müəyyən temperatur həddində  saxlayır. Biz 
hamımız  bilirik  ki,  insan  orqanizminin  özünü  yaxşı  hiss  etməsi  üçün  lazım  olan  bədən 
temperaturunun  dəyişilməsinin  diapazonu  çox  da  böyük  deyildir.  Müxtəlif  şeylərin  aqreqat 
vəziyyəti, temperatur ölçüsü mövcuddur. Praktikada ölçü haqqında biliklər geniş istifadə olunur. 
Məsələn, su maye halında 0 - 100° C qədər temperaturda mövcuddur; 0 dərəcədən aşağı olanda 
buza çevrilir, 100 °C isə qaynama başlayır. Maye halında civə üçün ölçü - 39°dən +357 °qədərdir, 
-39°civə  bərkiyir,  +357°  isə  qaynamağa  başlayır.  Aqreqat  vəziyyətinin  ölçüsünü  bilmək  me-
talurgiyada da vacibdir. Xüsusi ilə civə alınması prosesi buna əsaslanır. Civəni saxlayan filizi 500 
-  550°C  qızdırarkən  civə  sublimə  edilir  (bərk  maddənin  buxara  çevrilməsi)  və  sonra 
kondensatorlarda tutulur. Kondensatorda temperatur təqribən 20° (kondensator – buxarı sıxışdıran 
aparat) 
Burada  biz  kəmiyyət  dəyişmələrinin  keyfiyyətə  keçməsinə  yaxınlaşdıq.  Təbiətdə  və 
cəmiyyətdə, hadisə və proseslərdə kəmiyyətin keyfiyyətə keçməsini şərh etməzdən əvvəl, kəmiy-
yət  və  keyfiyyət  anlayışlarını  təhlil  etmək  lazımdır. 
Müəyyən  bir  hadisənin  xüsusiyyətini  təşkil 
edən və onu başqa hadisələrdən fərqləndirən mühüm cəhətlər və ya əlamətlər məcmusuna şeyin 
və ya hadisənin  keyfiyyəti deyilir.
  Kəmiyyət  anlayışı  da  hər  bir  şeyin,  hadisənin  və  ya  prosesin 
mühüm cəhətlərindən birini əks etdirən ən ümumi kateqoriyadır
. Kəmiyyət də şeyin müəyyənliyi 
kimi çıxış edir, lakin keyfiyyətdən fərqli olaraq, kəmiyyət şeyi onun xassələrinin inkişaf dərəcəsi 
cəhətdən:  böyüklüyü,  həcmi,  miqdarı,  hərəkətinin  surəti,  rənginin  intensivliyi  və  s.  cəhətdən 
göstərir.
  


 
86 
 
Keyfiyyətcə fərqli materialları və proseslərin kəmiyyət xarakteristikaları texnikada xüsusilə 
böyük əhəmiyyətə malikdir. Müasir istehsalda bunlarsız irəli getmək qeyri–mümkündür. Məsələ 
burasındadır ki, son illərin fəlsəfi ədəbiyyatlarda fenomenoloji səviyyədə keyfiyyətə predmetlərin 
vacib  və  zəruri  xassələr  sistemi  kimi  tərif  verilmişdir. 
Xassə  isə  predmet  və  hadisənin  ancaq 
konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir.
 Kəmiyyət və ya keyfiyyət cəhətlərinin birtərəfli 
olaraq  qabarıq  göstərilməsi  metafiziki  yanaşmanın  əlamətidir.  Metafizika  kəmiyyətlə  keyfiyyət 
arasında daxilən zəruri olan əlaqəni görmür.  
 
Kəmiyyət dəyişmələrinin yığılıb çoxalması halına şeylərin bir keyfiyyət halından başqa, yeni 
keyfiyyət  halına  keçməsi  inkişafında  sıçrayışdır. 
Sıçrayış  şeyin  kəmiyyət  dəyişmələrinin 
tədriciliyində fasilə əmələ gəlməsidir, yeni  keyfiyyət  halına keçməsidir, inkişafda qəti dönüş və 
əsaslı dəyişiklik baş verməsi deməkdir. 
Məsələn, insanın əmələ gəlməsi üzvi aləmin inkişafında 
sıçrayış, əsaslı dönüş olmuşdur. 
 
Kəmiyyət münasibətlərinin keyfiyyətə keçməsi qanunu
 kəmiyyət və keyfiyyət dəyişiliklərinin 
qarşılıqlı  əlaqəsini  ifadə edir. Başqa sözlə desək, qanunun  məğzi ondan  ibarətdir ki, predmetdə 
daimi baş verən tədrici kəmiyyət dəyişilikləri ancaq müəyyən vaxt əsas xüsusiyyətlərini itirməyən, 
ölçü həddinə çatdıqda keyfiyyət dəyişikliyinə keçir. 
Kəmiyyət  dəyişilməsinin  keyfiyyətə  keçməsi  qanunu  dünyanı  mürəkkəb,  çox  keyfiyyətli, 
özündə  elementar  hissəcikləri,  atomları,  molekulları,  kristal,  dağ  suxurlarını,  planetləri,  planet 
sistemini, qalaktikanı, metaqalaktikanı .... birləşdirən kimi anlamağa istiqamətləndirir. Bütün onlar 
sadəcə olaraq ölçüsü, kütləsi və digər kəmiyyət xarakteri ilə deyil, həm də keyfiyyətlərinə görə bir 
– birindən fərqlənir. Başqa sözlə desək, qanun dünyanın çox keyfiyyətliyini və onun “şeylərin” 
müxtəlif  kəmiyyət  xarakteri  ilə  sıx  bağlılığını  açır.  Bu  qanun  gerçəkliyin  ən  ümumi,  obyektiv 
qanunlarından  biridir.  Kəmiyyət  və  keyfiyyət  eyni  predmetdə  obyektiv  vəhdətdə  mövcuddur. 
Lakin  onlar  arasında  əsaslı  fərqlər  də  vardır.  Əgər  kəmiyyət  dəyişiklikləri  azalma  və  artmaya, 
kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin 
keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir. 
 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə