2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə102/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   98   99   100   101   102   103   104   105   ...   108
Fəlsəfə imtahan sualları konspekti

 
2-Əksliklərin vəhdəti və mübarizəsi qanunu (Dialektik 
ziddiyətlər qanunu) 
 
Bu  qanun  indiyə  qədər  mövcud  olan  fəlsəfi  ədəbiyyatda  “əksliklərin  vəhdəti  və  mübarizəsi” 
qanunu kimi  verilmişdir. Bu, ən ümumi qanundur. Əgər bu qanun  və onun  haqqında  biliklərin 
formalaşması  məsələsini  nəzərdən  keçirsək,  mütləq  tarixə  müraciət  etməliyik.  Hələ  qədim 
zamanlardan  insanlar  belə  bir  cəhətə  fikir  verirdilər  ki,  bizi  əhatə  edən  son  dərəcə  çoxcəhətli 
aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oynayırlar. Həm 
də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı 
surətdə bir– birilə  bağlıdır. Eyni  bir predmetdə, yaxud  hadisədə  meydana gəlir, bu  və  ya digər 
şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər. 
 
Ziddiyyətlər özləri də dəyişilir, hərəkətdə olurlar. Onların qarşılıqlı təsiri həm özlərini, həm 
də ümumi sistemdə olan dəyişikliklərə təsir edən maddələr mübadiləsi, enerji və informasiya ilə 
əlaqədardır.  Aparıcı  ziddiyyətlərin  kəmiyyətcə  və  keyfiyyətcə  üstünlüyü  sistemin  hərəkət  və 
inkişafına istiqamət verir. Bu üstünlük əvvəl gizli, potensial, sonra isə aktual olur. Ziddiyyətlərin 
intensivliyi, kəskinliyi, və yetkiniliyi də dəyişir. Bu ziddiyyətlərin özünün inkişafının mərhələliyi 
problemi  də  kifayət  qədər  olmamışdır.  Əslinə  qalanda  ziddiyyətlərin  inkişafında  aşağıdakı 
mərhələləri, yaxud vəziyyətləri ayırmaq lazımdır
: harmoniya, disharmoniya və münaqişə.
  
 
Ümumdialektik  ziddiyyətlər  də  növlərə  bölünür.  Bünlar  daxili  və  xarici  ziddiyyətlər, 
antaqonist  və  qeyri-antoqonist  ziddiyyətlər,  konstruktiv  və  destruktiv  ziddiyyətlər  və  s. 
Daxili 
ziddiyyətlər
  müəyyən predmetin bir-birinə əks tərəflərinin qarşılıqlı təsiri,  mübarizəsidir. 
Xarici 
ziddiyyətlər
 isə müəyyən predmetin onu əhatə edən mühitlə, bu mühitdəki predmetlərlə ziddiyyətli 
münasibətləridir. İnkişaf həm daxili və həm də xarici ziddiyyətlərlə müəyyən olunur. 
Antoqonist 


 
88 
ziddiyyətlər 
sosial  qüvvələr  (sosial  quruplar,  siniflər)  arasında  olan  ziddiyyətlərdir. 
Qeyri-
antoqonist ziddiyyətlər
  fərdlərlə, sosial qruplar və ölkələr arasında olan ziddiyyətlərdir. Onların 
başlıca mənafeləri bir– birinə uyğun gəldiyindən aralarında olan ziddiyyətlər də qeyri– antoqonist 
olur.  Əsas  ziddiyyət  inkişafda  başlıca,  aparıcı  rol  oynayır  və  bütün  başqa  ziddiyyətlərə  təsir 
göstərir.  
Dialektikanın nəzərdən keçirilən üç qanununun inkişafı üç müxtəlif tərəfdən xarakterizə edir. 
Dialektik ziddiyyətlər qanunu inkişafın mənbəyi, impulsudur. Kəmiyyətin keyfiyyətə keçməsi qanu-
nu yeni keyfiyyətlərin yaranması mexanizmidir; dialektik sintez qanunu mütərəqqi istiqamətlənmiş 
dəyişikliklərin xarakter və formasını ifadə edir.
 
Birinci qanun inkişaf niyə baş verir sualına, ikinci 
qanun  isə  inkişaf  necə  baş  verir  sualına  cavab  verir.  Üçüncü  qanun–  irəliyə  doğru  inkişafın 
xarakteri necədir sualına cavab verir.
 Dialektikanın bu üç qanununun qarşılıqlı təsiri nəticəsində 
dialektik  keçid  və  əlaqələrin  vahid  sistemi  yaranır.  Həmin  sistemin  hər  bir  elementi  öz  xüsusi 
funksiyasını  yerinə  yetirir,  bununla  da  məcmu  hərəkəti  ilə  bütün  gerçəkliyi  əhatə  edir. 
Ümumiyyələ, inkişaf qanunları kompleksində mərkəzi yeri dialektik ziddiyyətlər qanunu tutur. 
Bu  qanun  ümumi  hərəkət  və  inkişafın  səbəblərini,  mənbələrini,  hərəkətverici  qüvvələrini 
müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu 
və  fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”, 
“münaqişə” və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir.  
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə