2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


*****  1-Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə97/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   ...   93   94   95   96   97   98   99   100   ...   108
Fəlsəfə imtahan sualları konspekti

***** 
1-Kəmiyyət və keyfiyyət dəyişikliklərinin qarşılıqlı 
surətdə bir-birinə keçməsi qanunu (Kəmiyyətin 
keyfiyyətə və əksinə keçməsi qanunu) 
 
Hələ qədim dövrlərdə yunan filosofları diqqəti belə bir məsələyə cəmləşdirmişdirlər ki, lap az, 
müəyyən vaxt hiss edilməyən bu və ya digər predmetin dəyişikliyi toplanaraq daha çox hiss olunan 
dəyişikliyə çevrilə bilər. Deyək ki, qum təpəsindən qumun və ya adamın başından saçın azalması 
tez – gec qum təpəsinin yox olmasına, adamın keçəl olmasına gətirib çıxarır. Həm də  burda bir 
vəziyyətdən digərinə keçidin sərhəddi dağınıqdır, tutulan deyil, digər hallarda bu sərhəd qəti hiss 
olunur.  Bu  cür  həyati,  praktiki,  sonra  həm  də  elmi  misallar  çox  gətirmək  olar.  İdman  və  peşə 
ustalığı,  savadlılıq,  ağıllılıq  zərrədən  toplanır,  sonra  isə  hiss  olunur.  Qocalıq  insana  gizlincə 
yaxınlaşır.  Alkoqol  və  ya  narkotik  maddələrin  təsadüfən,  bir  dəfə  istifadə  edilməsindən 
alkoqolizmə,  narkomaniyaya  gətirib  çıxarır.  Keçid  sərhəddi  hiyləgərdir  (qəddardır).  İstehsalın 
ətraf  mühitə  ziyanlı  təsiri  tədricən  toplanır.  Hegel  bu  cür  dəyişiklikdə  sadəcə  olaraq  maraqlı 
hadisəni  deyil,  kəmiyyət  dəyişikliyinin  keyfiyyətə  keçməsi  qanunun  adını  alan  ən  ümumi 
qanunauyğunluğu gördü.  

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə