122. Abxaziya və Cənubi Osetiya məsələləri


CƏNUBI OSETIYA MÜNAQIŞƏSININ SƏBƏB VƏ NƏTICƏLƏRI



Yüklə 21,15 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü21,15 Kb.
#82178
1   2   3   4
122.Abxaziya və Cənubi Osetiya məsələləri

CƏNUBI OSETIYA MÜNAQIŞƏSININ SƏBƏB VƏ NƏTICƏLƏRI

Gürcüstanın Cənubi Osetiya ərazisində münaqişə 1989-cu il noyabrın 10-da Cənubi Osetiya Muxtar Vilayəti Sovetinin Muxtar Respublika yaradılması barədə qəbul etdiyi qərarın Gürcüstan Ali Soveti tərəfindən ləğv edilməsindən sonra başladı. 1990-cı il sentyabrın 20-də Cənubi Osetiya Muxtar Vilayəti Sovetinin sessiyasında Cənubi Osetiya Sovet Demokratik Respublikası yaradılması barədə qərar qəbul edildi və onun SSRİ-nin tərkibinə daxil olması barədə İttifaq hakimiyyətinə müraciət olundu. 1992-ci ilin yanvar ayında isə Cənubi Osetiyanın Şimali Osetiyaya birləşməsinə dair Cənubi Osetiyada referendum keçirildi. Cənubi Osetiya 1992-ci il mayın 29-da özünü respublika elan etdi. 1992-ci il iyunun 24-də Daqomısda B.Yeltsin və E.Şevardnadze arasında görüş keçirildi.

Rusiya, Gürcüstan, Cənubi Osetiya və Şimali Osetiyanın iştirakı ilə dördtərəfli danışıqların nəticəsi olaraq iyunun 24-də Soçidə atəşkəs barədə bağlanan saziş (“Daqomıs sazişi”) müharibəni dayandırdı. Cənubi Osetiya 1992-ci il sentyabrın 25-də Gürcüstandan ayrılmaq barədə qərar qəbul etdi.

Avqustun 25-də Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı, sentyabrın 9-da isə onlarla diplomatik münasibətlər yaratdı. Rusiyanın Baş Naziri V. Putin qeyd etdi ki, öz təcavüzkar və soyqırım siyasəti ilə Gürcüstan öz ərazi bütövlüyünü pozdu. Rusiya Cənubi Osetiyaya 200 milyon dollar yardım etdi. Rusiyanın məlumatına görə, 2000-dən çox insan həlak oldu, 34 mindən çox insan qaçqın vəziyyətinə düşdü. Ərazi bütövlüyünü pozduğu üçün Gürcüstan Rusiya ilə diplomatik münasibətləri kəsdi və parlament “Rusiya Federasiyasının Gürcüstanın ərazisini işğal etməsi barədə” qərar qəbul etdi. Dekabrın 15-də Semyon Qriqoryev Rusiyanın Abxaziyada, dekabrın 16-da Elbrus Karqiyev Rusiyanın Cənubi Osetiyada nümayəndəsi təsdiq olundu. 2009-cu il yanvarın 16-da İqor Ahba Abxaziyanın, Dmitriy Medoyev Cənubi Osetiyanın Rusiyada nümayəndələri təyin olundular. Həmin il fevral ayında Rusiyanın Cənubi Osetiyada, 2010-cu il mayın 17-də Abxaziyada səfirliyi açıldı. 2011-ci il aprelin 7-də Rusiyanın Prezidenti Dmitri Medvedyev Qarşılıqlı vizasız gediş-gəliş barədə Abxaziya və Cənubi Osetiya ilə sazişi imzaladı. Rusiyanın bu addımından sonra dünya dövlətləri və beynəlxalq təşkilatlar bu hadisələrə reaksiya verdilər. Nikaraqua, Venesuela, Nauru (Sakit okeanın cənubunda olan ada ölkəsi), Vanuat (Sakit okeanda ada ölkəsi) Abxaziyanın, Tuvalu (Sakit okeanda ada ölkəsi) Abxaziya və Cənubi Osetyanın müstəqilliyini tanıyaraq, onlarla diplomatik münasibətlər yaratdılar.



NATO “Rusiyanın qərarının BMT Təhlükəsizlik Şurasının Gürcüstanın ərazi bütövlüyü barədə qəbul etdiyi qətnamələri pozduğunu”, “Qafqazda sülhü sual altında qoyduğunu” bildirdi. Avropa İttifaqı Rusiyanın mövqeyini müzakirə etdi və digər ölkələri belə bir hərəkət etməməyə çağırdı, Avropanın Rusiyadan enerji asılılığının azaldılmasına çağırış etdi.Beləliklə, Rusiyanın müdaxiləsi ilə Cənubi Osetiyanın Şimali Osetiyaya birləşməsinə dair Cənubi Osetiyada referendum keçirilməsi və Gürcüstanın tərkibində köhnə inzibati sərhədi bərpa edilməklə, ona siyasi status verilməsi barədə tələblər, Rusiyanın separatçıları maliyyələşdirməsi, hərbi sursat, silahla təchiz etməsi Cənubi Osetiya münaqişəsinin yaranmasının başlıca səbəbləridir. Münaqişə nəticəsində minlərlə insan həlak oldu, qaçqın vəziyyətinə düşdü, iqtisadiyyata külli miqdarda zərər dəydi, Gürcüstanın ərazi bütövlüyü pozuldu.

NƏTİCƏ-Gürcüstanda olan münaqişələr də bölgədə sabitliyi pozur. Samsxet- Cavaxetiyada məskunlaşan erməni əhalisi Ermənistanla, Kvemo Kartlidə (Borçalıda) yaşayan azərbaycanlılar Azərbaycanla, Şida Kartlidə yaşayan osetinlər Şimali Osetiya ilə, Pankissdə yaşayan kistinlər (vaynax-çeçenlər) Çeçenistanla, Kvarel rayonunda yaşayan avarlar Dağıstanla sərhəddir. Bu ərazilər potensial münaqişə zonaları hesab edilir. Samsxet-Cavaxetiyada olan potensial münaqişələrdən biri də Ahıska türklərinin Gürcüstanda yaşamaq hüququnu tələb etməsi ilə bağlıdır. Abxaziya və Cənubi Osetiya münaqişəsi adları çəkilən digər münaqişələrdən öz xüsusiyyətlərinə görə fərqlənirlər. Yuxarıda adları çəkilən ərazilərdə yaşayan etnik qruplar öz identik etnosları ilə birləşmək istəyirlərsə, Abxaziya və Cənubi Osetiya Rusiya ilə birləşməyə cəhd edir. Bu iki münaqişə beynəlxalq münaqişəyə çevrilmiş, başlanğıcından Abxaziya problemi, 2008-ci il avqust ayında Rusiyanın Gürcüstanın daxili işlərinə müdaxiləsi nəticəsində baş vermiş 15 günlük müharibədən sonra isə Cənubi Osetiya problemi BMT çərçivəsində dəfələrlə müzakirə edilmişdir.


Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə