122. Abxaziya və Cənubi Osetiya məsələləri


ABXAZIYA MÜNAQIŞƏSININ SƏBƏB VƏ NƏTICƏLƏRI



Yüklə 21,15 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü21,15 Kb.
#82178
1   2   3   4
122.Abxaziya və Cənubi Osetiya məsələləri

ABXAZIYA MÜNAQIŞƏSININ SƏBƏB VƏ NƏTICƏLƏRI

Hələ sovet hakimiyyəti illərində Abxaziya Muxtar Respublikası dəfələrlə Gürcüstanın tərkibindən çıxmağa və Rusiyaya birləşməyə cəhd etmişdi. Abxaziya tarixşünaslığında XX əsrin əvvəllərində bu regionda abxaz əhalinin əksəriyyət təşkil etdiyi, sovet dövründə abxazların gürcülər tərəfindən sıxışdırıldığı, gürcülərin kiçik abxaz icmasını təhsil, mədəniyyət, demoqrafik yolla assimilyasiya etməyə çalışdıqları, Abxaziyaya qonşu rayonlardan, xüsusən də Meqrelidən (Zuqdid rayonu) gürcülərin miqrasiya etdiyi, 30-cu illərin ortalarında Abxaziyada gürcüləşdirmə məqsədi ilə abxaz uşaqların tədris müəssisələrində sıxışdırıldığı, abxaz dili proqramının orta məktəblərdə ləğv edildiyi, abxaz toponimlərin dəyişdirildiyi, soyadların gürcü adları ilə əvəz edildiyi, Abxaziya tarixinin saxtalaşdırılaraq abxaz xalqının gürcü tayfası elan edildiyi və yalnız 50-ci illərin ortalarında, Stalinin ölümündən sonra gürcü lobbisinin zəiflədiyi, SSRİ rəhbərliyinin təzyiqi ilə azsaylı xalqların müdafiəsi barədə tədbirlərin görüldüyü yazılır.

1989-cu il məlumatına görə, ərazisi 8.600 km2 olan Abxaziyada yaşayan 535 min əhalinin 17,8 faizini abxazlar, 45,7 faizini gürcülər, 16 faizini ruslar, 15 faizini ermənilər, 2,5 faizini yunanlar, qalan 3 faizini türklər, tatarlar, ukraynalılar, beloruslar və b. təşkil edirdi. 1992-1993-cü illər gürcü-abxaz münaqişəsi nəticəsində 200000-dən çox gürcü vətənini tərk etdi. 70-ci illərin sonunda Abxaziya barədə Moskvanın irəli sürdüyü yeni iqtisadi layihələr nəticəsində Abxaziya elm, təhsil, kütləvi informasiya vasitələri sahəsində böyük muxtariyyat aldı. 1977-ci ildə isə gürcü dilinin dövlət dili kimi Abxaziyada ləğv edilməsi və Muxtar Respublikanın Rusiya ilə daha çox yaxın olması Gürcüstanda sərt qarşılandı. Həmin dövrdə Abxaziyada yaşayan gürcülərin nümayişləri nəticəsində Moskva öz tədbirlərindən əl çəkdi.

80-ci illərin sonunda Abxaziyanın müstəqilliyi barədə ideyalar yenidən ortaya atıldı. 1989-cu il martın 18-də Lıxın kəndində Abxaziyanın Gürcüstanın tərkibindən çıxması və SSRİ-nin tərkibində ittifaq respublikası kimi statusunun bərpa edilməsi barədə qərar qəbul edildi. Gürcüstan hökuməti 1918-1921-ci illərdəki müstəqil respublikaya qayıtmaq şüarı altında sovet dövründə qəbul edilmiş qərarları ləğv etdi. Abxaziyanın Gürcüstandan ayrılması və Rusiyanın Krasnodar diyarının tərkibinə daxil olması barədə 1988-ci il 18 iyun tarixli “Abxaziya məktubu” və 1989- cu il 15 mart tarixli “Lıxın müraciəti” silahlı münaqişəyə gətirib çıxardı. Moskvada ixtisasca filoloq olan professor Vladislav Ardzinba Gürcüstanın Prezidenti Z.Qamsxurdiyanın icazəsi ilə 1990-cı ilin dekabrında Abxaziya Ali Sovetinin sədri təyin edildi.

1992-ci ildə Gürcüstanda hakimiyyətə E.Şevardnadze gəldi. 1972- 1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ xarici işlər naziri vəzifələrində işləmiş E.Şevardnadzenin hakimiyyətə gəlişi ilə Rusiya Gürcüstanın Moskva yönümlü siyasət aparacağına və bu ölkədə öz nüfuzunu möhkəmlədəcəyinə ümid edirdi.

1992-ci il iyunun 24-də Rusiyanın vasitəçiliyi ilə Gürcüstan və Abxaziya nümayəndələri Rusiyanın Soçi şəhərində atəşkəs barədə 6 maddədən ibarət Soçi sazişini imzaladılar. Soçi sazişinə müvafiq olaraq iyunun 28- dən atəşkəs olmalı idi. Rusiya, Gürcüstan, Abxaziya nümayəndələrinin iştirakı ilə 1993-cü ilin avqust ayında Moskvada keçirilən görüş zamanı bağlanan sazişə əsasən Abxaziya hökuməti Suxumidən Qudauta köçürüldü və burada Rusiya hərbi bazası yerləşdirildi. Abxaziyada Rusiyanın hərbi bazasının yerləşdirilməsi Gürcüstan ilə Rusiya arasında münasibətləri kəskinləşdirdi.

Separatçıların Oçamçirı və Qali istiqamətində hücumu nəticəsində 100 mindən çox qaçqın Svaneti dağlarında sığınacaq tapdı. Onlarla insan soyuqdan, aclıqdan həlak oldu. Sentyabrın 19-da təkcə Axaldaba kəndi işğal edildikdən sonra 60 dinc sakin, əsasən qadın və uşaqlar güllələndi, Axaldaba stadionuna qovulan 600 nəfər qoca, qadın, uşağın taleyi isə naməlum qaldı.65 Separatçılar etnik təmizləmə, soyqırım həyata keçirdilər. 1993-cü il sentyabrın 20-də Abxaziya müstəqilliyini elan etdi. Abxaziya Rusiyadakı terrorçu qüvvələrdən Gürcüstana qarşı terrorda istifadə edirdi, ermənilər abxazların tərəfində vuruşurdular.

1993-cü ilin fevralında Rusiya və Gürcüstan arasında Dostluq və əməkdaşlıq barədə müqavilə imzalansa da, Rusiya Dövlət Duması onu təsdiq etmədi. Oktyabr ayında Gürcüstanda Rusiya hərbi bazalarının statusu barədə müqavilə imzalandı. Bu müqaviləyə görə Gürcüstanın Qudaut, Batumi, Vaziani, Axalkələk ərazilərində Rusiya hərbi bazalarının olması müddəti artırıldı. 1993-cü ilin dekabrında Gürcüstan MDB-yə daxil oldu və rus qoşunlarının müvəqqəti olaraq Gürcüstan ərazisində saxlanılması haqqında razılıq əldə edildi.66 Lakin Rusiya və Gürcüstan arasında abxaz problemi barədə qarşılıqlı anlaşma olmadı. Abxaziya Respublikası Ali Soveti 1994-cü il noyabrın 26-da özünü respublika elan etdi. Bu zaman artıq silahlı münaqişə sona çatmışdı.




Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə