122. Abxaziya və Cənubi Osetiya məsələləri


Beləliklə, yuxarıda təhlil edilən məsələləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, Abxaziya probleminin meydana gəlməsinin səbəbləri aşağıdakılardır



Yüklə 21,15 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü21,15 Kb.
#82178
1   2   3   4
122.Abxaziya və Cənubi Osetiya məsələləri

Beləliklə, yuxarıda təhlil edilən məsələləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, Abxaziya probleminin meydana gəlməsinin səbəbləri aşağıdakılardır:

Rusiyanın Gürcüstanın daxili işlərinə müdaxilə etməsi, Abxaziyanın Gürcüstandan ayrılması və Rusiyanın Krasnodar diyarının tərkibinə daxil olması barədə 1988-ci il 18 iyun tarixli “Abxaziya məktubu” və 1989-cu il 15 mart tarixli “Lıxın müraciəti” silahlı münaqişəyə gətirib çıxardı;

Gürcüstanda sabitsizlik, siyasi böhran və Z.Qamsaxurdiya hökumətinin Rusiya ilə əlaqələri kəsməsi birmənalı olaraq Rusiyanın Abxaziyanı dəstəkləməsinə səbəb oldu;

• Rusiyanın separatçıları silahlandırması münaqişənin kəskinləşməsinə səbəb oldu;

• Z.Qamsaxurdiya hökuməti hakimiyyətdə qalmaq məqsədilə ölkədə olan gürcü-abxaz qarşıdurmasından istifadə edərək abxazları öz tərəfinə çəkmək üçün onlara bəzi siyasi imtiyazlar verdi (Abxaziya Ali Sovetinə seçkilərin keçirilməsi nəticəsində parlamentdə abxazlar əksəriyyət təşkil etdilər və s.).

• Abxaziyada kütləvi informasiya vasitələri, elmi jurnallar və b. mənbələr gürcülərin süni surətdə yerli abxaz əhalini azaltması barədə yalan məlumatlar yaydılar;

• Konstitusiyada olan dəyişikliklər, 1978-ci il konstitusiyasının əvəzinə 1921-ci il konstitusiyasının bərpası, buna cavab olaraq Abxaziyanın SSRİ-nin tərkibində İttifaq Respublikası olması barədə 1925-ci il konstitusiyasını bərpa etməsi, nəticədə Gürcüstan Dövlət Şurasının Abxaziya parlamentinin fəaliyyətini dayandırması gürcü-abxaz münaqişəsinin kəskinləşməsi üçün bəhanə oldu.

Aparılan təhlil gürcü-abxaz münaqişəsinin aşağıdakı nəticələrinin olması qənaətinə gəlməyə imkan verir:



  1. 1993-cü il 27 iyul Soçi sazişinin şərtlərinə müvafiq olaraq Gürcüstan öz ordusunu Qumista çayından Şərq rayonlarına apardı və nəticədə separatçılar gürcü ordusunu məğlubiyyətə uğratdılar və sentyabrın 20- də Abxaziyanın müstəqilliyini elan etdilər. Abxaziya 1994-cü il noyabrın 26-da özünü respublika elan etdi;

  1. 17 000-dən cox insan həlak oldu, minlərlə insan şikəst edildi, yüzlərlə insan itgin düşdü, girov götürüldü, təkcə 6000-dən çox görkəmli siyasi xadim – elm, mədəniyyət nümayəndəsi, jurnalist, həkim, pedaqoq məhv edildi;

  2. Abxaziyada etnik təmizləmə, soyqırımı həyata keçirildi;

  3. 250 mindən çox insan məcburi köçkün vəziyyətinə düşdü;

  4. Gürcüstanın iqtisadiyyatına böyük miqdarda zərər dəydi;

  5. Abxaziyada, Qudaut, Batumi, Vaziani, Axalkalaki ərazilərində Rusiya hərbi bazalarının yerləşdirilməsi Gürcüstanın növbəti fəlakətlərinin başlanğıcını qoydu.


Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə