1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   29   30   31   32   33   34   35   36   37

Əbədiyyət yolçuları 
 
  
146 
 
 
 
 
 
 
ƏHLİMAN KAZIMOV 
(1973 – ?) 
 
 
Kazımov  Əhliman  Panəli  oğlu  – 
1973-cü  il  oktyabr  ayının  10-da 
Lerik  rayonunun  Əliabad  kəndin-
də  anadan  olub.  1980-ci  ildə 
Gürdəsər  kənd  orta  məktəbinin 
birinci  sinifinə  qəbul  olunub,  1990-cı  ildə  Murya  kənd  orta 
məktəbinin onuncu sinfini bitirib.    
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 
 
Əhliman Kazımov 1992-ci ilin may ayında cəbhə bölgə-
sinə  yola  salınır.  O,  Qarabağ  cəbhəsinin  müxtəlif  istiqamət-
lərində  gedən  döyüşlərdə  iştirak  edib  və  qəhrəmanlıqlar 
göstərib. 
 
 
 
 
 
 
1992-ci  il  noyabr  ayının  2-də  Qarabağ  uğrunda  gedən 
qanlı müharibələrin birində itkin düşüb.    
 
Lerik  məhkəməsi  tərəfindən  Kazımov  Əhliman  Panəli 
oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
147 
 
 
 
 
 
 
NADİR HƏSƏNOV 
(1975- ?) 
 
 
Həsənov  Nadir  Sərməst  oğlu– 
1975-ci  ildə  Lerik  rayonunun 
Durğan  kəndində  anadan  olub. 
1982-ci  ildə  Durğan  kənd  nata-
mam  orta  məktəbinin  birinci 
sinfinə,  1985-ci  ildə  Murya  kənd  11  illik  məktəbinə  daxil 
olub.  1990-cı  ildə  həmin  məktəbin  səkkizinci  sinfini 
fərqlənmə diplomu ilə bitirib.  
 
 
 
1990-cı ilin sentyabr ayında H. B. Tağıyev adına Bakı 
Maliyə  Kredit  Texnikumunun  mühasibatlıq  şöbəsinə  daxil 
olub.    
 
 
 
 
 
 
1994-cü  ilin  yanvar  ayında  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Nadir 
cəbhə bölgəsinə yola salınıb.  
 
 
 
 
Nadir Həsənov 1994-cü il aprel ayının 20-də Kəlbə-
cər rayonunda yerləşən Əmirdağ yüksəkliyi uğrunda gedən 
döyüşlər zamanı itkin düşüb. 
 
 
 
 
Lerik  Rayon  Məhkəməsi  tərəfindən  Həsənov  Nadir 
Sərməst oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
148 
 
 
 
 
 
 
ZİYAD VAHABOV 
(1973- ?) 
 
 
Vahabov  Ziyad  Bahəddin  oğlu– 
1973-cü  il  sentyabr  ayının  7-də 
Lerik  rayonunun  Gürdəsər  kən-
dində  anadan  olub.  1980-ci  ildə 
Gürdəsər  kənd  orta  məktəbinin 
birinci  sinfinə  daxil  olub.  1991-ci  ildə  həmin  məktəbin 
onbirinci sinfini bitirib.  
 
 
 
 
1992-ci  il  may  ayının  13-də  Lerik  rayon  Hərbi  komis-
sarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Ziyad Vahabov 
Daxili  Qoşunların  Montində  yerləşən  3280  saylı  hərbi 
hissəsində  xidmətə  başlayıb.  Bir  müddət  orada  təlim  keç-
dikdən sonra cəbhə bölgəsinə yola salınıb.    
 
Ziyad Vahabov Ağdərə rayonu uğrunda gedən döyüşlər 
zamanı itkin düşüb.   
 
 
 
 
Lerik Rayon Məhkəməsi tərəfindən Vahabov Ziyad Ba-
həddin oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
149 
 
 
 
 
 
 
ARZUMAN SƏFƏROV 
(1973- ?) 
 
 
Səfərov  Arzuman  Canəli  oğlu– 
05  sentyabr  1973-cü  ildə  Lerik 
rayonunun  Cəngəvud  kəndində 
anadan  olub.  1980-ci  ildə  Vizəzə-
min kənd orta məktəbinin birinci 
sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi ko-
missarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Qara-
bağ cəbhəsinə göndərilib.    
 
 
 
 
27 may 1992-ci ildə Fizuli rayonunda hərbi xidmətə 
başlayıb.  Arzuman  Fizuli  rayonu  uğrunda  gedən  qanlı  dö-
yüşlərdə  iştirak  edərək  qəhrəmanlıqlar  göstərib.  Dəfələrlə 
düşmənə  qarşı  təşkil  olunmuş  əməliyyatlarda  iştirak  edib, 
döyüş bacarığı ilə fərqlənib. 
 
 
 
Arzuman Səfərov 14 avqust 1993-cü ildə Fizuli rayo-
nunun  Qızılqaya  kəndi  uğrunda  gedən  döyüşlər  zamanı 
itkin düşüb.    
 
 
 
 
 
Lerik  Rayon  Məhkəməsi  tərəfindən  Səfərov  Arzu-
man Canəli oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
150 
 
 
 
 
 
 
ƏFQAN MƏMMƏDOV 
(1974- ?) 
 
 
Məmmədov Əfqan Ağasən oğlu– 
08 dekabr 1974-cü ildə Lerik  ra-
yonunda  anadan  olub.  1981-ci 
ildə  Lerik  rayon  1  saylı  orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub,  1988-ci  ildə  həmin  məktəbin  səkkizinci  sinfini  bitirib. 
 
23 oktyabr 1993-cü ildə Lerik rayon Hərbi komissarlığı 
tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılan  Əfqan  Məmmədov 
cəbhə bölgəsinə yola salınıb.   
 
 
 
Hərbi xidmətə 703 saylı hərbi hissədə başlasa da, daha 
sonra  Qarabağ  cəbhəsinin  müxtəlif  bölgələrində  döyüş  yolu 
keçib.  Ağdam  uğrunda  gedən  döyüşlərdə  şücaətlər  göstərib. 
Son döyüş yeri də Ağdam rayonunun Salahlı kəndi olub.  
 
Əfqan  Məmmədov  12  yanvar  1994-cü  ildə  Ağdam 
rayonunun Salahlı kəndi uğrunda gedən döyüşlər zamanı itkin 
düşüb.   
 
 
 
 
 
 
 
04 fevral 1997-ci ildə  Lerik  Rayon  Məhkəməsi  tərəfin-
dən Məmmədov Əfqan Ağasən oğluna  şəhid statusu verilib. 
 
 
 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə