Əbədiyyət yolçuları
143
ƏMRAH MƏMMƏDOV
(1975- ?)
Məmmədov Əmrah Salman oğlu
– 06 may 1975-ci ildə Lerik rayo-
nunun
Şivlə kəndində anadan
olub. 1982-ci ildə Biləvər kənd
orta məktəbinin birinci sinfinə
daxil olub, 1993-cü ildə həmin
məktəbin on birinci sinfini bitirib. Lənkaran şəhərindəki
Texniki Peşə məktəbində 6 aylıq kurs keçərək sürücülük
peşəsinə yiyələnib.
1993-cü il oktyabr ayının 21-də Lerik rayon Hərbi
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq cəbhə
bölgəsinə yola salınıb.
Döyüş yolu Fizuli cəbhəsindən keçib. Tank briqa-
dasında xidmətə başlayan Əmrah Fizuli rayonu uğrunda gedən
döyüşlərdə xüsusi fəallıq göstərib, düşmənin bir çox canlı
qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb. Son döyüş yeri
Fizuli rayonunun Aşağı Əbdürrəhmannı kəndi olub. 1994-cü il
yanvar ayının 11-də Fizuli rayonunun Aşağı Əbdürrəhmannı
kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Əmrahın anasının dilindən bayatı:
Əzizinəm dağ olsun,
Dərd ürəkdə dağ olsun.
Balam Allah əmanəti,
Vətən, başın sağ olsun.
Əbədiyyət yolçuları
144
NAİL DƏNZİYEV
(1974 – ?)
Dənziyev Nail Fail oğlu –
29 may 1974-cü ildə Lerik rayo-
nunun Mastayıl kəndində anadan
olub. 1981-ci ildə Mastayıl kənd
orta məktəbinin birinci sinifinə
qəbul olunub, 1991-ci ildə həmin məktəbin onuncu sinfini
bitirib.
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi ko-
missarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Nail döyüş
bölgəsinə göndərilib.
Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində gedən
döyüşlərdə iştirak edib və qəhrəmanlıqlar göstərib. Son döyüş
yeri Ağdərə rayonu olub.
Nail Dənziyev 1992-ci ildə Ağdərə rayonunun Sırxava-
nd qəsəbəsi uğrunda gedən döyüşlərdə itkin düşüb.
Lerik məhkəməsi tərəfindən Dənziyev Nail Fail oğluna
şəhid statusu verilib.