1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

Əbədiyyət yolçuları 
 
  
119 
 
 
 
 
 
 
RÜFƏT QULİYEV 
(1981 - 2001) 
 
 
Quliyev  Rüfət  Ağaqulu  oğlu  – 
28  sentyabr  1981-ci  ildə  Lerik 
rayonunun  Mulalan  kəndində 
anadan  olub.  1990-cı  ildə  Mula-
lan kənd orta məktəbinin birinci 
sinifinə  qəbul  olub,  2000-ci  ildə  həmin  məktəbin  onuncu 
sinfini bitirib.  
 
 
 
 
 
1999-cu  ildə  Lerik  rayon  Hərbi  komissarlığı  tərə-
findən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu  sıralarına 
yola  salınıb.  Xidmət  yolu  Daşkəsən  rayonunda  yerləşən 
hərbi hissədən keçib.  
 
 
 
 
Xidməti  müddətində  Rüfət  özünün  nümunəvi  dav-
ranışı,  əsgəri  intizamı  ilə  komandirlərinin  hörmətini  qaza-
nmış, vətənə olan borcunu əsl azərbaycanlı kimi yerinə ye-
tirməyə çalışmışdır.   
 
 
 
 
Rüfət  Quliyev  02  yanvar  2001-ci  ildə  Daşkəsən 
rayonunda yerləşən Qabağtəpə ərazisində xidməti borcunu 
yerinə yetirərkən baş vermiş qar uçqunu nəticəsində həlak 
olub.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  tor-
pağa tapşırılıb. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
120 
 
 
 
 
 
 
RAUF KƏRİMOV 
(1982 - 2001) 
 
 
Kərimov Rauf Əlizadə oğlu – 
28 iyun 1982-ci ildə Lerik rayo-
nunun  Mulalan  kəndində  ana-
dan  olub.  1990-cı  ildə  Mulalan 
kənd  orta  məktəbinin  birinci 
sinifinə qəbul olunub, 2000-ci ildə həmin məktəbin onuncu 
sinfini bitirib.  
 
 
 
 
 
2000-ci  ilin  dekabr  ayında  Lerik  rayon  Hərbi  komis-
sarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu 
sıralarına yola salınıb.  
 
 
 
 
Xidmət  yolu  Daşkəsən  rayonunda  yerləşən  hərbi 
hissədən  keçmişdir.  Xidməti  müddətində  özünü  nizam-
intizamlı aparmış, dəfələrlə komandirləri tərəfindən təşək-
kürnamələrə layiq görülmüşdür.    
 
 
Gənc  əsgər  Rauf  Kərimov  02  yanvar  2001-ci  ildə 
Daşkəsən  rayonunda  yerləşən  İnaldağ  yüksəkliyində  xid-
məti borcunu yerinə yetirərkən qar uçqunu nəticəsində hə-
lak olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək tor-
pağa tapşırılıb. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
121 
 
 
 
 
 
 
GÜLMƏMMƏD ABDULLAYEV 
(1983- 2003) 
 
 
Gülməmməd  Şıxməmməd  oğlu 
– 20 sentyabr 1983-cü ildə Lerik 
rayonunun  Amburdərə  kəndin-
də  anadan  olub.  1990-cı  ildə 
Amburdərə  kənd  ümumi  orta 
məktəbinin  birinci  sinifinə  qəbul  olunub,  2000-ci  ildə 
Kəlvəz kənd orta məktəbin onuncu sinfini bitirib.  
 
2001-ci ilin oktyabr ayında Lerik rayon Hərbi komis-
sarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu 
sıralarına yola salınıb.  
 
 
 
 
Xidmət yolu Murovdağdan keçmişdir. Xidməti müd-
dətində özünü nizam-intizamlı aparmış, əsgər yoldaşlarının 
və komandirlərinin hörmətini qazanmış, vətənə layiq əsgər 
olmağa çalışmışdır.    
 
 
 
Gülməmməd  Abdullayev  02  mart  2003-cü  ildə  Mu-
rovdağ  yüksəkliyində  xidməti  borcunu  yerinə  yetirərkən 
qar uçqunu nəticəsində həlak olub.  
 
 
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpa-
ğa tapşırılıb. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
122 
 
 
 
 
 
 
ELŞƏN HƏSƏNOV 
(1985 – 2004) 
 
 
Həsənov  Elşən  Əlihüseyn  oğlu  – 
1985-ci il iyun ayının 28-də Lerik  
rayonunun  Murya  kəndində  ana-
dan olub. 1992-ci ildə Murya kənd 
orta  məktəbinin  birinci  sinfinə 
qəbul  olunub,  2002-ci  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbini bitirdikdən sonra  2003-cü ilin oktyabr 
ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi 
xidmətə çağrılaraq əsgərliyə yola salınıb. Daşkəsən rayonunda 
yerləşən hərbi hissədə əsgəri xidmətə başlayıb. 
 
Xidməti dövründə özünü nizam-intizamlı aparan Elşən 
dəfələrlə komandirlərinin təşəkkürünü qazanmışdır.  
Elşən  Həsənov  2004-cü  il  may  ayının  23-də  xidməti 
borcunu yerinə yetirərkən şəhid olub. 
 
Elşənin dayısı Nur Aydın Manaflının dilindən; 
 
Hünərlə düşmənin önündə durdu, 
Yazdı ürəklərə adını Elşən. 
Sərsəngdə vuruşdu, qorudu yurdu, 
İçdi bir şəhidlik andını Elşən. 
 
Burda bir şəhidin məzar daşı var, 
Ruhu ürəklərdən görünüb yatır. 
Burda tarixlərin qan yaddaşı var, 
Üç rəngli bayrağa bürünüb yatır. 
 


Əbədiyyət yolçuları 
 
  
123 
 
 
 
 
 
 
ŞƏMSİ RZAYEV 
(1987 – 2007) 
 
 
Rzayev Şəmsi Aslan oğlu –  
27 avqust 1987-ci ildə Lerik rayo-
nunun  Sors  kəndində  anadan 
olub. 
1994-cü ildə Sorus kənd orta 
məktəbinin  birinci  sinfinə  daxil 
olub,  2005-ci  ildə  həmin məktəbin 
onuncu sinfini bitirib. 
Atası Aslan kişi övladlarını vətənpərvərlik 
ruhunda  tərbiyə  etmiş,  vətənin,  torpağın  müqəddəsliyini  hər 
zaman onlara aşılamağa çalışmışdır. Elə bu səbəbdən də ailənin 
böyük  oğlu  Malik  Rzayev  vətənə  xidmət  yolunu  seçərək 
əvvəlcə  Naxçıvan  Muxtar  Respublikasında  tağım  komandiri 
vəzifəsində xidmət etmiş, hal-hazırda isə Beyləqanda xidmətini 
davam etdirməkdədir.  
 
 
 
 
 
Ailənin kiçik övladı olan Şəmsi Rzayev də orta məktəbi 
bitirdikdən sonra ordu sıralarına çağrılır. O, 2005 ci ilin oktyabr 
ayında Qazax rayonunun Quşçu Ayrım kəndində xidmətə baş-
layır.  Vətənin  keşiyində  mətanətlə  dayanan  bu  vətənpərvər 
gənc Qazax rayonunun Quşçu Ayrım və Aşağı Əskipara kənd-
lərində xidmet edir.    
 
 
 
 
2007-ci il yanvar ayının 31-də xidməti borcunu yerinə 
yetirərkən  düşmən  gülləsinə  tuş  gələn  Şəmsi  Rzayev  canını 
vətənə qurban verərək şəhidlik zirvəsinə ucalır. 
 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  tor-
pağa tapşırılır. 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə