1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Əbədiyyət yolçuları 
 
  
115 
 
 
 
 
 
 
ƏFLATUN NOVRUZOV 
(1976-1996) 
 
 
Novruzov Əflatun Ulduzxan oğlu 
-  1976-cı  ildə  Lerik  qəsəbəsində 
anadan  olub.  1983-cü  ildə  Lerik 
qəsəbə natamam orta məktəbinin 
birinci  sinfinə  daxil  olub,  1991-cı 
ildə  həmin  məktəbin  səkkizinci  sinfini  bitirib.  1991-93-cü 
illərdə Lerik qəsəbə 1 saylı məktəbdə orta təhsilini başa vurub. 
 
Orta məktəbi bitirdikdən sonra 1994-cü ilin aprel ayın-
da  Lerik  rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi 
xidmətə  çağrılan  Əflatun  Novruzov  Milli  ordu  sıralarına  yola 
salınır. Xidmətinin ilk üç ayını Badamdar qəsəbəsində yerləşən 
hərbi  hissədə  başa  vurduqdan  sonra  Fizuli  rayonuna  gön-
dərilib.  
 
 
 
 
 
 
Fizuli  rayonunda  xidmətə  başlayan  Əflatun  sərhədlə-
rimizin qorunmasında ayıq-sayıq dayanmış, dəfələrlə düşmən 
həmlələrinin qarşısını alaraq igidliklər göstərmişdir.  
 
Əflatun  Novruzov  02  dekabr  1996-cı  ildə  Fizuli  rayo-
nunun  Alıxanlı  kəndində  yerləşən  Haramı  düzündə  xidməti 
borcunu yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək qəh-
rəmancasına şəhid olub. Şəhidin cənazəsi doğulduğu rayo-
na gətirilərək torpağa tapşırılıb.    
 
 
 
Lerikin mərkəzi küçələrindən biri Novruzov Əflatun 
Ulduzxan oğlunun adını daşıyır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
116 
 
 
 
 
 
 
ELÇİN MİRİŞOV 
(1976-1994) 
 
 
Mirişov Elçin Vaqif oğlu – 
13 fevral 1976-cı ildə Lerik rayo-
nunun
 Davidonu kəndində
 anadan 
olub. 1983-cü ildə Davidonu kənd 
əsas  məktəbinin  birinci  sinfinə 
daxil olub, 1993-cü ildə həmin məktəbin onuncu sinfini bitirib.
 
Orta məktəbi bitirdikdən sonra əsgərlik yaşının tamam 
olmasına  baxmayaraq  vaxtından  əvvəl  Lerik  rayon  Hərbi  ko-
missarlığına  gedərək  cəbhəyə  getmək  üçün  müraciət  etmiş, 
komissarlıq bu vətənpərvər gəncin istəyini nəzərə alaraq onu 
Milli ordu sıralarına yola salmışdır.    
 
 
Elçin Mirişov Pirəkəşküldə hərbi təlim keçdikdən sonra 
Geranboy-Tərtər  cəbhəsinə  göndərilir.  Hərbi  hissədə  təlimlər 
zamanı sərrast atıcılığı ilə komandirlərin diqqətini cəlb edir və 
snayper silahı ona etibar edilir.  
 
 
 
Qrxmazlığı və döyüş bacarığı ilə seçilən Elçin ən qaynar 
döyüş nöqtələrində düşmənə sarsıdıcı zərbələr endirərək onla-
rın çox sayda canlı qüvvəsini məhv edir. 
 
 
Elçin  Mirişov  08  dekabr  1997-ci  ildə  xidməti  müddə-
tinin  bitməsinə  bir  ay  qalmış  düşmən  gülləsinə  tuş  gələrək 
qəhrəmancasına şəhid olur.  Şəhidin  cənazəsi  doğulduğu 
kəndə gətirilərək şərəflə dəfn olunur.  
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
117 
 
 
 
 
 
 
MUSTAFA QULİYEV 
(1977 – 1996) 
 
 
Quliyev Mustafa Mirtəği oğlu – 
18 aprel1977-ci ildə Lerik rayo-
nunun  Dico  kəndində  anadan 
olub.  1984-cü  ildə  Dico  kənd 
məktəbinin birinci sinfinə gedib, 
dördüncü  sinfi  burda  bitirdikdən  sonra  təhsilini  Tikəband 
kənd orta məktəbində davam etdirərək 1994-cü ildə həmin 
məktəbin onuncu sinfini bitirir.    
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  1995-ci  ilin  iyul 
ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi 
xidmətə çağrılaraq Milli ordu sıralarına yola salınıb. 
 
Xidməti  müddətində  Mustafa  özünün  nümunəvi 
davranışı,  əsgəri  intizamı  ilə  komandirlərinin  hörmətini 
qazanmış, vətənə olan borcunu əsl azərbaycanlı kimi yerinə 
yetirməyə çalışmışdır.  
 
 
 
 
Mustafa  Quliyev  sərhədlərimizin  keşiyində  ayıq-
sayıq  dayanaraq  düşmən  həmlələrinin  qarşısını  mətanətlə 
almışdır. 
 
 
 
 
 
 
 
22 fevral 1996-cı ildə vətənin qəhrəman oğul Mus-
tafa  Quliyev  xidməti  borcunu  yerinə  yetirərkən  düşmən 
gülləsinə  tuş  gələrək  şəhid  olub.  Şəhidin  cənazəsi  doğul-
duğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
118 
 
 
 
 
 
 
GƏRAY RƏHİMOV 
(1977 - 1997) 
 
 
Rəhimov Gəray Şahverdi oğlu
13 yanvar 1977-ci ildə Lerik rayo-
nunun
  Buzeyir  kəndində
  anadan 
olub.  1984-cü  ildə  Pirasora  kənd 
tam  orta  məktəbinin  birinci  sinfi-
nə  daxil  olub,  1994-cü  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib.  
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  1995-ci  ildə  Lerik 
rayon  hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq Milli ordu sıralarına yola salınıb. 
 
 
Gəray  Rəhimov  hərbi  xidmətə  Qazax  rayonunda  yer-
ləşən 707 saylı hissədə başlayır. Qrxmazlığı və döyüş bacarığı 
ilə seçilən Gəray torpaqlarımızın qorunması zamanı igidlik və 
qəhrəmanlıq  nümayiş  etdirərək  əsgəri  borcunu  yerinə  yetir-
məyə çalışmışdır.  
 
 
 
 
 
Gəray Rəhimov 30 may 1997-ci ildə Qazax rayonunda 
xidməti borcunu yerinə yetirən zaman düşmən gülləsinə tuş 
gələrək qəhrəmancasına şəhid olub. 
 
 
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpa-
ğa tapşırılıb.  
 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə