1. Rəsmi sənədlər



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
az dili imtahan sualları (1)

4. Nitqin təmizliyi 
Ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və 
s.) nitqdə işlədilməməlidir. 
1)
Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir. 
2)
Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. 
3)
Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır 
4)
Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, mejdu proçim, 
niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl gətirir 
5.
 
Nitqin zənginliyi 
Nitqin zənginliyi dedikdə, nitq prosesində leksik, semantik, frazeoloji, qrammatik vahidlərin rəngarəng 
formada işlədilməsi nəzərdə tutulur. Nitqdə yersiz təkrarlar, bəsit – qrammatik formaların işlədilməsi, 
eyni konstruksiya və formaların dalbadal verilməsi, şablon ifadə vasitələrinə müraciət edilməsi nitqi 
zənginlikdən uzaqlaşdırır
 
2.
 
Nitqin düzgünlüyü 
düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin 
düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Nitqin düzgünlüyü üçün 
başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu 
şəkildə əks etdirməsidir. Nitqdə reallıqdan uzaqlaşmanın digər səbəbi danışanın nitq predmeti 
haqqında səthi məlumata sahib olmasıdır. 
6.
 
Nitqin yığcamlığı 
Nitqin yığcamlığı dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə 
tutulur. Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. 
7.
 
Nitqin münasibliyi 
Nitq məqamına, yerinə, danışan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, 
məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir. Şəraitə uyğunluq gözlənilməzsə, nitq fikri ifadə 
edə, ona adekvat ola bilməz.

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə