16
ə
mlakın bazar dəyərinin öyrənilməsi tələblərini də irəli sürürdü. Bank fəaliyyətinin
canlanması, əmlak girovu ilə kreditlərin verilməsi (ipoteka prosesinin hərəkətə
gətirilməsi), sığorta şirkətlərinin yaradılması, əmlakın sığorta dəyəri barədə müvafiq
qanunların qəbul edilməsi və xüsusilə əmlakın vergiyə cəlb edilməsi zərurəti, onun
qanunvericilik təminatı bazar iqtisadiyyatının vacib tələblərindən biri kimi
qiymətləndirmə fəaliyyətinin, onunla bağlı peşəkar qiymətləndiricilər strukturunun
meydana gəlməsinə, onun beynəlxalq tələblərə uyğunlaşdırılmasına səbəb oldu.
Qiymətləndirmə fəaliyyətinin tətbiqi sahəsinin genişlənməsi bu fəaliyyətə böyük
ehtiyac yarandığını göstərdi. Müxtəlif məqsədlər üçün nəzərdə tutulan (kredit
götürərkən girov qoyulan əmlakın qiymətləndirilməsi, vergiqoyma məqsədləri üçün
ə
mlakın qiymətləndirilməsi, sığorta olunan əmlakın qiymətləndirilməsi, müəssisənin
balansında olan əmlakın bazar dəyərinin müəyyən edilməsi, müsadirə edilmiş əmlakın
qiymətləndirilməsi, özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi və.s.) və
çoxçeşidli əmlak növlərinin (daşınmaz əmlakın, daşınar əmlakın, zinət əşyalarının,
intellektual mülkiyyətin, biznesin və s.) qiymətləndirilməsi tələbatının yaranması
zəruriliyi onun qanunvericilik təminatının formalaşmasında böyük rol oynadı. Sonrakı
illərdə pul-kredit, maliyyə, vergi, sığorta, girov, qiymətlərin formalaşması, eləcə də
iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına əsas verən hüquqi bazanın təmin edilməsi
sahəsində ardıcıl addımlar atılmışdır.
Hazırda Azərbaycanın əmlak bazarı daha sivil formaya yönəlir, onun zəruri
infrastrukturu yaradılır. Ona görə də, konkret əmlak növünün dəyərinin düzgün
müəyyənləşdirilməsi get-gedə daha böyük əhəmiyyət kəsb etməyə başlayır.
Ə
mlakın qiymətləndirilməsi hazırda respublika iqtisadiyyatının ən mühüm
problemlərindən biri olaraq diqqəti cəlb edir. Əmlakın düzgün qiymətləndirilməsi
cəmiyyətdə normal bazar münasibətləri amillərindən biri olduğuna görə bu cəhət təbii
bir hal kimi qəbul olunmaqdadır. 90-cı illərin ortalarından etibarən iqtisadi
problemlərin həll edilməsi yönümünün dəyişməsi və qiymətin əmələ gəlməsi məsələləri
üzrə müvafiq mütəxəssislərin mövcudluğu ölkədə peşəkar elmi fəaliyyət növlərindən
biri olan qiymətləndirmə fəaliyyətinin inkişafına təkan vermiş, elmi potensial mərhələ-
17
mərhələ formalaşmağa başlamışdır. Əlbəttə, qiymətləndirmə fəaliyyətinin təşəkkülü və
inkişafı sahəsində müvafiq qanunvericilik bazasına istinad edərək atılan ilk addımlar
cəmiyyətin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynamışdır. Bu sahədə sonrakı
müvəffəqiyyətlərin o zaman qəbul edilən iqtisadi qərarların düzgünlüyündən, əmlakın
qiymətləndirilməsinin normativ bazasının inkişafı və təkmilləşdirilməsindən,
qiymətləndirmə fəaliyyətinin məqsədyönlülüyündən, bir sıra digər iqtisadi amil və
göstəricilərdən asılı olmasından xəbər verməyə bilməz.
18
Mövzu 2. Ə
mlak bazarının formalaş
ması amillə
ri və
qiymə
tlə
ndirmə
də
istifadə
olunan yanaş
malar
2.1. Qiymə
tlə
ndirmə
də
zə
ruri olan mühit və
bazar amillə
ri
2.2.
QIYMƏ
TLƏ
NDIRMƏ
FƏ
ALIYYƏ
TININ
OBYEKTLƏ
RI VƏ
SUBYEKTLƏ
RI
2.3.
Ə
MLAK
BAZARI
VƏ
QIYMƏ
TLƏ
NDIRMƏ
FƏ
ALIYYƏ
TI
2.4. Qiymə
tlə
ndirmə
də
bazar riski və
investisiya alə
tlə
rinin şə
rhi
2.5. Qiymə
tlə
ndirmə
fə
aliyyə
tində
istifadə
olunan yanaş
malar və
metodlar
Qiymətləndirmə fəaliyyətinin mahiyyətini dərindən başa düşmək üçün onu bazar
iqtisadiyyatının mühüm elementləri olan sahibkarlıq fəaliyyəti və konkret bölgədə
ə
mlakın hərəkəti dovriyyəsində araşdırmaq lazım gəlir. Sahibkarlıq növü və əmlak
bazarının mühüm ünsürü kimi, bu fəaliyyətin meydana çıxması və inkişafı mövcud
ictimai-siyasi və sosial-iqtisadi şəraitlə bağlı olmuşdur. Həmin şərait yalnız
qiymətləndirmənin deyil, həm də bazar iqtisadiyyatının doğurduğu digər fəaliyyət
növlərinin də (audit, birja fəaliyyəti, qiymətli kağızlarla əməliyyatlar və s.) meydana
çıxması və inkişafı üçün əlverişli mühit rolunu oynamışdır.
stənilən sahibkarlıq fəaliyyəti növünün inkişafına mövcud şəraitin təsirinin
öyrənilməsi mühüm nəzəri və praktiki əhəmiyyətə malikdir. Sahibkarlıq mühiti
dedikdə, ətrafda olan və sahibkarın müştərilərlə faydalı əməkdaşlıq münasibətləri
qurması imkanlarına təsir edən amillər nəzərdə tutulur. Sahibkarlıq mühiti makro- və
mikromühit amillərindən ibarətdir. Qiymətləndirmə fəaliyyəti yeni təşəkkül tapmaqda
olan xidmət sahibkarlığı olaraq, mühit amillərinin təsiri ilə əmlak bazarında özünə
mühüm yer tutmaqdadır. Bu mühit amillərini ümumi şəkildə aşağıdakı kimi
qruplaşdırmaq olar: