1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   2   3   4   5   6   7   8   9   ...   23
Maldarliq

İri buynuzlu qaramal. 

Qaramalda mədə önlüklərinin belə çox tutuma malik 

olmaları heyvanın çox miqdar qaba bitki mənşəli yemlərin - ot, saman, küləş, 

tərəvəz bitkilərinin qalıqlarından istifadə etməyə imkan verir. Bundan başqa qeyd 

edilən yemlərin tərkibində sellilozanın miqdarı daha çoxdur və heyvan biı maddəni 

çox çətin, kövşəməyənlər isə heç həzm edə bilmirlər. Lakin kövşəyənlərin 

işkənbəsinin mötəviyyatında həddən çox mikroorqanizmlər olur ki, onlar 

sellilozanı mənimsəyərək öz mədələrində onu həzm olunan hala salırlar. 

İşkənbədən vəzli, şirəli mədəyə düşən (şırdana, qursağa) həmin 

mikroorqanizmlərin özləri də parçalanaraq həzm olunmaq dərəcəsinə gəlmiş 

selliloza ilə birlikdə vəzli nnədədə həzm olunma halına düşərək bağırsaqlardan 

protein kimi qana sorulurlar. İşkənbədə tüpürcəklə çox islanmış qaba yemlər 

(inəkdə sutka ərzində 100 litrə qədər tüpürcək ifraz oluna bilir) yemi horra şəklinə 

salır və belə vəziyyətdə yem qursağa asan daxil ola bilir. Tüpürcək həmçinin 

işkənbədəki mötəviyyatda qələvi mühit yaradır və nəticədə mikrobların çoxalması 

baş verir.



 

İri  buynuzlu  qaramalın  həzm  aparatının  belə  qurluşa  malik  olması  bu 

heyvanların çox miqdarda qaba yemi həzm etməyə və onlardan yüksəkqiymətli qida 

məhsulları - ət və südün əmələ gəlməsinə imkan yaradır. 

İri  buynuzlu  qaramal  yeni  saxlanma  şəraitinə  daha  tez  uyğunlaşdıqları  üçün 

onları  müxtəlif  şəraitdə  saxlamağa  imkan  yaradır.  Bununla  yanaşı  bu  heyvanlar 




yaxşılaşdırılmış  yemləmə  şəraitinə  daha  tez  reaksiya  verirlər  və  onlarlan  yüksək 

məhsul əldə etmək olur. 

İri buynuzlu qaramalın, onlar əhliləşmə dövrlərində, əsəb sistemi ev şəraitinə 

daha tez uyğunlaşırlar və onlar bu proses ərzində vəhşi haldan çox sakit hala keçirlər. 

İri  buynuzlu  qaramalın  vəhşi  əcdadlarının  cinsi  funksiyası  fəsli  xarakter 

daşıyır, onlar yaz və yay zamanı cinsi əlaqəyə həvəs göstərirlər. 

Əhliləşmiş  ev  heyvanlarında  isə  bu  hala  rast  gəlinmir.  Qular  ilin  bütün 

fəsillərində cinsi həvəsdə ola bilirlər. Onlardan ilin bütün fəsillərində bala alınır. İri 

buynuzlu qaramal tez inkişaf etməyə və boy artımına malik olmağa qadir olmuşdur. 

Bu vəziyyət onlarda uzun müddətli evalyusiyada, əlverişli şəraitdə baş vermişdir. 

İri  buynuzlu  qaramalın  bioloji  xüsusiyyətlərinə  həmçinin  onların  fizioloji 

çoxalma  xassəsi  də  daxildir.  Fizioloji  çoxalma  üçün  normal  şəraitə  aşağıdakılar 

daxildir: 

1) 


cinsiyyət  toxumalarının  əmələ  gəlməsi  (spermatozoid  və  yumurta 

hüceyrələri); 

2) 

yumurtalama; 3) balanın inkişafı - boğazlıq. 



    Düyə və buğaçalarda cinsi yetişkənlik təxminən 6-9 aylıq yaşda başlayır ki, bu 

fizioloji  yetişkənlikdən  tez  başlayır.  Buna  baxmayaraq  İri  buynuzlu  qaramalı  bu 

yaşda  ilk  cütləşməyə  buraxmaq  olmaz.  Çünki  erkən  yaşda  ilk  cütləşdirilməyə 

buraxılan heyvanlar ümumi inkişafdan qalırlar və onlardan alınan bala tam qiymətli 

olmur. Bu hər iki cinsiyyətə aiddir. Odur ki, düyələri birinci dəfə 18-20 aylıq yaşda 

onlar 300-350 kq diri çəkiyə çatarkən mayalamaq lazımdır. Erkək danaları isə 14-

18 aylıq yaşda ilk çütləşməyə buraxmaq olar. Bu məqsəd üçün yaş həddi heyvanın 

tezyetişkənliyi,  yemləmə  və  bəsləmə  şəraiti,  məhsuldarlıq  istiqamətindən  (ətlik 

istiqamətli  heyvanların  cavanları  südlük  istiqamətli  cinsdən  bir  neçə  dəfə  tez 

inkişafa başlayır). 

Cinsiyyət sikli. Qaramalda mayalanma yalnız cinsi oyanma dövründə baş verir 

ki,  bu  çərə  axıtma  (cinsi  həvəs)  adlanır.  Bu  dövr  inəkdə  20  saat  müddətində  baş 

verməmişdirsə, onda inək təkrarən dövrü olaraq orta hesabla hər 21 gündən bir təkrar 

həvəsə gəlir və bu zaman da təkrar mayalandırılmalıdır. Bu onunla əlaqədardır ki, 

inək  və  ya  düyədə  cinsiyyət  məhsulu  sayılan  yumurta  hüceyrəsi  hər  iki  balalıq 

buynuzunda  yetişir.  Hər  bir  yumurta  hüceyrəsi  rüşeyim  qovuqcuğundan  - 

föllikuldan  ibarət  olmaqla  yaşlı  inəyin  yumurta  follikulası  25000,  düyəninki  isə 

75000 sayda olur. 

Cinsiyyət sikli dövründə follikulalar yetişir, həcmcə artır. Adətən cinsjyyət sikli 

dövründə inəkdə bir  ədəd follikul yetişir,  əgər iki follikul yetişsə əkiz  doğma  baş 

verir ki, bu hal inəklərdə çox  nadir hallarda (2%-ə qədər) baş verir. İnkişaf etmiş 

follikula  yumurtalığın  periferiyasına  doğru  hərəkət  edib,  şişir  və  partlayaraq 

yetişmiş  yumurta  hüceyrəsi  balalığın  yumurta  borusuna  düşür.  Yumurtalıqdan 



yumurta toxumasının azad olması yumurtalama adlanır. İnəkdə yumurtalama çərə 

axıtmanın sonunda, orta hesabla çərə axıtmanın başlanmasından 25 saat sonra baş 

verir.  Yumurta  hüceyrəsinin  yetişmə  sürəti  orqanizmanın  fizioloji  vəziyyətindən, 

yaşından  (yaşlı  heyvanda  yetişmə  yavaş  baş  verir)  və  ilin  fəslindən  asılıdır. 

Follikulalar  inkişafı  və  yetişməsi  hipofizin  hormonu  vasitəsilə 

r

nizamlanır.  Bu 



hormon qana sorularaq bu prosesi nizamlayır. Əgər mayalanma baş verirsə, yetişib, 

partlayan follikulun yerində daxili sekresiya vəzinin məhsulu olan sarı cisim əmələ 

gəlir.  Sarı  cisim  qana  prohesteron  hormonu  ifraz  edir  ki,  yumurtalıqda  başqa 

follikulaların  əmələ  gəlməsini  və  çəra  axıtmanı  dayandırır.  Sarı  cisim  yalnız 

boğazlıq dövründə əmələ gəlir. Boğazlığın sonuna sarı cisim sorulur. 

Törədicilərdə  toxum  isə  toxumluqda,  xayada  yerləşən  yumurtalarda  əmələ 

gəlir.  Spermatozoidlər  fasiləsiz  əmələ  gəlib,  xaya  artımında  100  mlrd-la  toplanır, 

burada  yetişərək  1-2  ay  yaşayır.  Xaya  artımında  sperma  çox  qaldıqda  onlar 

canlılığını tədricən itirir, qocalır, ölərək, sorulur. Buğadan bir dəfəyə 2-6 ml sperma 

alınır ki, bunun 1 ml-də 1-2 mlrd. spermatozoid olur. 

Nəzərə almaq lazımdır ki, inəkdə normal şəraitdə çərə axıtma 18-20 saat çəkir, 

yumurtlama  isə  onun  sonunda  baş  verir,  odur  ki,  yaxşı  olar  ki,  inəyi  həvəsin 

ortasında, yəni onun başlanmasından 8-10 saat sonra mayalamaq lazımdır. Yaxşı 

olar  ki,  inəyi  iki  dəfə  -  həvəsin  əvvəlində,  ikinci  dəfə  isə  10-12  saatdan  sonra 

mayalamaq  lazımdır.  Yumurta  toxumasına  onlarla  spermotozoid  daxil  olsada, 

onlardan -yalnız biri mayalanır. Mayalanma baş verən kimi ziqota özünün sıx zülal 

təbəqəsi ilə əhatə olunur və ziqotaya digər spermotozoidlərin daxil olmasına mane 

olur. Ziqota isə bölünərək inkişaf etməyə başlayır. 

Son  zamanlar  süni  mayalandırmadan  geniş  istifadə  olunur  ki,  bu  zaman  bir 

törədicinin toxumu ilə 10-15 dəfə çox inək mayalanır. 

Boğazlıq,  doğuş  və  laktasiya.  Boğazlıq  dedikdə  rüşeymin  fizioloji  inkişaf 

prosesi  başa  düşülür  ki,  sonralar  bu  inəyin  orqanizmasında  balaya  çevrilir. 

Mayalanmış yumurta hüceyrəsi - ziqota ädlanır, o inkişaf edərək mayalanmadan 4-

5 gün sonra balalığa düşərək onun dibində selikli qişaya yapışır. Rüşeym tezliklə 

selikli qişanın toxuma təbəqəsi ilə əhatə olunaraq qidalı materialların zonasını əmələ 

gətirir.  Sonra  rüşeymin  özünün  qişası  təbəqəsin  yaranır  və  rüşemin  sonrakı 

qidalanması göbəyi vasitəsilə plasentadan qidalanır. Balanın və inəyin qan damarları 

plasentaya  daxil  olaraq  bir-birinə  sıx  söykənirlər.  Onlar  bir-birindən  öz 

kapilyarlarının divarları vasitəsilə ayrılırlar, bunun nəticəsində onların qanları biri-

birilə  qarışmır.  Qida  maddələri  və  oksigen  balaya  kapilyarların  divarı  vasitəsilə 

inəyin orqanizmasından qəbul olunur. Sonra parçalanma məhsulları və əksinə olaraq 

inəyi orqanizması tərəfindən kənar olunur. 

Əvvəlcə  rüşeym  çox  yavaş  böyüyür,  sonra  boyu  sürətlə  artmağa  başlayaraq 

doğumun sonuna sutkada 400-500 qr artır. 




İnəklərdə  boğazlıq  müddəti  250-310  gün  çəkməklə  heyvanın  cinsindən, 

yemləmə və bəslənmə şəraitindən asılıdır. 

Doğuşa 50-60 gün qalmış inək sağımdan dayandırılır. Bu onunla əlaqədardır 

ki, inək dincəlsin və doğuşa hazır olsun. İnəyin sağımdan kəsiləndən doğuşa qədər 

olan dövrü süd qurutma dövrü adlanır və bu 60 gün çəkir. Doğumdan qabaq inəyin 

yelini böyüyür, cinsiyyət orqanı xaricdən şişir. 

Süd vəzlərində südün əmələ gəlməsi və ifrazı laktasiya adlanır, süd ifrazı dövrü 

isə laktasiya dövrü adlanır. Laktasiya dövrü inəyin cinsindən, heyvanın növündən 

əhliləşmə dərəcəsi və istifadə xarakterindən asılıdır. İnəklərdə bu müddət 300 gün 

çəkir. 


Hazırda dünyada 1180 mln. baş qaramal 150,3 mln. baş camış 

yetişdirilir. Respublikamızda qaramalın ümumi sayı 2,3 mln. baş, camışların sayı isə 

550 min təşkil edir. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq respublikamızda 

başqa növ heyvanlar kimi, qaramal da əsasən fermer, kəndli və digər hüquqi və fiziki 

şəxslərin  təsərrüfatlarında  yetişdirilir.  Yeni  idarəetmə  sisteminə  keçilərkən 

qaramalın sayı az olsada, onun cins tərkibi pisləşsədə, son illər qaramalın həm baş 

hesabı ilə sayı çoxalmış və həm də xarici dövlətlərdən cins, damazlıq heyvanların 

satın alınması nəticəsində cins tərkibi də yaxşılaşmışdır. Respublikamıza çox miqdar 

yüksək məhsuldarlığa malik ətlik, südlük və qarışıq məhsuldarlıq istiqamətinə malik 

mədəni damazlıq cins heyvanlar gətirilmişdir. 

Dünyada  900-dən  çox  qaramal  cinsi  yetişdirilir  ki,  bunun  50-dən 

çoxlu  MDB  -  ölkələrində  yetişdirilir.  Respublikamızda  bazar  iqtisadiyyatı  ilə 

əlaqədar  olaraq,  həmçinin  şəhər  və  şəhərətrafında  əhalinin  son  zamanlar 

daha  çox  məskunlaşmasını  nəzərə  alaraq  bu  zonalarda  yüksək  məhsuldar  südlük 

istiqamətli  Holland,  Qara-ala,    Holmoqor,    Qırmızı  səhra,    Latviya  qonur  malı 

yetişdirilməyə 

başlanmışdır. 

Bu 


onunla 

əlaqədardır 

ki, 

əhalinin 



daha  sıx  yerləşən  zonalarda  onları  süd  və  süd  məhsulları  ilə  təmin  etmək 

asanlaşsın. 

Heyvanların  damazlıq  dəyərliyini  təyin  etmək  üçün  və  törədicilərin  təyini 

məqsədilə  təsərrüfatlarda  hər  il  bonitrə  aparılır.  Bonitrə  «bonitas»  sözündən 

götürülmüş və yaxşıları seçmək deməkdir. Daha doğrusu – heyvanların kompleks 

əlamətlərinə  görə  qiymətləndirilməsi  bonitrə  adlanır.  Fəaliyyətdə  olan  bonitrə 

məlumatına  əsasən  qaramal  dörd  bonitrə sinfinə: 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə