1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   2   3   4   5   6   7   8   9   ...   23
Maldarliq

elita-rekord,  elita, 

I  və  II  sinfə 

ayrılır, bu zaman inəyin süd məhsuldarlığı (miqdarı və yağlılığı), buğa və cavanlarda 

isə  onların  əcdadı  haqda  göstəricilər  nəzərə  alınır.  Bununla  yanaşı  heyvanın  diri 

çəkisi  və  bədən  qurluşu  da  nəzərə  alınır,  törədicilər  üçün  isə  onların  nəslinin 

məhsuldarlığı  nəzərə  alınır.  Qaramalın  məhsuldarlığı  və  diri  çəkisini 

qiymətləndirmək  üçün  müvafiq  standartlar  nəzərdə  tutulur  ki,  bu  cinsin  hazırki 

vəziyyətdə onun potensial imkanları nəzərə alınır. Bu standartda inək və buğa üçün 

bədən  quruluşuna  görə  göstəricilər  nəzərdə  tutulur.  Bu  zaman  buğa  üçün  olan 

göstəricilərdə beş ball artıq götürülür.  




Bonitrə nəticələrinə əsasən heyvanlar damazlıq, istehsalat və kökəltmə qrupuna 

ayrılır.  Damazlıq  qrupundan  alınan  balalar  fermada  naxırın  təmiri  və  sayının 

artırılması, istehsalat qrupu süd istehsalı üçün istifadə edilir. Damazlıq nüvə üçün 

döllük törədicilər ayrılır, süni mayalanma və damazlıq işi planları tərtib olunur.  

Buğa və düyələrdə cinsi yetişmə adətən 6-9 aylıq yaşda başlayır ki, bu zaman 

onlar hələ fiziki cəhətdən tam yetişməmiş olur. Odur ki, onları belə erkən yaşda ilk 

cütləşməyə  buraxmaq  olmaz,  çünki  düyələrdə  erkən  boğazlıq  onların  sonrakı 

inkişafını ləngidir. Erkən mayalanma baş verməsin deyə buğa və düyələr 5-6 aylıq 

yaşdan  ayrıca  saxlanırlar.  Düyələr  16-20  aylıq  yaşda,  onların  çəkisi  analarının 

çəkisinin 70-75 %-ni təşkil etdikdə buğaçalar isə 14-18 aylıq yaşda ilk cütləşməyə 

buraxılırlar.  Həvəsdə  olan  heyvanların  dişilərinin  cinsiyyət  orqanı  şişib,  qızarır, 

ondan selik-çərə axır. İnək narahat olur, tez-tez mələyir, başqa inəyin üzərinə-belinə 

sıçrayır, iştahı kəsilir, sağım azalır. Qış zamanı bu əlamətlər çətin bilinir. Həvəsdə 

olan inəyin südü qaynadılarkən çürüyür. 

Maldarlıqda cütləşmə əllə, sərbəst və süni mayalanma yolu ilə həyata keçirilir. 

Əllə cütləşdirmədə insanın nəzarəti ilə baş verir. Həvəsdə olan düyənin yanına buğa 

gətirilir  və  cütləşdirilir.  Əllə  cütləşdirmə  xüsusi  dəzgahın  köməyi  ilə  aparılır.  Bu 

üsülun  müsbət  cəhəti  odur  ki,  heyvan  istənilən  vaxtda  və  planda  cütləşdirilir, 

taylaşdırma düzgün və asan aparılır. Bu üsulda tam yaşda olan buğaya 80-100 inək 

təhkim olunur. Bu üsul damazlıq təsərrüfat üçün əhəmiyyətlidir. 

Sərbəst cütləşdirmə üsulunda buğa inəklə sərbəst cütləşir və bu zaman doğum 

planlaşdırılmır və bu üsulda məqsədyönlü damazlıq işi aparmaq olmur. Bu üsulda 

təsərrüfatda çox miqdar törədici saxlanır, törədici tez yorulur, yoluxucu xəstəlikləri 

yaya bilir. 

Süni  mayalandırma  ən  müasir  üsul  sayılır.  Bu  üsulda  qiymətli  törədicinin 

toxumunu həddən çox uzaq məsafəyə nəql etmək olur və ondan daha çox heyvanı 

mayalamaq  mümkündür.  Bu  zaman  əllə  cütləşdirmədən  15-20  dəfə  çox  inək  və 

düyəni cütləşdirmək mümkündür. Süni mayalanmada bir baş buğaya 1500-2000 və 

bəzən 3000 inək təhkim olunur. 

Normal yemləmə və saxlanma şəraitində inəyin boğazlıq müddəti orta hesabla 

285  gün,  tərəddüdlə  isə  240-312  gündür.  Bu  tərəddüd  heyvanın  fərdiyyəti,  tez 

yetişkənliyi, yemləmə və saxlama şəraiti, dölün cinsiyyəti və s. dən asılıdır. Yaxşı 

yemləmə, tezyetişənlərdə doğuin tez baş verir, erkəklər dişidən gec doğulurlar. 

Qaramal  naxırının,  tərkibi  törədici  buğadan,  inək,  düyə,  2  yaşına 

qədər  buzovlar  və  1  yaşa  qədər  cavanlar  daxildir.  Sürünün  tərkibi  təsərrüfatın 

ixtisaslaşmasından 

asılıdır. 

Südlük 


təsərrüfatda 

sağmal 


inəklər 

sürünün  50%-ni,  şəhərətrafı  rayonlarda  isə  60%-ni  təşkil  edir.  Belə  təsərrüfatda 

bütün cavanlar ət üçün bəslənir və erkən yaşda ətliyə verilir. Sürüdə düyələrin ilboyu 

tutduğu həcm 20-30% olur. Sürüdən xəstə, qoca və aşağı məhsuldar heyvanlar, nadir 




halda cavanlar çıxdaş edilir. Ətlik istiqamətli maldarlıqda sürüdə sağmal inəklər 30-

40% olur. 

Maldarlıqda  bağlı  və  açıq  saxlama  sistemindən  istifadə  edilir. 

Bağlı üsulla saxlama - bu üsulda heyvanlar pəyədə bağlı saxlanılır. Bu zaman fərdi 

yemləndirmə, geniş sağım asan aparılmaqla, heyvanın sağlamlığına və köklüyünə 

asan  nəzarət olunur. Pəyədə inək üçün  uzunu  1,7-1,9 m, eni isə 1,05-1,1 m, sahə 

ayrılır. Törədi buğa tövlədə uzunu 1,8-2,05 m sahədə saxlanır. İnəklər hər gün 3-4 

saat  gəzintiyə  buraxılırlar.  Yay  zamanı  imkan  olarsa  otlaqda  otanlırlar.  İnəklər 

"yoluçka" "tandem" sağım aparatının köməyi ilə sağılır. Avstriya və bir sıra qabaqçıl 

Avropa ölkələrində bu aparatlarla inəklər robotların köməyi ilə säğlırlar.  

Açıq üsulla saxlama - bu üsulla qaramal bağsız, qrup şəklində qalın döşənək 

üzərində  saxlanır.  Pəyənin  yanında  isə  möhkəm  döşəməli  gəzinti  sahəsi  olur. 

Döşənək  kimi  hər  1  başa  sutkada  4-6  kq,  cavanlara  isə  3-4  kq  saman  xərclənir. 

Gəzinti sahəsində bir başa 4-5 m

2

, cavanların hər birinə 3-3,5 m



2

 (tövlədə), həyətyanı 

sahədə isə müvafiq olaraq 25-30 və 15-20 m

2

-sahə ayrılır. Bir-birinə zədə yetirməsin 



deyə yaşlı heyvanın buynuzu mişarlanır, cavan buzovlar isə buynuzsuzlaşırılır. Bu 

üsulla saxlanmada mal uzun müddət açıq havada saxlandığından onlar daha gümrah 

və sağlam olurlar. 

Oturaq  və  oturaq  -  düşərgə  şəraitində  saxlama  -  bu  zaman  qaramal  yayda 

düşərgədə, qışda isə tövlədə saxlanır. Bu üsulda yaşıl 

konveyerdən geniş istifadə edilir. Yaşlı inəklər sutkada 60-70 kq, cavanlar isə 25-

30 kq yaşıl yem yeyir. 

Otlaq şəraitində saxlama - qaramal otlaq şəraitinə tədricən köçürülür. Birinci 

günlər mal sahəyə yemləndirilib çıxarılır və 2-3 saat otarılır. Sonra otarma müddəti 

6-8 saata qədər uzadılır. 

 Bazar iqtisadiyyatı şəraitində respublikamızda  ət istehsalını artırmaq,  onun 

keyfiyyətini yaxşılaşdırmaq günün aktual məsələsidir. Beləki, heyvan ətinin dünya 

bazar  standartlarına  uyğun  istehsal  etmək  vacib  məsələdir.  Bununla  yanaşı 

kökəldilmiş heyvanın əti arıq heyvanın ətinə nisbətən daha qidalı və yüksək kalorili 

olur. Məsələn, orta köklükdə kəsilmiş yaşlı malın 1 kq ətinin kaloriliyi 1080 kkal 

olduğu  halda,  kökəldilmiş  1  kq  ətin  kaloriliyi  1580  kkal  olur.  Bununla  yanaşı 

təcrübələrlə  müəyyən  olunmuşdur  ki,  kökəltmə  nəticəsində  ətin  kimyəvi  tərkibi 

dəyişdiyindən  onun  kaloriliyi  də  yüksəlir.  Kökəldilən  cavan  malın  ətinin miqdarı 

artdığı halda, yaşlı malın orqanizmasında çox miqdarda piy toplanır  

Təcrübələrlə  müəyyən  edilmişdir  ki,  tam  kökəldilmiş  öküzün  bədənində 

19,1% piy toplandığı halda, piylənmiş öküzdə bu göstərici 30,1% olur. Kökəltmə 

həm də faydalıdır, ona görə ki, rentabellik artmaqla, ətin maya dəyəri azalır. 

Hazırda aşağıdakı  kökəltmə üsulları tətbiq edilir: pəhriz (dietik) buzov əti, 

çox körpə və zərif buzov əti, qidalılıq keyfiyyəti yüksək ola cavan mal əti və süfrə 

əti almaq üçün aparılan kökəltmə. Bu kökältmənin müddətləri bir-birindən fərqlənir. 



Pəhriz  buzov  əti  -  bu  əti  əldə  etmək  üçün  buzov  doğulan  gündən  45-60  günlüyə 

qədər əsasən südlə kökəldilir, son mərhələdə isə onlara üzsüz süd və qüvvəli yemlər 

verilir. 

Zərif  buzov  əti  -  buzov  doğulan  gündən  3-4  aylıq  yaşa  qədər  aparılan 

kökəltmə  nəticəsində  əldə  edilir.  Bu  kökəltmə  üsulunda  buzova  20  günlükdən 

başlayaraq üzsüz süd (yaxud üzlü südün əvəzedicisi), qüvvəli yemlər verilir. Bu növ 

kökəltmə ABŞ, İnqiltərə və Fransada geniş tətbiq edilir. Kökəldilmiş buzovun çəkisi 

3-3,5 aylıqda 100-120 kq-a çatdırılır. 

Cavan mal əti - bu kökəltməyə "Bebi-bif"-də deyilir. Bu üsül ilə kökəltməyə 

ətlik  cinsləri  və  onlardan  alınan  6-8  aylıq  mələzlər  qoyulur  və  kökəltmə  3-4  ay 

davam  etdirilir.  Heyvanın  yem  payı  quru  otdan  (paxla  və  taxıl  fəsiləsi), 

kökümeyvəlilər  və  xüsusi  hazırlanan  qarışıq  yemdən  tərtib  edilir.  Bu  üsul  ABŞ, 

Cənubi Amerika, Avstraliya, Yeni-Zellandiya və s. ölkələrdə aparılır. 

Süfrə üçün qaramal əti - respublikamız və bir sıra xarici ölkələrdə süfrə üçün 

qaramal  əti  alımaq  üçün  18-20  aylığadək  kökəltmə  aparılaraq,  həmin  yaşda  çəki 

400-450 kq-a çatdırılır. Xalis ətlik istiqamətli təsərrüfatlarda cavan malı əvvəl otlaq 

şəraitində, sonra isə bordaq şəraitində bəsləyərək, onların diri çəkisi 2 yaşında 400-

450 kq-a çatdırılır. 

    Qida  məhsulu  kimi  ətin  dəyəri  onda  olan  yağ  və  zülalın miqdarından  asılıdır. 

Qaramalın  ətində  ədətən  17-21%  zülal,  23  %-ə  qədər  yağ-piy  olub,  heyvanın 

köklük  dərəcəsindən  asılı  olaraq  ətinin  1  kq-nın  kaloriliyi  1200-3000  kkal-dır. 

Morfoloji və kimyəvi tərkibcə qaramal ətinin göstəriləri 26 saylı cədvəldə verilir. 

     Ətin ümumi qidalılığı onun kalorisi ilə  ölçülür. Qaramalın  ət məhsuldarlığına 

cins, yaş, köklk dərəcəsi, cinsiyyət və yemləmə saxlama şəraiti təsir edir. 

Cinsin  və  cinsiyyətin  təsiri  -  ən  yüksək  ət  məhsuldarlığına  tezyetişən 

ixtisaslaşdırılmış      ətlik      cinslər      malik      olur.      Ətin  -  keyfiyyətinə    həmçinin 

buğaların  axtalanması  da  təsir  göstərir.  Bu  zaman  onların  əti  daha  zərif  olur. 

Axtalanmamış buğaların əti qaba, lifli və az yağlı olur. Baxmayaraq ki, buğaçalar 6-

10  aylıq  yaşda  axtalanırlar,  lakin  onların  inkişaf  sürəti  axtalanmamışlardan  aşağı 

olur.  Düyələrin  əti  nisbətən  zərif,  zərif  lifli  olub,  yağ  əzələ  daxilində  bərabər 

paylanmış olur. 

Yaşın təsiri - cavan qaramal əti buzov və cavan ət qrupuna ayrılır. 1,5-3 aylıq 

yaşda kəsilən buzov əti yüksək keyfiyyətə və dietik xassəyə malikdir. 

Heyvanın  cinsiyyəti  və  yaşından,  əzələ  və  piy  toxumasının  inkişaf 

dərəcəsindən asılı olaraq standarta əsasən qaramal aşağıdakı qruplara bölünürlər: I - 

öküz və inəklər; II - törədici buğalar; III - 3 aylıqdan 3 yaşa qədər cavanlar IV - 2 

həftəlikdən 3 aylığa qədər buzovlar. 

Köklük dərəcəsindən asılı olaraq inək, öküz və 3 aylıqdan yuxarı yaşda olanlar 

üç kateqoriyaya: yüksək, orta və ortadan aşağı kateqoriyaya; buğa və buzovlar - iki 



kateqoriyaya I və II bölünürlər. I və II kateqoriyanın tələbini ödəməyən heyvanlar 

arıq qrupuna aid edilirlər. Köklük dərəcəsi əllə, palpasiya ilə və həmçinin kontrol 

kəsimlə  müəyyən  edilir.  Qaramalın  ət  məhsuldarlığı  göstəricilərindən  ən  əsası  ət 

çıxarıdır. Bu qaramalın köklük dərəcəsindən asılı olaraq 40-45, kök heyvanlarda - 

50-60%-dir. 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə