1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə15/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   11   12   13   14   15   16   17   18   ...   35
Pedogika imtahan suallarının cavabları copy

3. Pedaqoji tələbkarlıq təhsil ənənələrimizdə olan və bu gün də istifadə edilən anlayışlardan biri kimi tanınır. Daha çox tərbiyə nəzəriyyəsində alışdırma metodunun komponenti olmaqla dəyərləndirilir. Lakin hazırki şəraitdə pedaqoji tələbkarlıq innovativ pedaqoji texnologiya kimi yeni mahiyyət kəsb etməklə pedaqogikanın anlayışlar sistemində özünə yer tutmaqdadır. • Xahiş forması – pedaqoji prosesdə tələbat, ehtiyac və arzunu təmin etməyə çağıran müraciətlər.
• Tövsiyə forması – bu və ya digər mütləq normanın, qaydanın əhəmiyyətini şagirdə şərtsiz anlatmaq.
• Etibar forması – müəllimlə şagird arasında dostluq münasibəti yarandıqda etibar bir-birinə hörmət edən və tərəflərin təbii münasibəti kimi özünü göstərir.
• İşgüzar tapşırıq forması – bu formadan tapşırığın daha dəqiq, düzgün, işgüzarlıqla yerinə yetirilməsi tələb olunduqda istifadə edilir.
Pedaqoji prosesdə həm də aşağıdakı qeyri-verbal tələbkarlıq formalarından istifadə edilir.
• Mimikalar – daxili ruhi vəziyyəti ifadə edən üz hərəkətləri.
• Pauza – şagirdin müəllimin gözləyəcəyi mövqedə nitqi dayandırması.
• Plastik hərəkətlər, jestlər, duruş – tədris- təlim prosesində vəziyyət və münasibət barədə informasiya verən hərəkətlər, jestlər və duruş.
• Tələb qoymaq – məqsədə müvafiq olaraq şagirdlərin fəallığını pozitiv məcraya yönəltmək.
4. İnformativ təsir. İnformativ təsir müəllim fəaliyyətinin nümunəsində şagirdə olan təsirdir. Bu təsir daha effektiv və maraq doğura bilməsi ilə fərqlənir. Təbii ki, həm də nümunəvi xarakter daşıyır. Bu mənada onun əməkdaşlıq etdiyi şagirdlərlə müqayisədə daha çox bilməsi, bacarması, şərh etməsi özünü qabarıq şəkildə ifadə edir. Müasir məktəbin müəllimindən isə şagirdlərdə kreativliyi formalaşdırmaq üçün onlara informativ təsir göstərmək tələb olunur. Bunun üçün həm nitq, həm də nümayiş vasitələrindən istifadə olunmaqla şagirdlər məntiqi, tənqidi və yaradıcı fəaliyyətə yönəldilməlidir.
5. Pedaqoji konflikt. Pedaqoji konflikt nədir? Bu suala cavab vermək üçün, ilk növbədə, nəzərə alınmalıdır ki, bu anlamda innovativ pedaqoji texnologiyalardan biri başa düşülür. Həm də anlaşılır ki, orada ziddiyyətin olması vacibdir. Başqa sözlə, pedaqoji konflikt təlim prosesində müəyyən gerçəkliyi dərk etməklə məqsədə çatmaq üçün subyektlər arasında yaradılmış müxtəlif növlü ziddiyyətlərdir Bir texnologiya kimi pedaqoji konflikt üç mərhələdə həll olunur:
* konfliktin müşahidə olunması;
* tərəflər arasında qarşıdurmanın yaranması;
* konfliktin həlli.
Araşdırmalar göstərir ki, konfliktlərin həll olunmasında aşağıdakı yollardan istifadə olunması didaktik cəhətdən faydalı hesab edilir.
Müvafiq faktlar gətirə bilmək;
• Ümumiləşdirilmiş arqumentlər söyləməyi bacarmaq;
• Müqabilinə münasibətdə həssaslıq nümayiş etdirmək;
• Kompromisə getməyi bacarmaq;
• Şagirdləri birgə müzakirəyə səsləmək.

Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə