1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Morfologiyanın tədrisində orfoepik vərdişlərin formalaşdırılması



Yüklə 125,57 Kb.
səhifə30/52
tarix23.01.2023
ölçüsü125,57 Kb.
#99079
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   52
orfoqrafiya və orfoepiya

32. Morfologiyanın tədrisində orfoepik vərdişlərin formalaşdırılması

Orfoqrafiyanın morfologiya ilə əlaqələndirilməsi mühüm təlim əhəmiy-yətli prinsipdir. Təlimin bu istiqamətdə qurulması şagirdlərin orfoqrafik və morfoloji bilik və bacarıqlarının artmasına səbəb olur.
Nitq hissələrinin tədrisi prosesində aparılan orfoqrafik işlər şagirdlərin mor-fologiyadan əldə etdikləri bilikləri möhkəmləndirməklə bərabər, onların orfoqrafik vərdişlərini də inkişaf etdirir. Şagirdlər bu cür çalışmalar üzərində işləyərkən həm morfologiyadan əldə etdikləri bilikləri tətbiq etməyə imkan tapır, həm də üzərində əməliyyat apardıqları sözlərin morfoloji xüsusiy¬yət¬lərini öyrənməklə yanaşı, onların yazılışına aid müəyyən vərdişlər qazanırlar. İsimin tədrisi prosesində xüsusi və ümumi isimlər, mürəkkəb isimlər, mürəkkəb xüsusi isimlərin öyrədilməsi, ismin hallanması, q-nin ğ-ya, k-nın y-ya keçməsi və s. orfo¬qrafiya ilə əlaqələndirilməlidir
"Sifət" mövzusu ilə əlaqədar mürəkkəb sifətlər, sifətin dərəcələri, mürəkkəb saylar, saylarla sıralama qaydaları, mürəkkəb feillər, məsdərin hallanması, köməkçi feil hissələri, mürəkkəb zərflər, şəxs əvəzliklərinin hallanması və cəmlənməsi, kö-mək¬çi nitq hissələrinin tədrisi ilə bağlı orfoqrafik işlərin apa¬rılması, morfologiya və orfoqrafiyanın əlaqələn¬dirilməsi labüddür. Şübhəsiz, bun¬ların hamısı ibtidai sinifdə öyrədilmir, lakin ibtidai siniflərdə morfologiyanın tədrisi hər zaman dilin digər sahələri ilə, o cümlədən orfoqrafiya ilə sıx əlaqəli şəkildə həyata keçiril¬məlidir. Feillərin tədrisi üzrə iş prosesində et, get feilləri indiki və gələcək zaman şəkilçiləri qəbul edərkən t samitinin d samiti ilə əvəz olunması, həmçinin gələcək zaman şəkilçilərindən sonra I şəxsin sonluqları əlavə olunduqda q-nın ğ-ya, k-nın y-ya keçməsi şagirdlərin nəzərinə çatdırılmalıdır. Burada onların əvvəllər öyrəndikləri bir qanunauyğunluğu –iki sait arasında q-nın ğ-ya, k-nın y-ya keçməsini xatırlatmaq lazımdır. Qeyri-qəti gələcək zaman şəkilçilərinin yazılışı ilə əlaqədar yeni bir qanunauyğunluq öyrədilməlidir. Şagirdlərə başa salınmalıdır ki, yoxla, işlə kimi sonu saitlə bitən düzəltmə feillərə -ar, -ər şəkilçilərini artırmaq üçün sözlə şəkilçinin arasına bitişdirici y samiti əlavə edilməlidir: yoxlayar, işləyər.
Feillərin qrammatik formasının dəyişməsi ilə əlaqədar qaydalardan biri də et, get təkhecalı feil köklərinin eləcə də sonu t ilə bitən çoxhecalı düzəltmə feillərin sonuna saitlə başlanan şəkilçilər artırıldıqda t-nın d-ya keçməsi qaydasıdır. Məsələn, et-edir-edər; get-gedir-gedər və s. Bu qayda aşağıdakı xarakterik cəhətlərə malikdir:
a) kar samitin cingiltili samitə keçməsi və ya cingiltiləşməsi hadisəsi ilə əlaqədar yazımızda qəbul olunmuş yeganə qaydadır;
b) yalnız feillərə aiddir;
c) tələffüzə əsasən çox asanlıqla müəyyənləşir.


Yüklə 125,57 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə