1. Obyektlərin zədələnmə ocaqları


Qəza-xilasetmə işlərinə daxildir



Yüklə 71,68 Kb.
səhifə2/2
tarix22.03.2024
ölçüsü71,68 Kb.
#183142
1   2
MM

Qəza-xilasetmə işlərinə daxildir:
• Hərəkət marşrutu yollarının və iş yerlərinin kəşfiyyatı;
• Hərəkət ediləcək yollarda və iş yerlərində yanğınların söndürülməsi;
• Xilasetmə işlərinin aparılmasına mane ola biləcək mümkün amillərin aradan qaldırılması;
• Zədələnmiş, xarabalığa çevrilmiş, yanan binalardan, su basmış, qaz və tüstü ilə dolmuş, çökmüş otaqlardan zədələnmişlərin axtarışı və tapılıb çıxardılması;
• Zədələnmişlərə ilkin tibbi və həkim yardımının edilməsi və onların tibb müəssisələrinə köçürülməsi;
• Təhlükəli zonalardan əhalinin çıxarılması;
• İnsanların sanitar təmizlənməsi, heyvanların veterinar təmizlənməsi, texnikanın, mühafizə və geyim vasitələrinin dezaktivasiyası, dezinfeksiyası və deqazasiyası, ərazinin və tikililərin, ərzağın, suyun, ərzaq xammalın və yemin zərərsizləşdirilməsi. Qəza-xilasetmə işləri qısa müddətdə yerinə yetirilməlidir. Ona görə ki, zədələnmişlərə tez bir müddətə yardım edilməlidir, əks halda ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən dağıntılar və itkilər arta bilər.
Qəza-xilasetmə işlərinin aparılmasına şərait yaratmaq, ikincili zədələyici amillərin (yanğın, partlayış, subasma və s.) təsirindən sonrakı dağıntı və itkilərin qarşısını almaq üçün, həm də zərər çəkmiş əhalinin və iqtisadiyyat obyektlərinin fəaliyyətini təmin etmək üçün təxirəsalınmaz tədbirlər yerinə yetirilir. Bura daxildir:
• Dağıntı və zərər çəkmiş zonalarda yolların, keçidlərin salınması;
• Qaz, enerji, su kəməri, kanalizasiya, istilik və texnoloji sistemlərində xilasetmə işlərinin aparılması üçün təhlükəsiz şərait yaratmaq məqsədilə qəzaların lokallaşdırılması;
• Dağılmaq təhlükəsi olan və xilasetmə işlərinin aparılmasına mane olan bina və tikililərin konstruksiyaların bərkidilməsi və uçurulması;
• Xilasetmə işlərinin aparılmasınin təmin edilməsi üçün dağılmış və zədələnmiş komunal-enerji xətlərinin təmiri və bərpa edilməsi;
• Partlamamış döyüş sursatlarının və partlayış təhlükəli predmetlərin aşkar edilməsi, zərərsizləşdirilməsi və məhv edilməsi;
• Zədələyici amillərin mümkün təkrari təsirindən mühafizə məqsədilə zədələnmiş mühafizə qurğularının təmir və bərpa edilməsi;
• Fövqəladə hadisə baş verən ərazidə sanitar təmizləmə işlərinin aparılması;
• Zərərçəkmiş əhalinin həyat təminatının ilk növbədə təmin edilməsi.
Xilasetmə işləri – düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.
Xilasetmə işlərinə aiddir:
• iş görüləcək sahələrdə və buraya qələn yollarda radiasiya səviyyələrini, digər vəziyyəti müənyyləşdirmək üçün kəşfiyyət aparmaq;
• xilasetmə işləri aparılacaq yerlərdə yanğını söndürmək və ya məhdudlaşdırmaq; uçqun altında qalmış adamları axtarıb tapmaq, oradan çıxarmaq, habelə yanan, qismən dağılmış binalarda qalmış adamları xilas etmək;
• uçqunlar altında qalıb hava boruları zədələnmiş mühafizə qurğuların içərisinə hava vermək (çıxarlana qədər oradakı adamlar boğulmasınlar deyə) və bu qurğuların üstünü uçqunlardan təmizdəyib adamları xilas etmək; zədələnmiş, yanan, tüstü, qaz bürümüş binalardan, uçqunlar altından adamların tapılıb çıxarılması;
• üstü çökmüş və uçqun qalaqları altında qalmış mühafizə qurğularının açılıb oradan adamların xilas edilməsi;
• süzücü-ventilyasiya sistemi zədələnmiş sığınacaqlara hava verilməsi;
• zədələnmiş adamlara lazımı tibbi yardım göstərib, müalicə müəssisələrinə aparmaq, əhalinin zədələnmə, dağıntı, yanğın ocaqlarından, təhlükəsiz rayonlara çıxarmaq:
• adamların təhlükəli sahələrdən çıxarılması, lazımi hallarda sanitariya təmizliyindən keçirilməsi, həmçinin avadanlığın, ərazinin, ərzaq və suyun zəhərsizləşdirilməsi.
Digər təxirəsalınmaz işlər isə, xilasetmə işlərini sürətlə və təhlükəsiz yerinə yetirmək, habelə fəlakətin genişlənməsinin qarşısını almaq məqsədilə görülən tədbirlərə deyilir.
Digər təxirəsalınmaz işlərə aiddir:
• Uçqunlarda və zəhərlənmə baş vermiş sahərlərdə maşın yolu və keçidlərin düzəldilməsi; zədələnmə və zəhərlənmə ocaqlarında xilasetmə işləri aparılarkən ilk növbədə mühafizə qurğularına, uçqun altında, yanan binalarda adamlar qalmış sahələrə, digər tə’xirəsalınmaz iş yerlərinə getmək üçün maşın yolları və keçidlər düzəldilir. Bu məqsədlə mexanikləşdirilmiş MM dəstələrinin qüvvələrindən istifadə edilir.
Keçid yollarının düzəldilməsi üsulları uçqunların növündən və ölçüsündən asılı olur. Bu məqsədlə uçqunun üst səthini buldozer vasitəsilə təmizləyir, hamarlayır və basıb bərkidirlər. Adamlar özləri sığınacaqlardan çıxa bilmirlərsə, belə sığınacaq uçqun altında qalmış qurğu hesab edilir. Onları qazıyıb açmaqa başlamazdan əvvəl içəriyə qaz, su dolub-dolmadığını, ümumiyyətlə oradakı vəziyyəti öyrənirlər. Xilasetmə işlərinin aparılması ardıcıllığı bundan asılı olacaqdır.
• Uçqunların altından, zədələnmiş və yanan binalardan adamların xilas edilməsi. Daha mürəkkəb və çətin işdir. Bu işə dağıdılmış obyektin bütün sahələrini nəzərdən keçirib adamlar qalmış yerləri tapmaqdan başlayırlar. Dağıntı ocağında zədələnmişmişləri tapmağın əsas üsulu – uçqunlar yaranan sahədə başdan-başa axtarış aparmaqdır. Bu zaman xilasedicilər elə məsafədə hərəkət etməlidirlər ki, biri digərini görüb-eşidə bilsin, habelə bütün sahəni diqqətlə nəzərdən keçirmək mümkün olsun.
• qaz, elektrik, texnoloji şəbəkələrdə, su, kanalizasiya xətlərində qəzaların məhdudlaşdırılması;
• xilasetmə işlərinin aparılmasına mane olan və ya təhlükə törədən qurğü və konstruksiyaların bərkidilməsi;
• yaxud dağıdılmış – zədələnmiş rabitə, işıq, su xətlərinin müvəqqəti bərpa edilməsi və s. kimi işləri aid etmək olar.
Bütün bu işlər eyni zamanda yerinə yetirilir.
Hər bir konkret halda görüləcək xilasetmə və digər təxirəsalınmaz işlərin həcmi və növü bu dağıntı (zədələnmə) ocağını törədən fəlakətin xarakterindən asılı olur.
Nüvə zədələnməsi ocağında və zəlzələ rayonlarında daha çətin və ağır işləri icra etmək lazım gələ bilər. Bu işlərin ehtimal olunan səciyyəsini və həcmini müəyyənləşdirmək üçün zərbə dalğasının ön xəttindəki izafi təzyiqin kəmiyyətinə görə nüvə zədələnməsi ocağını, yəni izafi təzyiq 0,1 kqq/sm2-dən artıq olan sahələri şərti olaraq dörd zonaya ayırırlar. Bunlar: tam, güclü, orta dərəcəli və zəif dağıntı zonalarıdır.
Zəlzələ nəticəsində yaranan dağıntı ocaqlarını da buradakı bina və qurğuların zədələnməsinin xarakterinə görə nüvə zədələnməsi ocağı ilə müqayisə etmək mümkündür. Fərq yalnız ondan ibarətdir ki, bu zaman əsas meyar olaraq zərbə dalğasının yaratdığı izafi təzyiq deyil, zəlzələnin balla maksimal fəallığı götürülür.
Dağıntı ocağında xilasetmə işlərini təşkil edən şəxs yaranmış vəziyyəti şəxsən öyrənir, adamları xilas etmək üçün görüləcək işlərin həcmini və qaydasını təmin edir, dəstələrə tapşırıq verir və onların fəaliyyətini vahid məqsədə yönəldir.

2.MM-də xəbərdarlıq və rabitə sisteminin təşkili
MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri.
Mühafizə tədbirləri həyata keçirilərkən Mülki Müdafiə qüvvələrinə rəhbərlik üçün MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə-idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən fövqəladə hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir.
MM-nin rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və vasitələrinin, o cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və məftilli rabitə qovşaqlarından və stansiyalarından, eləcə də MM qərargahlarının tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını həmçinin sərəncəmların, siqnalların məlumatların vaxtında verilməsi və qəbul olunmasını təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr arasında təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın e’tibarlı surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək, eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır.
Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyirlər.
Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki çoxlu məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki Müdafiənin bütün strukturlarında geniş istifadə olunur.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən, vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda isə hətta piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindən – əhalini xəbərdar etmək, habelə göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl sirenalarından, siqnal raketlərindən, yeni işıq və səs siqnalı verən vasitələrdən ibarətdir.
MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur.
Xəbərdarlıq sistemi dedikdə, MM orqanlarına əhaliyə siqnal və göstərişləri çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur.
Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq aparatları, radio-yayım (translyasiya) şəbəkəsi və sirenalar daxildir. Sistemin əsas vəzifəsi MM-in rəhbər heyətinə, qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini, obyektləri müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək, eləcə də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın, zəhərlənmə, təbii fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa müddətdə çatdırmaqdır.
Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qərargahın göstərişlərinə əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir.
Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü şəhərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşməmiş rabitə dəstələri yaradılır. Xidmətin rəisi vəzifəsinə xidmət yaradılan müəssisənin, bölmənin (rabitə qovşağı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası və s.) olmayan obyektlərdə rabitə və xəbərdarlığın təşkil vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən birinə həvalə edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin planlaşdırılması, vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanması, avadanlığın təmir olunması üçün cavabdehdir.
Rabitə vasitələri
AR ərazisində əhalinin təhlükə barədə xəbərdar edilməsi üçün şərti siqnal vasitəsi elektrik sirenalarıdır. Onlar şəhərlərin, yaşayış məntəqələrinin ərazisində elə yerləşdirilir ki, mümkün qədər hər tərəfə səsin yayılması təmin olunsun. Bu məqsədlə C-40 sirenalarından istifadə olunur; onlar səsi şəhərdə 300-400 metr radiusda yayır. Adətən, elektrosirena şəbəkəsi bir mərkəzdən idarə olunur.
Evdən kənar insanları xəbərdar edin digər effektiv sistem küçə səsgüsləndiriciləri şəbəkəsidir. Onlar şəhər və yaşayış məntəqələrinin radiotranslyasiya şəbəkəsinin əsas komponenti olub əhalinin xəbərdar edilməsinin vacib elementidir.
Təcrübədən məlumdur ki, əhalinin hamısının tam xəbərdar edilməsi mümkün deyil. Həmçinin, xəbərdarlıq vasitəlirinin təhlükə barədə verdiyi siqnalları əhalinin adekvat qəbul etməsi və verilmiş məlumata uyğun olaraq sonrakı davranış qaydalarına əməl etməsinə əmin olmaq mümkün deyil. Bundan ötrü əhalinin verilmiş xəbərdarlıq siqnallarını tanıması və onlara uyğun hərəkə etməsi üçün maarifləndirilməsi lazımdır.
Əhalinin xəbərdar edilməsinin tam təmin olunması üçün siqnallar dəfələrlə təkrar olunmalıdır və bütün xəbərdarlıq vasitələrindən istifadə olunmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, günün vaxtlarından asılı olaraq müxtəlif xəbərdarlıq vasitələrinin effektivliyi dəyişir. Gecə vaxtı elektrik siqnalları və küçə gücləndiriciləri, axşam vaxtı televiziya yayımı, gündüz elektrik siqnalları, küçə gücləndiriciləri və radio yayımı şəbəkəsi daha effektlidir.
Əhalinin xəbərdar edilməsi və məlumatlandırılması üçün FH zamanı bütün yayım növlərindən (kabel, radio və televiziya yayayımı) istifadə olunur, yanaşı olaraq teleyayım səs siqnalları ilə müşayət olunur. Bu məqsədlə FHN xüsusi apparaturasından istifadə olunur.
Xəbərdarlıq siqnalları və mətnlər əvvəlcədən yazılır və idarəetmə orqanlarında saxlanılır. Bəzən FH zamanı «canlı yayım» idarəetmə orqanlarından birbaşa aparılır.
Rayonda, obyektdə rabitənin və xəbərdarlığın təşkili
Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə (MM rabitə xidmətlərində) cəmləşdirmək onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür. Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını (rabitə vasitələrini) və MM dəstələrinin rabitə vasitələrini özündə cəmləşdirir.
İri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat avtomat-telefon stansiyası (İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator (telefon stansiyası), radiorabitə vasitələri (əsasən ultraqısadalğa radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son blok xəbərdarlıq aparatı olmalıdır.
MM qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir.
Obyektlərdə də rabitə aşağıdakı qaydada istifadə olunur:
Məftilli rabitə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə:
obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür.
Radiorabitə – obyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir.
Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə edilir.
Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm xəbərdarlıq üçün, həm də MM-nin sərəncam və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.
Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər. Birinci halda – respublika MM idarəsindən, yaxud onun regional şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır.
İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin özündə də yaradıla bilər.

3.Qoşun kimyəvi kəşfiyyat cihazı


Kimyəvi maddələrin aşkarlanması üçün əsas istifadə olunan 4 metod vardır: -Lüminesensiya; İonlaşdırıcı; Kimyəvi; Biokimyəvi. Lüminesensiya metodu zamanı tədqiq olunan maddənin (məsələn, tədqiq olunan qazların parı) işıqlanması və ya həmin maddə ilə qatışdırılan xüsusi lüminoforların işıqlanması müşahidə olunur. Lüminesensiya analizi üçün tətbiq olunan aparatda lüminesensiyanın həyəcanlanma mənbəyi və qeydiyyat qurğusu vardır. İşıq mənbəyi olaraq analizdə ksenon lampalar, havada qığılcım və ya lazerlərdən istifadə olunur. Lüminesensiyanın qeydiyyatı əsasən vizual olaraq və ya analizin dəqiqliyini artıran fotoelektron cihazlar vasitəsilə həyata keçirilir. İonlaşdırma metodu zamanı hər hansı bir şüalanma və ya zərrəciklər seli ilə maddəyə təsir göstərilir. Bu zaman kimyəvi maddənin molekulları ionlaşır və onlardan yeni zərrəcilər seli yaranır ki, bunlar da öz növbəsində analizə göndərilir. Məsələn, mass-spektrometriyada təsir göstərən sel elektronlar seli, ultrabənövşəyi şüalanma ola bilər ki, bunlar da, tədqiq edilən maddənin ilkin molekulyar ionlarının dağılması nəticəsində yeni molekulyar ion selini yaradır. Bu metod vasitəsilə moleklyar kütləni aşkar etmək, maddəni müəyyən etmək, onun kimyəvi quruluşunu təyin etmək və s. mümkündür. Kimyəvi metod zəhərləyici kimyəvi maddə ilə reaktivin reaksiyası nəticəsində onun rənginin dəyişməsinin qeydiyyatına əsaslanmışdır. Biokimyəvi metod zəhərləyici kimyəvi maddələrdə asetilxolinin hidrolizini həyata keçirən aktiv ferment – xolinesterazın sinir iflic edici təsirini zəiflədilməsinə əsaslanmışdır. Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün daha çox kimyəvi kəşfiyyat cihazlarından istifadə olunur ki, bunlar da kimyəvi və biokimyəvi metodlara əsaslanmışlar. Havada, ərazida, texnikanın və başqa obyektlərin səthlərindəki zəhərləyici maddələri (ZM), adətən, kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında təhlildən (analizdən) keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə (orqanolektik üsulla) aşkar etmək heç də həmişə mümkün deyil. Onların bir çoxunun heç bir iyi, rəngi, qıcıqlandırıcı xassələri yoxdur. Başlıcası isə bir sıra ZM-in zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və ya qıcıqlandırıcı təsirinə görə aşkar edilməsi cəhdi ciddi zəhərlənmələrlə nəticələnə bilər. Müşahidə yolu ilə, yəni əşyanın səthindəki ZM damcılarına və ləkələrinə, ZM-in yaratdığı buludun və zəhərlənmış bitki yarpaqlarının rənginin dəyişməsinə görə bəzi zəhərləyici maddələri təxmini olaraq aşkar etmək mümkündür.

4.Təlimin prinsipləri.Metod və formaları
Mülki müdafiə (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığınınqorunması haqqında elmdir.O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı vəeyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır. Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES- də, dəmir yolunda, qəza təhlükəli kimyəvi maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və .s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əminamanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir: 1) ərazi prinsipi - mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi 2) fərqli və kompleks yanaşma prinsipi - Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi 3) kütləvilik və məcburilik prinsipi - mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması 4) daimi hazırlıq prinsipi -Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması 5) dərhal xəbərdarlıq prinsipi - baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi 6) qarşılıqlı əlaqə prinsipi - mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi.

5.MM-in əhaliyə öyrədilməsinin təşkili və prinsipləri


Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur. Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazədə olan bütün insanları əhatə edir. Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir. Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür. Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Yüklə 71,68 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə