1. Maddi-texniki təminatın iqtisadi mahiyyəti Firmada maddi-texniki təminatın funksiyaları


Firmada maddi-texniki təminatın funksiyaları



Yüklə 12,1 Mb.
səhifə2/5
tarix11.12.2023
ölçüsü12,1 Mb.
#148547
1   2   3   4   5
Maddi – texniki təminatın funksiyaları

2. Firmada maddi-texniki təminatın funksiyaları
Maddi-texniki təminat xidmətinin əsas vəzifəsi az məsrəflə müəssisəni lazım olan yüksək keyfiyyətli material resursları ilə vaxtlıvaxtında və dəst halında təmin etməkdir. Bu vəzifəni yerinə yetirmək üçün müəssisənin təminat xidməti – konkret olaraq – bir sıra məsul funksiyaları icra edir. Bunlar aşağıdakılardan ibarətdir:
– istehsal bölmələrində məhsul istehsalına lazım olan xammal və materiallara tələbatın – sifarişlərin müəyyən edilməsi;
– material resurslarına sifarişləri yoxlamaq üçün ümumiləşdirici hesablamaların aparılması və yekun sifarişlərin tərtibi;
– müəssisəyə lazım olacaq materialların təfsilləşdirilmiş (müfəssəl) siyahısını tərtib edib, onların seçilmiş və kontrakt imzalanacaq firmalar üzrə yerləşdirilməsi;
– səmərəli təminat formasının seçilməsi və onun iqtisadi cəhətdən əsaslandırılması;
– məhsulgöndərənlər tərəfindən kontrakt şərtlərinin yerinə yetirilməsinə nəzarət olunması;
– material resurslarının müəssisəyə gətirilməsi, qəbulu və qorunub saxlanılması işləri üzrə nəzarətin təşkil edilməsi;
– istehsal ehtiyatlarının normativinə nəzarət, materialların istehsal istehlakı üçün hazırlanması və onların əsas istehsal sexlərinə verilməsi işlərinin təşkili.
Göstərilən funksiyaların ən əsası material resurslarının alınmasıdır. Çünki materialların alınması maddi-texniki təminat işinin əsas və ən məsuliyyətli tərəfidir. Sonrakı funksiyaların keyfiyyətli, səmərəli icrası istehsal vasitələrinin alınmasındakı uğurlardan asılı olur.

*************
Məhz bu səbəbdəndir ki, firmaların (müəssisələrin) əksəriyyətində material resurslarının alınması ilə məşğul olan xüsusi şöbələr fəaliyyət göstərir. Firmanın maddi-texniki təminat xidmətinin tərkib hissəsi olan alış şöbəsi firma ilə onun məhsulgöndərənləri arasında, özünün zəruri sayda agentləri ilə birlikdə, əlaqələndirici bir bölmədir.

Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə