Sahə və region amillari dedikdə - bankin xidmət göstərdiyi region və sahələrdə iqtisadiyyatın vəziyyəti; müștərilərin tərkibi və onların kreditə ehtiyacı, rəqib bankların sayı; - bașa düșülür.
Kredit siyasətinin formalașmasının bank daxili amili: bankin idarə olunma keyfiyyəti, maliyyə menecmentinin səviyyəsi, daxili nəzarətin səmərəliliyi, ișçi heyyətinin təcrübəsi və iş keyfiyyəti ilə müəyyən edilir. Bank daxili amillarə: bankın xüsusi vəsaitlərinin səviyyəsi passivlərin quruluşu işçi heyyətinin qabiliyyəti, təcrübəsi daxildir.
Kommersiya banklarının əsas məqsədi mənfəət əldə etmək olduğu kimi onlar uğursuzluqlara da düçar ola bilərlər. Bankların fəaliyyətlari riskli fəaliyyət hesab edildiyindən onlar itgilərə də məruz qala bilərlər.
Risk - həqiqi məlumatlar ilə onların bu günki vəziyyətinin və gələcək inkişafının qiymətləndirilməsi zamanı ortaya çıxan kənarlaşmalar nəticəsində əmələ gəlir. O həm müsbət həm də mənfi ola bilər. Bank riskləri: makrosəviyyəli, mikrosəviyyəli və fərdi riskləra bölünür.
Dostları ilə paylaş: |