1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   2   3   4   5   6   7   8   9   10   ...   71

 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 78 
 
 
95) Aşağıda sadalananlardan nə daxili kapsulun birtərəfli zədələnməsi 
nəticəsində meydana çıxır? 
A) Aşağı paraparez 
B) Tetraparez 
C) Yuxarı paraparez 
D) Hemiparez 
E) Monoparez 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 172 
 
 
 
96) Onurğa beyninin ön buynuzlarının zədələnməsi nəticəsində aşağıda 
sadalananlardan nə meydana çıxır? 
A) Hiperrefleksiya 
B) Spastik əzələ hipertonusu 
C) Fibrillyar səyrimələr 
D) Patoloji reflekslər 
E) Hissi pozulmalar 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 95 
 
 
97) Onurğa beyninin köndələn yarısının zədələnməsi sindromu necə adlanır? 
A) Fleksiq sindromu 
B) Şmidt sindromu 
C) Broun-Sekar sindromu 
D) Cekson sindromu 
E) Avellis sindromu 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 77 
 
 
98) Üz sinirinin zədələnməsi nəticəsində aşağıda sadalananlardan hansı əlamət 
meydana çıxmır? 
A) Bell simptomu 
B) Qaşüstü refleksin enməsi 
C) Ptoz 
D) Prozopoparez 


 
 
E) Laqoftalm 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 206 
 
 
99) Baş beynin hansı nahiyəsinin zədələnməsi zamanı əkstərəfli hemiplegiya, 
hemianesteziya və hemianopsiya meydana  çıxır? 
A) Daxili kapsulun 
B) Görmə qabarının  
C) Arxa mərkəzi qırışın 
D) Mahmız yarığının 
E) Varoli körpüsünün 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 172 
 
100) Onurğa beyninin arxa buynuzlarının zədələnməsi nəticəsində aşağıda 
sadalananlardan hansı meydana çıxır? 
A) Naqil tipli hissiyyatın pozulması 
B) Seqmentar (dissosiasiyalanmış) tipli hissiyyatın pozulması 
C) Əzələ gücünün azalması 
D) Vegetativ-trofik pozulmalar 
E) Kökcük tipli hissiyyatın pozulması 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 55 
 
 
101) Aşağıda sadalananlardan hansı ekstroseptiv hissiyyata aiddir? 
A) Çəki hissiyyatı 
B) Təzyiq hissiyyatı 
C) Əzələ-oynaq hissiyyatı 
D) Vibrasiya hissiyyatı 
E) Taktil hissiyyat 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 48 
 
 
102) Dərin hissiyyatın aparıcı yolunun 2-ci neyronu harada yerləşir? 
A) Uzunsov beynin nüvələrində 
B) Onurğa beyninin ön buynuzlarında 
C) Varoli körpüsünün nüvələrində 
D) Görmə qabarında  
E) Onurğa beyninin arxa buynuzlarında 


 
 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 41 
 
 
103) Aşağıda sadalananlardan hansı proprioseptiv (dərin) hissiyyata aid deyil? 
A) Əzələ-oynaq hissiyyatı 
B) Təzyiq hissiyyatı 
C) Vibrasiya hissiyyatı 
D) Temperatur hissiyyatı 
E) Çəki hissiyyatı 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 48 
 
 
104) Səthi hissiyatın aparıcı yolunun 1-ci neyronunun cismi harada yerləşir? 
A) Onurğa beyninin ön buynuzlarında 
B) Epidermisdə 
C) Fəqərəarası spinal düyündə 
D) Onurğa beyninin yan buynuzlarında 
E) Onurğa beyninin arxa buynuzlarında 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 45 
 
 
105) Subdominant yarımkürənin təpə payı qabığının zədələnməsi zamanı 
aşağıda sadalananlardan nə meydana çıxır? 
A) Aqrafiya 
B) Motor afaziya  
C) Aleksiya 
D) Anozoqnoziya 
E) Sensor afaziya 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО 
‘Издательство ‘Медицина’, 2005, стр. 190 
 
 
106) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlaməti deyil? 
A) Dismetriya 
B) İntension əsmə 
C) Parez 
D) Meqaloqrafiya 
E) Nistaqm 


 
 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 159 
 
 
107) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlamətidir? 
A) Hiperrefleksiya 
B) Parez 
C) Əzələ hipotoniyası 
D) Əzələ atrofiyası 
E) Patoloji reflekslər 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 160 
 
 
108) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlaməti deyil? 
A) Asinergiya 
B) Adiadoxokinez 
C) Ataksiya 
D) Bradikineziya 
E) Əzələ hipotoniyası 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 102 
 
 
109) Səthi hissiyyatın naqil tipli pozulması onurğa beyninin hansı nahiyyəsinin 
zədələnməsi zamanı meydana çıxır? 
A) Arxa sütununun 
B) Yan sütununun 
C) Ön buynuzunun 
D) Arxa buynuzunun 
E) Ön sütununun 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 65  
 
 
110) Onurğa beyninin arxa sütununda hansı aparıcı yollar yerləşir? 
A) Fleksiq və Qovers spinoserebellyar yollar 
B) Səthi hissiyyatın yolu 
C) Çarpazlaşmış (lateral) piramid yol 
D) Dərin hissiyyatın yolları- nazik Qoll və pazabənzər Burdax dəstələri 
E) Retikulospinal yol 
 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə