1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə71/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   63   64   65   66   67   68   69   70   71

 
 
A) 75 mq X 1 dəfə 
B) 90 mq X 3 dəfə 
C) 100 mq X 2 dəfə 
D) 200 mq X 3 dəfə 
E) 15 mq X 2 dəfə 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika 
və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 31 
 
1013) İşemik insultun ikincili profilaktikası məqsədilə ilk seçim preparatı kimi 
hansı qrup antihipertenziv preparatlara üstünlük verilməlidir? 
 
A) AÇF-inhibitorlarına 
B) β adrenoblokatorlar 
C) Ftorxinolonlara 
D) Ca-antoqonistlərinə 
E) Antiaqreqantlara 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika 
və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37 
 
1014) “İnkar etmə” sindromu( “neglect” syndrome) hansı patologiya zamanı 
qeydə alınır? 
 
A) Parkinsonizm 
B) İşemik insult 
C) Epilepsiya 
D) Birləşdirici toxumanın sistem xəstəlikləri 
E) Vegetativ distoniya 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-İşemik insultun diaqnostika 
və müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 19 
 
1015) Uşaqlarda absans epilepsiyası(UAE) zamanı epilepsiya əleyhinə 
dərmanların dozasını nə zaman azaltmaq olar? 
 
A) Tutmaların olmamasından 4 ay sonra 
B) Tutmaların olmamasından 2-4 il sonra 
C) Tutmaların olmamasından 1 il sonra 
D) Axırıncı epileptik tutmadan 6 ay sonra 
E) Növbəti epileptik tutmadan dərhal sonra 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21 
 


 
 
1016) Simptomatik fokal epilepsiyalarda remissiyadan nə qədər vaxt keçdikdən 
sonra epilepsiya əleyhinə preparatların dozasını azaltmaq olar? 
 
A) 3-4 il 
B) 8-10 ay 
C) 3-6 ay 
D) 1-2 il 
E) 2-2.5 il 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21 
 
1017) Epilepsiya əleyhinə dərmanların qəbulunun dayandırılması hansı müddət 
ərzində həyata keçirilməlidir? 
 
A) 3 ay 
B) 2 il 
C) 4 ay 
D) 1il 
E) 1-2 ay 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21 
 
1018) Alkoqol abstinent (“aclıq”) sindromu zamanı epileptik tutmaların əmələ 
gəlmə riskini azaltmaq üçün qısa müddət ərzində hansı qrup preparatların 
istifadəsi məqsədə uyğundur? 
 
A) Ca antoqonistləri 
B) Benzodiazepinlər 
C) Valproat turşusu 
D) AÇF-inhibitorları 
E) Aminoqlikozidlər 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21 
 
1019) Diazepam hansı qrup preparatların nümayəndəsidir? 
 
A) Antipsixotiklərin 
B) Antidepressantların 
C) Dofamin reseptorlarının blokatorlarının 
D) AÇF-inhibitorlarının 
E) Benzodiazepinlərin 
 


 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 21 
 
1020) Rezistent epileptik absanslar zamanı hansı preparatlarla politerapiya 
təyin edilir? 
 
A) Benzodiazepinlər+analgetiklər 
B) Benzodiazepinlər+aminoqlikozidlər 
C) valproatlar+benzodiazepinlər 
D) Dofamin reseptorlarının blokatorları+penisillinlər 
E) valproatlar + suksinimidlər 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 64 
 
1021) Hamilə qadın diazepam qəbul edərsə,döldə hansı patologiyanın yaranma 
ehtimalı artar? 
 
A) Diafraqma qüsurları 
B) Anadangəlmə ürək qüsurları,zob ,neonatal sianoz 
C) Hipotermiya ,əzələlərin hipotoniyası,ətrafların ikiləşməsi,anomaliyası 
D) Xoleostaz,pankreatit 
E) Eşitmənin pozulması 
 
Ədəbiyyat: В.Г,Кукес «Клиническая фармокология» Москва-Геотар-Медиа-
2006,стр 131 
 
1022) Valproat turşusunun təsir mexanizmi hansıdır? 
 
A) Oyanma və tormozlanma neyromediatorlarına təsir edir 
B) Na və Ca kanallarını blokada edir 
C) Na kanallarını blokada edir 
D) NMDA reseptorlarını blokada edir 
E) Talamusda T-tipli Ca kanallarını blokada edir. 
 
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник 
практического врача-Москва-2005,стр-706 
 
1023) 2 aylıq-2 yaşlı uşaqlarda qeyri-epileptik paroksizmal pozuntulara aid 
olmayan hansıdır? 
 
A) Titrəmə tutmaları (“Shuddering attacks”) 
B) Xoşxassəli paroksizmal vertiqo 
C) Simulyasiya 
D) Konverson pozuntu(isteriya) 
E) Hiperekpleksiya (“Stiff baby syndrome”) 


 
 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 60,əlavə 1 
 
1024) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf 
əzələlərində meydana çıxan dartılma ,qıcolma şikayəti ilə nevropatoloqa 
müraciət edib. Qeyd edir ki, qəfildən yuxudan oyatma zamanı dartılmalar 
güclənir və ağrı artır. Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir. 
Nevroloji status norma daxilindədir. Bu halda daha informativ müayinə metodu 
aşağıdakılardan hansı ola bilər? 
 
A) EKQ 
B) KT 
C) MRT 
D) EEQ 
E) USM 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58 
 
1025) 18 yaşlı qız yuxuya getmə zamanı və oyandıqdan dərhal sonra yuxarı ərtaf 
əzələlərində meydana çıxan dartılma, qıcolma şikayəti ilə nevropatoloqa 
müraciət edib. Qeyd edir ki, qəflidən yuxudan oyatma zamanı dartılmalar 
güclənir və ağrı artır. Aybaşı önü dövrdə tutmalar daha tez tez- baş verir. 
Nevroloji status norma daxilindədir. Diaqnoz qoyulduqdan sonra hansı 
preparatla monoterapiyaya başlamaq mümkündür? 
 
A) Valproat turşusu 
B) Lamotrijin 
C) Amantadin 
D) Topiramat 
E) Karbamazepin 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 58 
 
1026) Gənclərin mioklonik epilepsiyasının digər adı nədir? 
 
A) Lennoks-Qasto sindromu (LQS) 
B) Rasmussen sindromu 
C) Otahara sindromu 
D) Yans sindromu 
E) Vest sindromu 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 13 


 
 
 
1027) Neçə dəqiqədən artıq davam edən epileptik tutma epileptik statusu 
göstərir? 
 
A) 10 
B) >30 
C) 20 
D) 5 
E) 15 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 37 
 
1028) 30 yaşlı kişi temperaturun yüksəlməsi (38,5 ºC), bəlgəmli öskürək, döş 
qəfəsində sıxılma şikayətləri ilə poliklinikaya müraciət edib. Aparılan 
müayinələr xroniki bronxit kəskinləşmə mərhələsində diaqnozunu təsdiq edib. 
Anamnezdən məlumdur ki, pasiyent epilepsiyadan əziyyət çəkir və 2 il 
müddətində valproat turşusu preparatları qəbul edib. Hazırki diaqnozla hansı 
qrup preparatın təyini epileptik tutmaların təkrar yaranmasına səbəb ola 
bilməz? 
 
A) Sefalosporinlərin 
B) Mukolitiklərin 
C) Xinolonların 
D) Penisillinlərin 
E) Aminofillinlərin 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Epilepsiyanın diaqnostika və 
müalicəsi üzrə klinik protokol Bakı-2009,səh 65,əlavə 3 
 
1029) Fokal və generalizə olunmuş epilepsiyanın bütün 
formalarında,epilepsiyanın dəqiq tipini müəyyən etmək mümkün olmadıqda 
hansı epilepsiya əleyhinə preparata üstünlük verilməlidir? 
 
A) Valproat turşusuna 
B) Lamotrijinə 
C) Karbamazepinə 
D) Fenobarbitala 
E) Topiramata 
 
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник 
практического врача-Москва-2005,стр-709 
 
1030) Uşaqlarda absans epilepsiyanın müalicəsində ilk seçim preparatı 
hansıdır? 
 


 
 
A) Oksikarbazepin 
B) Viqabatrin 
C) Topiramat 
D) Etosuksimid 
E) Karbamazepin 
 
Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-Uşaqlarda epilepsiya üzrə 
üzrə klinik protokol Bakı-2010,səh 22 
 
1031) Uşaqlarda sadə parsial epileptik tutmaların müalicəsində ilk seçim 
preparatı hansıdır? 
 
A) Karbamazepin fenitoin 
B) Fenibarbital 
C) Klonazepam 
D) Valproat turşusu 
E) Etosuksimid 
 
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –
Медицинская Литература -2005,стр.41 
 
1032) Uşaqlarda sadə parsial epileptik tutmaların müalicəsində tətbiq olunan 
ikinci seçim preparatı hansıdır? 
 
A) Fenobarbital 
B) Asetalozidamid(diakarb) 
C) Heparin 
D) Prednizolon 
E) Aspirin 
 
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –
Медицинская Литература -2005,стр.41 
 
1033) Uşaqlarda tonik-klonik parsial epileptik tutmaların müalicəsində istifadə 
edilən ikinci seçim preparatlarından biri düzgün göstərilməyib. Səhvi tapın. 
 
A) Lamotridcin 
B) Pirimidon 
C) Karbamazepin fenitoin 
D) Valproat turşusu 
E) Fenobarbital 
 
Ədəbiyyat: Ədəbiyyat: Хосе Биллер «Практическая неврология» Том 2 -Москва –
Медицинская Литература -2005,стр.41 
 
1034) Işemik insultda hansı patoloji refleks müşahidə edilmir? 


 
 
 
A) Qordon 
B) Neri 
C) Babinski 
D) Oppenheym 
E) Rossolimo 
 
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая 
диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-46 
 
1035) Açıcı (ekstenzor) patoloji reflekslərə aşağıdakılardan hansılar aiddir? 
1. Babinski 
2. Oppenheym 
3. Rossolimo 
4. Şeffer 
5. Jukovski-Kornilov 
 
A) 1,3,5 
B) 1,2,4 
C) 1,2 
D) 2,4,5 
E) 3,4 
 
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая 
диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-65 
 
1036) Açıcı (ekstenzor)patoloji reflekslərə aşağıdakılardan hansılar aid deyil? 
1. Babinski 
2. Oppenheym 
3. Rossolimo 
4. Şeffer 
5. Jukovski-Kornilov 
 
A) 3,4 
B) 2,5 
C) 1,2 
D) 2,3 
E) 3,5 
 
Ədəbiyyat: Ədəbiyyat:А.А.Скоромец,А.П. Скоромец,Т.А. Скоромец «Топическая 
диагностика заболеваний нервной системы»Санкт-Петербург-2007,стр-65 
 
1037) Sertralin hansı qrup preparatlara aiddir? 
 
A) Xolinomimetiklərə 
B) MAO inhibitorlarına 


 
 
C) Nootroplara 
D) Serotoninin geriyə tutulmasının selektiv inhibitorlarına 
E) Tsiklik antidepressantlara 
 
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник 
практического врача-Москва-2005,стр-529 
 
1038) 32 yaşlı pasiyentə antikonvulsiv terapiya təyin olunub. Sertalin(sutkada 
200mq) ,və lamotrijin (sutkada 300 mq) ilə müalicə alır. Müalicənin ikinci günü 
pasiyentin bədənində səpkilər meydana çıxıb. Bu halda tibb işçisinin taktikası 
necə olmalıdır? 
 
A) Sertralin və lamotrijini dərhal kəsmək 
B) Lamotrijinin dozasını sabit saxlamaq 
C) Sertralini kəsmək və lamotrijini əvvəlki dozada saxlamaq 
D) Sertralinin və lamotrijininin dozasını 2 qat atrırmaq 
E) Sertralin və lamotrijinin dozasını başlanğıc dozaya qədər endirmək 
 
Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və 
İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. 
Bakı, 2009 
 
1039) Serotoninin geriyə tutulmasının selektiv inhibitorları arasında biri 
səhvdir. Səhvi göstərin. 
 
A) Paroksetin 
B) Sertralin 
C) Perlindol 
D) Sitalopram 
E) Fluoksetin 
 
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник 
практического врача-Москва-2005,стр-529 
 
1040) Meningitə xas olmayan nevroloji simptom hansıdır? 
 
A) Brudzinski(yuxarı) simptomu 
B) Kerniq simptomu 
C) Mendel simptomu 
D) Brudzinski(orta) simptomu 
E) Trusso simptomu 
 
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik 
protokol,”Bakı-2009,səh 15 
 
1041) Meningitlərin müalicəsində hansı qrup preparatlar istifadə edilmir? 


 
 
 
A) Dofamin reseptorların aqonistləri 
B) Ftorxinolonlar 
C) 3-cü nəsil sefalosporinlər 
D) Qlükokortikosteroidlər 
E) Penisillinlər ( Na duzu ) 
 
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik 
protokol,”Bakı-2009,səh 22 
 
1042) Aşağdakıların hansında nikotin reseptorları yoxdur? 
 
A) Skelet əzələsində 
B) Simpatik qanqlionlarda 
C) Bronxun düz əzələsində 
D) Böyrəküstsü vəzin beyin maddəsində 
E) Parasimpatik qanqlionlarda 
 
Ədəbiyyat: Ədəbiyyat:”Meningitlərin diaqnostika və müalicəsi üzrə klinik 
protokol,”Bakı-2009,səh 22 
 
1043) Aşağıdakılardan hansı Bronx divarının saya əzələlərini genişləndirən 
mediatordur? 
 
A) Adenozin 
B) Vazoaktiv intestinal polipeptid(VIP) Substansiya P 
C) Histamin 
D) Leykotrienlər 
E) Asetilxolin 
 
Ədəbiyyat: Ədəbiyyat: Жук О. H., Лаптева Е. А., Чаплинская Е. В., Лаптева И. М. 
Институт физиологии НАН РБ, БелМАПО, НИИ пульмонологии и фтизиатрии 
МЗ РБ. Опубликовано: "Медицинская панорама" № 10, ноябрь 2004. 
 
1044) Hidrosefaliyanın əlamətlərindən biri hansıdır? 
 
A) “Batan günəş” simptomu 
B) Kerniq simptomu 
C) Xvostek simptomu 
D) Qovers simptomu 
E) Merfi simptomu 
 
Ədəbiyyat: Ədəbiyyat:А.Ю. «Неврология новорожденных»,« Бином»2005, стр81 
 
1045) Yenidoğulmuş uşaqların sinir sisteminin funksional vəziyyətini müəyyən 
etmək üçün aşağıdakılardan hansı zəruridir? 


 
 
 
A) Ailənin sosial vəziyyətinin qiymətləndirilməsi 
B) Şərtsiz reflektor fəaliyyətin qiymətləndirilməsi 
C) Daxili orqanların funksional çatışmazlıqlarının aşkar edilməsi 
D) Qidalanma prosesinin qiymətləndirilməsi 
E) Auskultasiya və perkussiya müayinələrinin aparılması 
 
Ədəbiyyat: Ədəbiyyat: Том Лиссойер, Грэхэм Клэйден «Детские болезни», 
Москва « Рид Элсивер»2010, стр.41-44 
 
1046) Aşağıdakılardan hansı fossa poplitea-da yerləşmir? 
 
A) Nervus peroneus communis 
B) Nervus cutaneus femoris posterior 
C) Vena saphena parva-nın son hissəsi 
D) Nervus tibialis 
E) Vena saphena maqna 
 
Ədəbiyyat: Ədəbiyyat:K.A.Balakişiyev,V.B.Şadlinski “İnsan anatomiyası”-Təbib-
1997-səh 380-388 
 
1047) Fridreyx ataksiyası üçün aşağıdakılardan hansı səhvdir? 
 
A) Dərin hissiyyat pozulması baş vermir 
B) Kardiomiopatiya müşühidə edilə bilər 
C) İlk simptomu müvazinətin pozulmasıdır 
D) Autosom resessiv gedişlidir 
E) Skolioz müşahidə edilir 
 
Ədəbiyyat: Ədəbiyyat:R.K.Şirəliyeva “Sinir sistemi xəstəlikləri”Bakı-2003,səh -377-
378 
 
1048) 32 yaşında kişi baş ağrıları şikayətləri ilə həkimə müraciət etmişdir. Son 1 
ayda gündə iki dəfə tutma keçirdiyini hər tutmanın təxminən 1 saat davam 
etdiyini, spirtli işki qəbulundan sonra yaranaraq xəstənin yuxudan oyanmasına 
səbəb olduğunu bildirir.Tutma zamanı tərləmə,ürək bulanma, göz yaşarması və 
burun tutulmasından şikayət edir. Ağrının dərin, çox şiddətli və başın sağ 
tərəfində lokalizasiya etdiyini qeyd edir. Bu xəstənin baş ağrıları ilə bağlı ilk 
növbədə hansı diaqnozdan şubhələnmək olar? 
 
A) Miqren baş ağrısı 
B) Beyin şişi 
C) Meningeal sindrom 
D) Gərginlik baş ağrısı 
E) Cluster baş ağrısı 
 


 
 
Ədəbiyyat: Ədəbiyyat:Д.Р.Штулман,О.С.Левин»Неврология» Справочник 
практического врача-Москва-2005,стр-474-493 
 
1049) Mebius sindromu hansı sinirin zədələnməsi nəticəsində meydana çıxır? 
 
A) n.oculomotorius 
B) n.trigeminus 
C) n.facialis 
D) n.vaqus 
E) n.hypoqlossus 
 
Ədəbiyyat: Ədəbiyyat:А.Ю.РАТНЕР «Неврология новорожденных»,« 
Бином»2005, стр83 
 
1050) Hansı sinirin zədələnməsi uşaqda müştərək çəpgözlük yaradır? 
 
A) N.okulomotorius 
B) N.trochlearis 
C) N.opticus 
D) N.triqeminus 
E) N.abducens 
 
Ədəbiyyat: А.Ю.РАТНЕР «Неврология новорожденных»,« Бином»2005, стр.256 
 

Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə