1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə1/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
  1   2   3   4   5   6   7   8   9   ...   71


 
 
Nevrologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 
 
 
 
 
 
1) Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə 
alınır? 
A) Gicgah payının 
B) Təpə payının 
C) Alın payının 
D) Ara beynin 
E) Ənsə payının 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 189 
 
 
 
2) Bazunun ikibaşlı əzələsi (m. bicipitis brachii)  vətərindən alınan refleks 
onurğa beyninin hansı seqmentlər səviyyəsində qapanır? 
A) C5 - C6 
B) C5 - Th2 
C) Th1 - Th2 
D) C5 - C8 
E) C7 - C8 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 11 
 
 
3) Motor afaziyası nə ilə təzahür olunur? 
A) Pasient danışa bilmir, lakın deyiləni anlayır 
B) Pasient danışa bilir, lakın deyiləni anlamır  
C) Pasient danışa bilir, lakın nitqi disfonikdir 
D) Pasient deyiləni anlamır və danışa bilmir 
E) Əşyaların adını yada sala bilməməyi ilə əlaqədar olaraq pasientin nitqi 
çətinləşmişdir 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 195 
 
 
4) Sensor afaziyası nə ilə təzahür  olunur? 


 
 
A) Pasient müraciət olunan nitqi anlamır, danışa bilir, lakin öz nitqi pozulub, onu 
idarə edə bilmir 
B) Pasient müraciət olunan nitqi anlayır,lakin  danışa bilmir 
C) Pasient danışa bilir, lakin nitqi disfonikdir 
D) Pasient müraciət olunan nitqi anlamır və danışa bilmir 
E) Pasient müraciət olunan nitqi anlamır, lakin öz nitqi adidir, onu idarə edə bilir 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 198 
 
 
5) Baş beynin hansı nahiyəsinin zədələnməsi zamanı udmanın, fonasiyanın, 
nitqin pozulmaları, udlaq refleksinin itməsi, dilin atrofiyası və fibrilyasiyaları 
qeydə alınır? 
A) Uzunsov beynin 
B) Varoli körpüsünün 
C) Orta beynin 
D) Ara beynin 
E) Hər iki daxili kapsulun 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 113 
 
 
6) Aşağıda sadalanan sinirlərdən hansı boyun kələfinin şaxəsidir? 
A) Orta sinir (n. medianus) 
B) Kiçik ənsə siniri (n. occipitilis  minor) 
C) Qoltuq siniri (n. axillaris) 
D) Mil siniri (n. radialis) 
E) Əlavə sinir ( n. accessorius) 
 
Ədəbiyyat: Sinir sistemi xəstəlikləri / Şirəliyeva R.K. - Bakı: Mütərcim, 2003, səh. 21 
 
 
7) Aşağıda sadalanan sinirlərdən hansı bazu kələfinin şaxəsi deyil? 
A) Diafraqma siniri (n. phrenicus) 
B) Dirsək siniri (n.ulnaris) 
C) Qoltuq siniri (n.axillaris) 
D) Mil siniri (n. radialis) 
E) Əzələ - dəri siniri (n. musculocutaneus) 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 87 
 
 


 
 
8) Hemianopsiya, hemianesteziya, hemiataksiya və hemialgeziyanın yaranması 
baş beynin hansı nahiyəsinin zədələnməsi üçün xasdır? 
A) Görmə qabarının (thalamus opticus) 
B) Arxa mərkəzi qırışın(gyrus centralis posterior) 
C) Qırmızı nüvənin (nucleus ruber) 
D) Quyruqlu nüvənin (nucleus caudatus) 
E) Solğun kürənin (globus pallidus) 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 66 
 
 
9) Aşağıda sadalanan sinirlərdən hansı bazu kələfinin şaxəsidir? 
A) Diafraqma siniri (n. phrenicus) 
B) Dirsək siniri (n. ulnaris) 
C) Böyük qulaq siniri (n. auricularis magnus) 
D) Böyük ənsə siniri (n. occipitilis major) 
E) Kiçik ənsə siniri (n. occipitilis  minor) 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 89 
 
 
10) Aşağıda sadalanan sinirlərdən hansı bel kələfinin şaxəsidir? 
A) Qamış siniri (n. tibialis) 
B) Diafraqma siniri (n. phrenicus) 
C) Oturaq siniri (n. ischiadicus) 
D) Bud siniri (n. femoralis) 
E) İncik siniri (n. peroneus) 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 100(R-25) 
 
 
11) Kauzalgik ağrı sindromu aşağıda sadalanan sinirlərin hansının zədələnməsi 
üçün səciyyəvidir? 
A) Əzələ - dəri sinirinin (n. musculocutaneus) 
B) Aşağı sağrı sinirinin (n. gluteus inferior) 
C) Orta sinirin (n. medianus) 
D) Qoltuq sinirinin (n.axillaris) 
E) Qapayıcı sinirin(n. obturatorius) 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 97 
 
 


 
 
12) Orta sinirin (n. medianus) zədələnməsi zamanı aşağıda sadalanan 
simptomlardan hansı qeydə alınır? 
A) ”Sallanan əl” əmələ gəlir 
B) Əli yumruq kimi bükdükdə 5-ci, 4-cü və qismən 3-cü  barmaqlar bükülmür 
C) Əlin heç bir barmağı bükülmür 
D) Əl “caynaqvari” vəziyyət alır 
E) Əli yumruq kimi bükdükdə 1-ci, 2-ci və qismən 3-cü barmaqlar bükülmür 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 97 
 
 
13) Oral avtomatizm reflekslərinin meydana çıxması hansı yolların (traktların) 
zədələnməsi nəticəsində baş verir? 
A) Kortikobulbar ( kortikonuklear) yolların 
B) Vestibulospinal yolların 
C) Rubrospinal yolların 
D) Pontoserebellyar yolların 
E) Kortikospinal yolların 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 113-114 
 
 
14) Görmə aqnoziyası baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində 
yaranır? 
A) Ənsə payının 
B) Gicgah payının 
C) Görmə qabarının 
D) Təpə payının 
E) Alın payının 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 201 
 
 
15) Vidaci dəlik sindromu hansı sinirlərin zədələnmə simptomlarından 
ibarətdir? 
A) Dil - udlaq, azan, əlavə sinirlərin 
B) Dil - udlaq, azan, əlavə, dilaltı sinirlərin 
C) Azan, əlavə, dilaltı sinirlərin 
D) Üz, dəhliz - eşitmə sinirlərinin 
E) Üçlü, üz, dəhliz - eşitmə sinirlərinin 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 173 



Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə