1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   2   3   4   5   6   7   8   9   ...   71

 
 
B) Üçlü sinir 
C) Əlavə sinir 
D) Dilaltı sinir 
E) Azan sinir 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 112 
 
 
48) Beyincik beyin kötüyü ilə neçə cüt ayaqcıqlar vasitəsilə əlaqəlidir? 
A) 4 
B) 3 
C) 5 
D) 1 
E) 2 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 154 
 
 
49) Ön və arxa spinoserebellyar yollar onurğa beyninin hansı sütunlarında 
yerləşir? 
A) Arxa sütunlarında 
B) Arxa və yan sütunlarında 
C) Ön sütunlarında 
D) Ön və yan sütunlarında 
E) Yan sütunlarında 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 112 
 
 
50) Beyinciyin yuxarı ayaqcıqları onu beyin kötüyünün hansı şöbəsi ilə 
birləşdirir? 
A) Beyin körpüsü ilə 
B) Orta beyin və beyin körpüsü ilə 
C) Uzunsov beyinlə 
D) Ara beyinlə 
E) Orta beyinlə  
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 111 
 
 
51) Aşağıda sadalananlardan hansı mərkəzi hərəki neyronun zədələnmə 
əlamətidir? 


 
 
A) ENMQ zamanı degenerasiya reaksiyası 
B) Arefleksiya 
C) Fibrillyasiyalar 
D) Əzələ atrofiyası 
E) Patoloji reflekslər 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 81 
 
 
52) Onurğa beyninin C5-D2 səviyyəsində tam köndələn zədələnməsi zamanı 
aşağıda sadalananlardan hansı qeydə alınır? 
A) Spastik tetraplegiya 
B) Tetraplegiya: yuxarı ətrafların mərkəzi iflici və aşağı ətrafların periferik iflici 
C) Tetraplegiya: yuxarı ətrafların periferik iflici və aşağı atrafların mərkəzi iflici 
D) Aşağı süst paraplegiya 
E) Yuxarı spastik paraplegiya 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 94 
 
 
53) Onurğa beyninin L2-S2 səviyyəsində tam köndələn zədələnməsi zamanı 
aşağıda sadalananlardan hansı qeydə alınır? 
A) Süst tetraplegiya 
B) Ətraflarda hərəki pozulmalar yoxdur, aralıq nahiyyəsində hipesteziya qeydə alınır 
C) Aşağı süst paraplegiya 
D) Yuxarı spastik paraplegiya 
E) Aşağı mərkəzi paraplegiya 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 94 
 
 
54) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi zamanı 
ətraflarda hərəki pozulmalar qeydə alınmır? 
A) S3-S5 
B) Th3-L1 
C) C1-C4 
D) C5-Th2 
E) L2-S2 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 94 
 
 


 
 
55) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi aşağı süst 
parapleqiyanın yaranmasına gətirib çıxarır? 
A) D10-D12 
B) C5-D2  
C) S3-S5 
D) L2-S2 
E) D5-D10 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 94 
 
 
56) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi mərkəzi 
tetrapleqiyanın yaranmasına gətirib çıxarır? 
A) C1-C4 
B) D5-D10 
C) D3-L1 
D) C5-C8 
E) C5-D2 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 94 
 
 
57) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi zamanı yuxarı 
ətraflarda periferik iflic, aşağı ətraflarda isə mərkəzi iflic qeydə alınır? 
A) D3-L1 
B) C1-C4 
C) C5-D2 
D) C1-C2 
E) D5-D10 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 94 
 
 
58) Aşağıda sadalanan sinirlərdən hansının zədələnməsi zamanı ptoz meydana 
çıxır? 
A) Görmə sinirinin 
B) Gözün hərəki sinirinin 
C) Üz sinirinin 
D) Uzaqlaşdırıcı sinirin 
E) Blokabənzər sinirin 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 129 


 
 
 
 
59) Mimiki əzələlər kranial sinirlərin hansı cütü ilə innervasiya olunur? 
A) 5-ci 
B) 7-ci 
C) 3-cü 
D) 6-cı 
E) 10-cu 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 116 
 
 
60) “Prosopoplegia” nədir? 
A) Çeynəmə əzələlərinin iflici 
B) Gözün hərəki əzələlərinin iflici 
C) Mimiki əzələlərinin iflici 
D) Dil əzələlərinin iflici 
E) Laringeal əzələlərinin iflici 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 116 
 
 
61) Aşağıda sadalanan kranial sinirlərin hansı cütləri körpü-beyincik sinirləri 
qrupuna aiddir? 
A) 3-cü, 4-cü 
B) 7-ci, 8-ci 
C) 9-cu, 10-cu 
D) 11-ci, 12-ci 
E) 1-ci, 2-ci 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 115 
 
 
62) Çeynəmə əzələləri hansı sinir tərəfindən innervasiya edilir? 
A) Üz siniri 
B) Əlavə sinir 
C) Üçlü sinir 
D) Azan sinir 
E) Dilaltı sinir 
 
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. 
Триумфов. - 16-е изд. - М., 2009, стр. 124 
 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə