1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?


) Aşağıda sadalanan əlamətlərdən hansı meningeal sindroma daxil deyil?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

 
 
 
 
161) Aşağıda sadalanan əlamətlərdən hansı meningeal sindroma daxil deyil? 
A) Baş ağrısı 
B) Kerniq simptomu 
C) Nistaqm 
D) Fotofobiya 
E) Brudzinski simptomu 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 299 
 
 
162) Aşağıda sadalanan baş beyin nahiyələrindən hansı herpetik ensefalit 
zamanı daha tez-tez zədələnir? 
A) Beyincik 
B) Gicgah payının medial hissəsi 
C) Təpə payı 
D) Ənsə payı 
E) Beyin kötüyü 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 359 
 
 
163) Aşağıda sadalananlardan hansı Parkinson xəstəliyinin əlaməti deyil? 
A) Axeyrokinez 
B) İntension tremor 
C) Postural dayanıqsızlıq 
D) Əzələ rigidliyi 
E) Sakitlik tremoru  
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 83 
 
 
164) Aşağıda sadalananlardan hansı Hentinqton xəstəliyi üçün səciyyəvidir? 
A) Xoreik diskineziyalar və tədricən artan demensiya 
B) Qara ciyərin zədələnməsi 
C) Epileptik qıcolmalar və tədricən artan demensiya 
D) Kayzer-Fleyşer korneal həlqəsinin mövcudluğu 
E) Autosom-resessiv tipli irsiyyət 
 


 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.2 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 129 
 
 
165) Aşağıda sadalananlardan hansı beyinciyin zədələnmə əlamətlərinə aiddir? 
A) Bradikineziya 
B) Əzələ hipertonusu 
C) İntension tremor 
D) Əzələ distoniyası 
E) Sakitlik tremoru 
 
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и 
перераб.-Т.: Медицина, 1979, стр. 116 
 
 
166) Aşağıda sadalananlardan hansı patologiya üçün görmə sinirləri diskləri 
ödeminin mövcudluğu səciyyəvi əlamətdir? 
A) Miqren 
B) Yan amiotrofik skleroz 
C) Normotenziv hidrosefaliya 
D) Xoşxəssəli kəllədaxili hipertenziya (pseudotumor cerebri) 
E) Parkinson xəstəliyi 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 133 
 
 
167) Göz qapağının retraksiyası ( yuxarı göz qapağının patolojı olaraq azca 
qaldırılmış vəziyyəti) hansı patologiya zamanı qeydə alına bilər? 
A) Parino sindromu 
B) Gözün hərəki sinirinin zədələnməsi 
C) Uzaqlaşdırıcı sinirin zədələnməsi 
D) Miasteniya 
E) Horner sindromu 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 193 
 
 
168) Aşağıda sadalanan testlərdən hansı komatoz xəstədə beyin kötüyünün 
struktur patologiyasının olub-olmamasını müəyyənləşdirmək məqsədilə 
aparılır? 
A) Rinne sınağı 


 
 
B) Okulosefalik sınaq ( “kukla gözləri” sınağı) 
C) Babinski refleksinin yoxlanılması 
D) Brudzinski simptomunun yoxlanılması 
E) Xortum refleksinin yoxlanılması 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 481 
 
 
169) Afferent bəbək defekti (“Markus-Qunn bəbəyi” )fenomeni nədən ibarətdir 
və nəyin nəticəsində yaranır? 
A) Zədələnmə tərəfində bəbəyin isığa qarşı düz və müştərək reaksiyaları alınmır; 
fenomen ipsilateral gözün hərəki sinirinin zədələnməsilə əlaqədardır 
B) Zədələnmə tərəfində bəbəyin işığa qarşı düz reaksiyası  onun müştərək 
reaksiyasından zəifdir; fenomen ipsilateral gormə sinirinin zədələnməsilə əlaqədardır 
C) Zədələnmə tərəfində bəbəyin işığa qarşı müştərək reaksiyası onun  düz 
reaksiyasından zəifdir; fenomen ipsilateral gözün hərəki sinirinin zədələnməsilə 
əlaqədardır 
D) Zədələnmə tərəfində mioz qeydə alınır; fenomen yuxarı boyun simpatik düyünün 
liflərinin zədələnməsi ilə əlaqədardır 
E) Zədələnmə tərəfində midriaz qeydə alınır; fenomen yuxarı boyun simpatik düyünü 
liflərinin zədələnməsi ilə əlaqədardır 
 
Ədəbiyyat: Клиническая неврология / Д.А. Гринберг, М.Дж. Аминофф, З.П. 
Саймон ; Пер. с англ. ; Под общ. ред. д.м.н. О.С. Левина.- М. : Медпресс-
информ, 2004, стр. 191 
 
 
170) “Quru punksiya” termini nə vaxt qəbul olunmazdır? 
A) Onurğa kanalının aşağı nahiyyəsində şişin mövcud olduğu halda 
B) Likvor təzyiqi yüksək olduğu halda 
C) Texniki olaraq qeyri-düzgün punksiyanın nəticəsi kimi 
D) Sadalanan halların hamısında  
E) Likvor təzyiqi  aşağı olduğu halda 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 1995, стр. 22 
 
 
171) “Trizm” nədir? 
A) Mimiki əzələlərin tonik yığılması 
B) Çeynəmə əzələlərinin tonik yığılması 
C) Sadalananlardan hamısı doğrudur 
D) Gözün hərəki əzələlərinin  tonik yığılması 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə