1. Etnik özünüdərk və özünüqiymətləndirmənin mahiyyəti Etnik identiklik


Sual 3. Etnik identikliyin formalaşması mərhələləri



Yüklə 29,57 Kb.
səhifə3/5
tarix01.02.2023
ölçüsü29,57 Kb.
#99881
1   2   3   4   5
ozunu derk

Sual 3. Etnik identikliyin formalaşması mərhələləri. İnsanın həyatında onun hansı etnik birliyə mənsub olması məsələsinin mərkəzi mövqe tutması fikri mühüm əhəmiyyət kəsb edir. İnsanların əksəriyyəti üçün gündəlik məişət problemləri daha mühümdür. Lakin qrup mənsubiyyəti ilə bağlı psixoloji məsələləri də diqqətdən kənar qoymaq olmaz. Həyatın müəyyən mərhələsində hər bir insan və ya birlik üçün “mən kiməm?” (“biz kimik?”) sualı əhəmiyyətli problemə çevrilə bilir.
Belə problemlər adətən uşaqlıqda, etnik identikliyin formalaşması prosesində yaranır. Məsələn, valideynləri hələ o doğulmamış Özbəkistandan Moskvaya köçən oğlan rusların əhatəsində yaşayır, rus dilində danışır və öz həmyaşıdları ilə arasında heç bir fərq hiss etmir. Lakin məktəbdə asiyalı görkəminə görə dostlarının ona müəyyən ləqəblər verməsinin səbəbini ilk öncə anlamasa da sonradan çox şeyi dərk etdikcə “milliyyətcə sən kimsən?” sualına “özbək” cavab verir. Yaxud da ABŞ-da yaşayan rus immiqrant ailəsində doğulmuş qız, uşaqlıqdan amerikanların əhatəsində böyüyür, dili gözəl bilir, amerikan dostları ilə çox vaxt keçirdir və amerikan olması ilə fəxr edir. Lakin böyüdükcə o, öz individuallığını nümayiş etdirmək istəyir. Özünün “rus amerikanlı” olmasını biruzə verməyə çalışır.
Bu uşaqların özlərini hansı etnik qrupa mənsub hesab etmələri və ətrafdakıların onları hansı etnik birliyə aid etmələri sualına cavab vermək üçün etnik identikliyin formalaşması qanunauyğunluqları ilə tanış olmaq lazımdır.
Etnik identikliyin formalaşması prosesi uşağın psixi inkişafına müvafiq bir neçə mərhələdən keçir. Uşağın özünü etnik birliyə mənsubiyyətini dərk etməsi ilə bağlı ilk inkişaf konsepsiyalarından biri Jan Piajenin adı ilə bağlıdır. J.Piaje etnik identikliyin inkişafını “vətən” anlayışı ilə bağlı koqnitiv modellərin qurulması kimi nəzərdən keçirmiş, etnik hissləri isə etnik hadisələr haqqında biliklərə özünəməxsus cavab hesab etmişdir. Piaje etnik identikliyin formalaşamasının 3 mərhələsini fərqləndirmişdir:

  1. 6-7 yaşında uşaq öz etnik mənsubiyyəti haqqında ilk qeyri-sistematik ve fraqmental biliklərə yiyələnir. Bu yaşda uşaq üçün ən əsas ölkə və etnik qrup yox, ailə və vasitəsiz sosial mühitdir.

  2. 8-9 yaşında uşaq artıq özünü etnik qrupu ilə dəqiq identifikasiya edir, identifikasiyanın əsaslarını dərk edir – valideynlərin milliyyəti, yaşayış yeri, doğma dil. Milli hisslər oyanır.

  3. kiçik yeniyetmə yaşında (10-11) etnik identiklik tam həcmdə formalaşır, müxtəlif xalqların xüsusiyyətləri qismində onlar tarixin unikallığını, ənənəvi məişət mədəniyyətinin spesifikliyini qeyd edirlər.

Etnosun özünüdərki və adekvat qiymətləndirməsi üçün sosial identikliklə yanaşı, etnik identiklik də vacibdir. Deməli, etnik identiklik sosial identikliyin bir hissəsidir. Lakin etnik identiklik insanın müəyyən etnik ümumiliyə aid olmasını aydın surətdə anlamaqla bağlıdır.
Bir sıra hallarda sosial şəraitin xarakterindən etnosun davranış və rəftarının məzmun və istiqamətindən asılı olaraq xalqın müəyyən şəxslərində və hətta sosial qruplarında belə neqativ etnik identiklik formalaşa bilər. Burada, əlbəttə stereotipləşdirmə mexanizmi, yəni kimə və ya kimlərəsə mənfi münasibətin bütün xalqa aid edilməsi hallarına da rast gəlinir.
Müasir dövrdə etnik identiklik getdikcə güclənir. Bu da elmi-texniki tərəqqi və iqtisadi amillərlə yanaşı, sosial-psixoloji amillərdən də asılıdır. Məlumdur ki, psixoloq üçün etnos hər şeydən əvvəl psixoloji birlik, psixoloji ümumilikdir. Bu halda etnos üzvlərində ümumi mənəvi sərvətlər formalaşır və onların hər birinin öz etnosu tərəfindən müdafiə olunmasına inam güclənir. Başqa sözlə, etnosun formalaşması və özünüdərki etnos üzvlərində psixoloji stabillik yaradır. Çünki etnik ümumilik nəsillərarası birlik sayəsində yaranır və zamanca davamlıdır.Bunun üçün etnik tərkibin stabilliyi mövcuddur və etnosun hər bir üzvü davamlı etnik statusa malikdir, onu etnosdan “xaric etmək” mümkün deyildir. Burada ümumi etnik psixoloji xüsusiyyətlərin, ümumi mədəniyyətin mövcudluğu əsas şərtdir. Hər bir etnosun mədəniyyəti öz əcdadlarına və tarixi ənənələrinə köklənmiş olur. Bu mənada amerikan etnoloqu Marqaret Mid haqlı olaraq qeyd edir ki, etnosda yaşlı nəslin keçmişi hər bir yeni nəslin gələcəyidir. Yəni yaşlıların həyat tərzi – onların övladları üçün gələcəyin sxemidir.

Yüklə 29,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə