1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Beynəlxalq hüquqla milli hüququn qarşılıqlı əlaqəsi haqqında nəzəriyyələr və müasir dövrdə onların tətbiqi



Yüklə 93,38 Kb.
səhifə14/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   10   11   12   13   14   15   16   17   ...   43
Huquq 75

Beynəlxalq hüquqla milli hüququn qarşılıqlı əlaqəsi haqqında nəzəriyyələr və müasir dövrdə onların tətbiqi 



  1. Beynəlxalq cinayət hüququ və onun xüsusiyyətləri 

Beynəlxalq cinayət hüququnun anlayışı, inkişaf tarixi və xüsusiyyətləri. Beynalxalq cinayat hüququ - beynalxalq cinayatlargörfiziki şaxslarin cinayat masuliyyatini müayyan etmak yolu ila, beynalxalq hüquq qaydasını cinayaamallarindan qorumaq maqsadilyaradılan prinsip vnormaların macmusuna deyilir. 

Dövlətdaxili hüquq qaydasını cinayətkər əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə təhlükəli pozuntularına, bir neçə dövlətin və yaxud bütün beynəlxalq birliyin mənafeyinə toxunan cinayət əməllərinə qarşı mübarizə məqsədi daşıyır: məsələn, beynəlxalq dəniz hüququnda (dəniz quldurluğu), beynəlxalq hava hüququnda (hava gəmilərinin qaçırılması, mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik müdafiəsi olan şəxslər əleyhinə cinayətlər), beynəlxalq iqtisadi və maliyyə hüququnda (pul nişanələrinin saxtalaşdırılması) və s. 


Beynəlxalq cinayət hüququnun bir sıra xüsusiyyatlari vardır: 

 


  1. beynalxalq cinayat hüququ özünda nainki cinayat hüququna, habela cinayat-prosesual hüququna va mahkama quruluşuna aid normaları ehtiva edir. Məsələn, Yuqoslaviya və Ruanda tribunallarının və Beynəlxalq cinayət məhkəməsinin Nizamnamələrində maddi normalarla yanaşı, məhkəmə quruluşu və proseslə bağlı müddəalar təsbit olunmuşdur. Beynəlxalq cinayət hüququnun göstəriln xüsusiyyəti onunla izah olunur ki, o, hələ tam təşəkkül tapmamışdır və onun sistem ünsürləri lazımi inkişaf səviyyəsinə çatmamışdır; 

  1. beynalxalq cinayatlar töratmiş şaxslarin cinayat masuliyyati həm beynalxalq tribunallar, ham da milli mahkamalar tarafindan hayata keçirila bilar. Həmin şəxslərə həm biavısitə beynəlxalq hüquq normaları (əsasən, birinci halda), həm də onların implementasiyası üçün qəbul olunmuş dövlətdaxili hüquq normaları tətbiq oluna bilər; 

  1. beynalxalq cinayat hüququ, bir qayda olaraq, caza müayyan etmir. Doğrudur, Nürnberq və Tokio tribunalların Nizamnamələrində müəyyən cəzalar nəzərdə tutulmuşdu. Yuqoslaviya və Ruanda tribunalların və Beynəlxalq cinayət məhkəməsinin nizamnamələrində də bir sıra cəzalar təsbit olunmuşdur. Milli cinayət hüququnda, məlum olduğu kimi, hər hansı bir əməlin nəinki cinayət olması, habelə onun cəzalandırılması eyni bir norma çərçivəsində qanunverici tərəfindən müəyyən olunur. Beynəlxalq cinayət hüququnda isə, dövlətlərarası sazişlər, bir qayda olaraq, bu və ya digər əməlin cinayət xaraqterini müəyyən etsə də, konkret sanksiyalar haqqında məsələni açıq qoyur. Beynəlxalq müqavilələrdə cəzanın növü və ölçüsü haqqında göstərişin olmaması ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq tribunal tərəfindən cinayət törədildikdən sonra müəyyən oluna bilər. 




  1. Yüklə 93,38 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə