1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi


Beynəlxalq təşkilatların məsuliyyəti



Yüklə 93,38 Kb.
səhifə22/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
Huquq 75

45.Beynəlxalq təşkilatların məsuliyyəti

Bir sıra mövcud beynəlxalq müqavilələrdə beynəlxalq təşkilatların məsuliyyəti haqqında müvafiq müddəalar təsbit olunmuşdur.Məsələn, Kosmos haqqında 1967-ci il müqaviləsinə əsasən, kosmik fəaliyyət həyata keçirən beynəlxalq təşkilat bu fəaliyyət nəticəsində vurulan zərərə görə məsuliyyət daşıyır. Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasında nəzərdə tutulmuşdur ki, kosmik obyektin buraxılmasını həyata keçirən və ya təşkil edən beynəlxalq təşkilat bu obyektin vurduğu istənilən zərərə görə məsuliyyət daşıyır.Beynəlxalq təşkilatların məsuliyyəti onların orqanlarının və ya vəzifəli şəxslərinin əməlləri nəticəsində dövlətlərə, digər beynəlxalq təşkilatlara və fiziki şəxslərə vurulan zərərə görə ortaya çıxır.Beynəlxalq təşkilat həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıya bilər. Maddi məsuliyyətə gəlincə, beynəlxalq təşkilatların vəsaiti üzv-dövlətlərin üzvlük haqqından təşkil olunduğundan, ödənilməli olan pul məbləği, əsasən, beynəlxalq təşkilat ilo üzv-dövlətlər arasında bölünür.Qeyd edək ki, problemin böyük əhəmiyyətini nəzərə alaraq, BMT Beynəlxalq hüquq komissiyası hazırda beynəlxalq təşkilatların məsuliyyəti ilə ağlı layihə üzərində işləyir.




Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə