1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə12/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   8   9   10   11   12   13   14   15   ...   43
Huquq 75

1) diplomatik vasitələr;

2) məhkəmə vasitələri.
İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxalq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur.

Beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının ən sadə, ən geniş yayılmış və ən çox üstünlük verilən vasitəsi birbaşa danışıqlardır. Çox zaman, ortaya çıxacaq mübahisələrin məhz danışıqlar vasitəsilə nizama salınması dövlətlər tərəfindən razılaşdırılır və müvafiq olaraq ikitərəfli və ya çoxtərəfli müqavilələrdə təsbit edilir.

Danışıqlar mübahisələrin nizama salınmasının başlıca diplomatik vasitəsi sayılır. Bu halda mübahisonin tərəflərinin siyasi, iqtisadi və sosial mülahizələri ön plana çəkilir. Doğrudur, birbaşa danışıqlarda beynəlxalq hüquq da əhəmiyyətli rol oynayır.

Bəzi müqavilələrdə nəzərdə tutulur ki, mübahisənin tərəfləri arasında birbaşa danışıqlar bir nəticə verməsə, tərəflərdən biri mübahisəni BMT-nin Beynəlxalq Məhkəməsinə və ya arbitraj məhkəməsinə verə bilər. Tərəflərin mübahisonin həllini üçüncü tərəfə etibar etmək istəməməsi danışıqlardan daha səmərəli istifadə olunmasını şərtləndirir.

Birbaşa danışıqlara başlamış dövlət bu danışıqları vicdanla aparmağa borcludur.

22.Beynəlxalq müqavilələr hüququ barədə 1969-cu il Vyana konvensi­yası

Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:

1. Müqavilənin mətninin tərtib olunması və qəbulu.

2. Müqavilənin mətninin autcntikliyinin müəyyən olunması.

3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.


Dövlətlər arasında müqavilələr onlann nümayəndələri tərəfindən bağlanır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxanda göstərilmiş ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd - vəkalət verilir. Və- kalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyildir. 1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır:

1) dövlətlərin başçılan; 2) hökumətlərin başçılan; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçılan və 5) dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri. Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqlan dövlət arasındakı müqavilənin, dövlətin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanan müqavilənin mətninin qəbul olunması ilə bağlı hərəkətləri həyata keçirə bilər.


23.Avropa Şurasının beynəlxalq hüquqi statusu.

24.Regional təşkilatlar.


25.Dövlətlərin diplomatik nümayəndələri: onların tərkibi, quruluşu, və funksiyaları
Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin dövlətlə diplomatik münasibətləri həyata keçirən orqanıdır. Diplomatik nümayəndəliklər müvafiq iki dövlət arasında razılaşmaya əsasən təsis olunur. Çox hallarda belə bir razılaşmanın əldə olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması ilə eyni vaxta düşür.

Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin iki növü məlumdur:



səfirliklər: ən yüksək səviyyəli diplomatik nümayəndəliklərdir; onların başında fövqəladə və səlahiyyətli səfir dayanır.

missiyalar: daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab olunur; onlara fövqəladə və səlahiyyətli elçi və ya müvəqqəti işlər müvəkkili rəhbərlik edir.

Diplomatik nümayəndəlik öz dövlətinin qəbul edən dövlətdə bütün məsələlər üzrə rəsmi təmsilçisidir. Diplomatik münasibətlərhaqqında 1961-ci il Vyana Konvensiyasına görə (3-cü maddə), diplomatik nümayondolik aşağıdakı funksiyaları həyata keçirir:

1) akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;

2) akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının mənafelərinin müdafiəsi;

3) qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;

4) bütün qanuni vasitələrlə qəbul edən dövlətdə olan şəraitin və hadisələrin öyrənilməsi və onların barəsində öz hökumətinə məlumat verilməsi (infonnasiya funksiyası);

5) akkreditə edən dövlətlə qəbul edən dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi.
Bunlardan əlavə, diplomatik nümayəndəliklər bəzi hallarda konsulluq funksiyaları da həyata keçirir; bu məqsədlə səfirliklərin və ya missiyaların tərkibində konsulluq şöbələri təsis olunur.
Diplomatik heyətə aşağıdakılar daxildir: səfirlər, elçilər, müşavirlər, ticarət nümayəndələri və onların müavinləri, xüsusi attaşelər (hərbi, hərbi-dəniz və hərbi-hava) və onların müavinləri, birinci, ikinci və üçüncü katiblər və attaşelər. Diplomatik heyətin üzvləri akkreditə edən dövlətin vətəndaşları olmalıdır. Lakin qəbul edən dövlətin razılığı ilə yerli vətəndaşlar və üçüncü dövlətin vətəndaşları təmsil olunan dövlətin diplomatik heyətinə daxil edilə bilər. Diplomatik heyətin üzvlərinə milli qanunvericiliklə müəyyən olunmuş qaydada diplomatik rütbələr verilir. «Diplomatik xidmət haq- qında» 2001-ci il 8 iyun tarixli Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında aşağıdakı diplomatik rütbələr mövcuddur: 1) fövqəladə və səlahiyyətli səfir; 2) birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi; 3) ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi;

4) birinci dərəcəli müşavir; 5) ikinci dərəcəli müşavir; 6) birinci dərəcəli birinci katib; 7) ikinci dərəcəli birinci katib; 8) birinci dərəcəli ikinci katib; 9) ikinci dərəcəli ikinci katib; 10) üçüncü katib və 11) attaşe.


İnzibati-texniki heyətə dəftərxana müdirləri, hesabdarlar, tərcüməçilər, kargüzarlar, makinaçılar və başqalan aiddir.

Xidmətçi heyətə sürücülər, aşpazlar, kuryerlər və başqaları daxildir.

İnzibati-texniki vo xidmətçi heyətə bəzən yerli vətəndaşlar təyin olunUr.
26.Diplomatik imtiyaz və immunitet

Diplomatik nümayəndəliklər öz fiınksiyalannı normal həyata keçirmək üçün qəbul edən dövlətin nəzarətindən kənarda olmalıdırlar. Dövlətin malik olduğu immunitet, təbii ki, onu rəsmi təmsil edən orqanlara və ya şəxslərə də təmin olunmalıdır. Bu baxımdan, xarici diplomatik nümayəndəliklərə və onların əməkdaşlanna beynəlxalq hüquq normaları əsasında xüsusi güzəşt və üstünlüklər verilir ki, bunlara diplomatik imtiyaz və immunitetlər deyilir. Tərifdən göründüyü kimi, diplomatik imtiyaz və immunitetlər iki qrupa ayrılır: 1) diplomatik nümayəndəliklərin imtiyaz və immunitetləri və 2) şəxsi imtiyaz və immunitetlər.

Diplomatik nümayəndəliklər aşağıdakı imtiyaz və immunitetlərə malikdir:


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə