1. Beynəlxalq hüququn mahiyyəti, predmeti və sistemi



Yüklə 93,38 Kb.
səhifə9/43
tarix24.01.2022
ölçüsü93,38 Kb.
#83104
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Huquq 75

a) doğulma nəticəsində. Bu, vətəndaşlığın əldə edilməsinin əsas və ən adi üsuludur;

b) naturalizasiya yolu ilə (vətəndaşlığa qəbul);

c) reinteqrasiya yolu ilə (vətəndaşlığa bərpa);
ç) vətəndaşlığın bağışlanılması vasitəsilə;

d) beynəlxalq müqavilə əsasında.
Dövlətlərin qanunvericilik təcrübəsinə əsacən, doğulma nəticəsində vətəndaşlığın əldə edilməsi iki başlıca prinsipə söykənir:

1) «qan hüququ» («jus sanguinis») və ya 2) «torpaq hüququ» («jus soli»).
«Qan hüququ» prinsipinə görə, doğulmuş uşağın vətəndaşlığı onun valideynlərinin (və ya onlardan birinin) vətəndaşlığı ilə müəyyən olunur və uşağın doğulduğu yerdən asılı olmur. Avropa və Asiyanın əksər ölkələrində bu prinsip əsas götürülür.

«Torpaq lıüququ» prinsipinə görə, müəyyən dövlətin ərazisində doğulmuş uşaq, onun valideynlərinin hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, bu dövlətin vətəndaşlığını əldə etmiş olur.
Ərazi dəyişiklikləri zamanı optasiya transfert baş verə bilər.

Optasiya - yaşadığı ərazinin başqa dövlətə verildiyi zaman şəxsin yaşayacağı dövlətin vətəndaşlığını könüllü seçməsidir; bu halda şəxs öz əvvəlki vətəndaşlığını da saxlaya bilər,

Transfert - bir ərazinin başqa dövlətə keçdiyi zaman həmin ərazidə yaşamış əhalinin dövlət mənsubiyyətinin avtomatik dəyişməsidir. 1990-cı ildə ADR AFR ilə birləşdiyi zaman faktik olaraq transfert baş vermişdi.

Vətəndaşlığın itirilməsi (ekspatriasiya) üç formada mümkündür: 1) vətəndaşlıqdan çıxma; 2) vətəndaşlığın avtomatik itirilməsi və 3) vətəndaşlıqdan məhrum edilmə.

Vətəndaşlıqdan çıxma şəxsin öz xahişi ilə dövlətin səlahiyyətli orqanlarının qərarı əsasında həyata keçirilir. Bu, vətəndaşlığa xitam verilməsinin ən geniş yayılmış üsuludur.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qaydası «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 17- ci maddəsində müəyyən edilmişdir. Maddədə deyilir: «Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şoxsin vəsatəti üzrə həyata keçirilir.



Vətəndaşlığın avtomatik itirilməsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən halların baş vennəsi ilə mümkündür. Məsələn, ABŞ qanunvericiliyinə görə, digər bir dövlətdə naturalizasiya olunmuş və ya seçkilərdə iştirak etmiş ABŞ vətəndaşı Amerika vətəndaşlığını avtomatik itirmiş sayılır.

Vətəndaşlıqdan çıxmadan fərqli olaraq, vətəndaşlıqdan məhrum edilmə dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir və əsasən, ağır dövləti cinayətlər törətmiş şəxslərə qarşı tətbiq edilir. Müasir beynəlxalq hüquq vətəndaşlıqdan məhrum edilməni qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasında imperativ qaydada müəyyən olunmuşdur ki, «Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz» (53-cü maddənin 1 hissəsi) və «... Azərbaycan Respublikasından qovula bilməz...» (53-cü maddənin II hissəsi).

11.Qaçqınların hüquqi rejimi.

qaçqın - irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» 1999-cu il 21 may tarixli Azərbaycan Respublikasının Qanununda da bu tərif öz əksini tapmışdı.

Konvensiyada, gördüyümüz kimi, qaçqın statusu almaq üçün cəmi beş əsas göstərilmişdir. Deməli, qaçqın, ərazisinə gəlmək istədiyi və ya artıq ərazisinə keçdiyi dövlətin müvafiq orqanlarına əsaslandırılmış şəkildə sübut etməlidir ki, öz ölkəsində o, məhz: 1) müəyyən irqi (etnik, milli) qrupa mənsub olduğuna görə; 2) öz dini əqidəsinə görə; 3) hansısa konkret dövlətin vətəndaşı olduğuna və ya öz dövlətinin vətəndaşı olmadığına görə; 4) müəyyən sosial qrupa mənsub olduğuna görə (tutaq ki, qolçomaq olduğuna görə) və 5) siyasi əqidəsinə görə təqiblərə məruz qalır və ya məruz qalmaq qorxusu var, yəni onun əsas hüquq və azadlıqları kobud şəkildə pozulur. Yuxarıda göstərilən tərildə müharibə və ya döyüş əməliyyatları qaçqın adlanmaq üçün əsas kimi nəzərdə tutulmur.

Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanuna görə, «məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs- dir»
Konvensiyaya və habelə ümumi beynəlxalq hüquqa görə. Aşağıdakı şəxslərə qaçqın statusu verilmir:

a) barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətdikləri haqqında kifayət qədər ciddi əsaslar olan şəxslər;

b) dövlətin ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır cinayət törətmiş şəxslər.
1951-ci il Konvensiyasında müəyyən olunmuşdur ki, şəxs qaçqın statusunu aşağıdakı hallarda itirir:

a) vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;

b) öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;

c) indi yaşadığı dövlətin və ya hər hansı başqa bir dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;


ç) təqiblərdən qorxduğuna görə tərk etdiyi və ya hüdudlanndan kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;

d) qaçqın kimi tanınmasına əsas venniş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə;


12.Uşaqların və qadınların hüquqlarının beynəlxalq hüquqi müdafiəsi

13.Sığınacaq hüququ

Sığınacaq hüququ» termini bc)məlxalq hüquq çərçivəsində iki mənada başa düşülür:

1) şəxsin subyektiv hüququ mənasında, yəni vətəndaşı olduğu və ya daimi yaşadığı ölkədə siyasi motivlər əsasında məniz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün şəxsin başqa bir dövlətdən, onun ərazisinə keçməyə və orada yaşamağa icazə almaq hüququ;

2) beynəlxalq hüququn müstəqil bir institutu - sığınacaq verilməsini və onun beynəlxalq-hüquqi nəticələrini nizama salan normaların məcmusu kimi.

Sığınacaq siyasi əsaslara görə verildiyi üçün beynəlxalq praktikada və milli qanunvericilikdə əksər hallarda «siyasi sığınacaq» ifadəsi işlədilir. Lakin «siyasi əsaslan> geniş başa düşülməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin 1-ci hissəsində deyilir ki, «hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalanna uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir». Demək olar ki, analoji müddəa «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında» 1996-cı il tarixli 13 mart Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində öz əksini tapmışdır.

Dövlətlərin praktikasında iki cür sığmacağa rast gəlinir: ərazi sığınacağı diplomatik sığınacaq. Diplomatik sığınacaq siyasi təqiblərə məruz qalan şəxsə xarici dövlətin diplomatik və ya konsul nümayəndəliyinin binasında (və yaxud əcnəbi hərbi gəmisində) sığınacaq verilməsidir.
Dövlətin hər hansı bir şəxsə siyasi sığınacaq verməsi bir su*a beynəlxalq-hüquqi nəticələr doğurur:

1) dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz;

2) dövlət sığınacaq verdiyi şəxsə onun hər hansı bir ölkədə hüquqlan pozulan zaman diplomatik müdafiə təmin edə bilər (daha doğrusu, kvazidiplomatik müdafiə, çünki diplomatik müdafiə dövlətin yalnız öz vətəndaşlarına göstərilə bilər);

3) dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət daşıyır, yəni o, həmin şəxsin tərk etdiyi dövlətə qarşı zorakılıq aktları törətməsinə yol verməməlidir.

14.Beynəlxalq müqavilənin təsnifatı və bağlanma qaydaları

Beynəlxalq müqavilələri aşağıda göstərilmiş əsaslara görə ayn- ayn növlərə bölmək olar:

I - iştirakçıların dairəsinə görə:

1) ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr);

2) çoxtərəfli müqavilələr (ikidən artıq dövlətin iştirakçısı olduğu beynəlxalq müqavilələr. Çoxtərəfli müqavilələr arasında dünya dövlətlərinin ümumi mənafeyini əks etdirən, ümumi məsələlərin həllinə yönəlmiş universal müqavilələr xüsusi yer tutur.

II - dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə:

1) açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan tərəf ola bilər);

2) qapalı müqavilələr (bu müqavilələrin anlayışını yuxanda vennişdik).

III - məzmununa görə:

1) siyasi müqavilələr.


1) müttəfiqlik haqqında müqavilələr - bu cür müqavilələrin iştirakçısı olan dövlətlər özlərinin müəyyən mənafelərini qorumaq məqsədilə birgə fəaliyyət göstərməyi öhdələrinə götürürlər;

2) sülh müqavilələri - bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir.

2) iqtisadi müqavilələr. Buraya daxildir:

1) ticarət müqavilələri;

2)gömrük məsələləri və s. üzrə sazişlər;
3) xüsusi məsələlər üzrə sazişlər. Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil etmək olar:

a) nəqliyyat sahəsində;

b) rabitə sahəsində;

c) kənd təsərrüfatı sahəsində;

ç) mədəniyyət sahəsində və s
Beynəlxalq müqavilənin bağlanması bir neçə ardıcıl mərhələdən ibarət olan bir prosesdir. Bu mərhələlər aşağıdakılardır:

1. Müqavilənin mətninin tərtib olunması və qəbulu.

2. Müqavilənin mətninin autcntikliyinin müəyyən olunması.

3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması.

Dövlətlər arasında müqavilələr onlann nümayəndələri tərəfindən bağlanır. Müqavilənin bağlanmasında, daha doğrusu, yuxanda göstərilmiş ilk iki mərhələdən birində və ya hər ikisində iştirak etmək üçün həmin nümayəndəyə xüsusi sənəd - vəkalət verilir. Və- kalət milli qanunvericiliyə müvafiq olaraq, dövlətin səlahiyyətli orqanları tərəfindən verilir. Dövlətin müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyildir.
1969-cu il Vyana Konvensiyasına görə, bu şəxslər aşağıdakılardır:

1) dövlətlərin başçılan; 2) hökumətlərin başçılan; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçılan və 5) dövlətlərin beynəlxalq konfranslardakı və beynəlxalq təşkilatlardakı nümayəndələri


Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri vasitəsilə həyata keçirilir:


Yüklə 93,38 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə