1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Dənizin canlı ehtiyatlarının mühafizəsi



Yüklə 391,8 Kb.
səhifə156/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   151   152   153   154   155   156   157   158   159
beyn-lxalq-h-quq (1)

Dənizin canlı ehtiyatlarının mühafizəsi. Hazırda canlı dəniz ehtiyatlarının mühafizəsinə və balıqçılığın tənzimlənməsinə həsr olunmuş yüzdən artıq universal və regional müqavilə mövcuddur. Bu məsələ ilə bağlı əsas prinsip və mexanizmlər Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında təsbit olunmuşdur. Konvensiya iştirakçı dövlətlərdən canlı ehtiyatların qorunub saxlanması üçün bütün zəruri tədbirlərin görülməsini tələb edir. Dövlətlər bu sahədə bir-biri ilə

əməkdaşlıq etməli, müvafiq subregional və regional təşkilatlar vasitəsilə müəyyən ehtiyatların qorunub saxlanması və sayının artırılması üçün səy göstərməlidirlər.
Bir çox konkret balıq növlərinin qorunub saxlanması və rasional istifadəsi məsələlərini nizama salmaq məqsədilə 1995-ci ildə Dəniz hüququ üzrə BMT Konvensiyasının müvafiq müddəalarının həyata keçirilməsi haqqında xüsusi Saziş bağlamışdır. Maddi normalardan başqa, Saziş beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutulur.
Dünya okeanının canlı ehtiyyatlarının mühafizəsi sahəsində bağlanmış digər müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: Atlantik okeanın şimal- qərb hissəsində balıqçılıq üzrə gələcək çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antraktikanın canlı dəniz ehtiyyatlarının mühafizəsi haqqında 1980- cı il Konvensiyası və s. Bu və digər müqavilələrdə Dünya okeanının müvafiq akvotoriyasında canlı ehtiyyatların qorunub saxlanması ilə bağlı dövlətlərin öhdəlikləri müəyyən edilmiş, bu öhdəliklərin yerinə yetirilməsi üzərində milli və beynəlxalq nəzarət nəzərdə tutulmuşdur.

  1. Beynəlxalq çay göllərin mühafizəsi. Beynəlxalq çay və göllərin çirklənməsinə yol verilməməsi və onların canlı ehtiyyatlarının mühafizəsi müvafiq sahilyanı dövlətlərin üzərinə düşən vəzifədir. Bu vəzifələrin həyata keçirilməsi üçün sahilyanı dövlətlər regional və ikitərəfli müqavilələr bağlayırlar. Müqavilələrin başlıca məzmunu ondan ibarət olur ki, sahilyanı dövlətlər beynəlxalq çayın və gölün mövcud çirklənməsinin azaldılması üçün bütün zəruri tədbirlər görməlidirlər. Belə tədbirlərin məqsədi digər dövlətə (dövlətlərə) və Dünya okeanı sularına dəyə bilən zərərin qarşısını almaqdan ibarətdir. Bu müqavilələrdə göstərilir ki, suların çirklənməsində təqsirli olan dövlət bütün dəymiş zərəri ödəməlidir.

Hazırda beynəlxalq çayların çirklənmədən qorunmasına dair 100-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bu müqavilələrdə, əsas etibarilə, neft, kimyəvi və üzvi maddələrin çay mühitinə atılmasını qadağan edən müddəalar təsbit olunmuşdur (məsələn, Reynin xloridlərlə çirklənmədən qorunması haqqında 1976-
cı il Konvensiyası; Reynin kimyəvi maddələrlə çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası və s.).
Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 1992-ci il Konvensiyası isə nisbətən ümumi xaraqter daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir göstərən və ya göstərə bilən çirklənmənin qarşısını almaq və azaldtmaq üçün bütün müvafiq tədbirləri görməlidirlər. Bu tədbirlərin görülməsi ilə bağlı bütün xərclər çirklənməyə yol vermiş dövlətin üzərinə düşür. Konvensiya iştirakçı dövlətlərdən, habelə müvafiq hüquqi, inzibati, iqtisadi və maliyyə tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə