1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq ekologiya hüququnun prinsipləri



Yüklə 391,8 Kb.
səhifə153/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   149   150   151   152   153   154   155   156   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq ekologiya hüququnun prinsipləri. Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi – beynəlxalq ekologiya hüququnun mərkəzi prinsipidir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillər naminə ətraf mühitin keyfiyyətinin qorunub saxlanması və yaxşılaşdırılması və təbii ehtiyatların rasional idarə olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər.

Beynəlxalq ekologiya hüququnun aşağıdakı digər xüsusi prinsipləri vardır:

  1. transsərhəd ekoloji zərərin yolverilməzliyi. Öz yurisdiksiyasi çərçivəsində dövlətlər digər dövlətlərin və beynəlxalq rejimli ərazilərin təbii mühitinə zərər yetirə bilən hərəkətlərdən çəkinməli, habelə belə zərər yetirə bilən fəaliyyətin qarşısını almalıdırlar. İlk dəfə 1972-ci il Stokholm Bəyannaməsində təsbit olunmuş bu prinsip hazırda beynəlxalq praktikada hamılıqla tanınmışdır.

  2. təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi. Hələ tam

dəqiq normativ məzmuna malik olmayan bu prinsipin mahiyyəti aşağıdakılardan ibarətdir: indiki və gələcək nəsillərin mənafeyi naminə Yerin bərpa oluna bilən və bərpa olunmayan ehtiyatlarının rasional planlaşdırılması və idarə olunması; ekoloji fəaliyyətin uzun müddətə planlaşdırılması; dövlətlərin öz yurisdiksiyası
çərçivəsində fəaliyyətinin bu hüdudlardan kənarda yerləşən təbii mühitə göstərə biləcəyi nəticələrin qiymətləndirilməsi.

  1. ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi; ç) dəniz mühitinin mühafizəsi;

  2. ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi ya istənilən digər düşmən

məqsədlərlə istifadə olunmasınınqadağan edilməsi;

  1. milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ekoloji sistemlərə vurulmuş

zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti və s.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə