14
Əvvəllər bu məsələlər qismən riyaziyyatda, dilçilikdə, elektronikada və başqa
elmlərdə öyrənilirdi. Kompüterlər meydana çıxdıqdan sonra aydın oldu ki, bu isti-
qamətlərin hamısı bir-biri ilə sıx bağlıdır və getdikcə elmi fəaliyyətin yeni istiqaməti
formalaşmağa başladı. İnformatikanın formalaşması prosesi bu gün də davam edir
və onun əhatə etdiyi məsələlərin dairəsi gələcəkdə dəyişə bilər.
Cədvəldə 2011–2016-cı illərdə respublikanın ali məktəblərinə bütün ixtisaslara tələbə
qəbulu üzrə plan yerlərinin sayı, həmçinin informatika ilə bağlı ixtisaslar üzrə ümumi
qəbul planı verilmişdir. Cədvələ əsasən tapşırıqları yerinə yetirin:
1. İKT ixtisaslarının ümumi qəbulda payını (%-lə) hesablayıb uyğun xanaya yazın.
2. İKT ixtisaslarının ümumi qəbul planındakı payının illər üzrə dəyişmə qrafikini qurun.
Sizcə, dəyişmənin səbəbi nə ilə bağlıdır?
Göstərici
2011
2012
2013
2014
2015
2016
Ali məktəblərə tələbə qəbulu planı
31419 34098 36537 37841 38914 41736
Ali məktəblərin İKT ixtisasları üzrə
qəbul planı
2719
2765
3589
3130
3375
3624
İKT ixtisaslarının ümumi qəbulda
payı (%-lə)
Özünüzü yoxlayın
1.
İnformasiya nədir?
2.
Verilənlər nə vaxt informasiyaya çevrilir?
3.
İnformatika fənni nəyi öyrənir?
4.
İnformatikaya hansı elmi istiqamətlər aid edilir?
5.
İki sütundan və beş sətirdən ibarət cədvəl çəkin. Cədvəlin birinci sütununda informa-
tikaya aid edilən elmi istiqamətlərin adlarını yazın. Hər elmi istiqamətin qarşısındakı
xanada həmin istiqamətə aid bir neçə mövzu göstərin.
ö y r ə n ə k
A R A Ş D I R A Q –
1985-ci il 1 sentyabr tarixindən keçmiş SSRİ-
nin, o cümlədən Azərbaycan SSR-in
ümumtəhsil məktəblərinin 9-cu
sinfində yeni
fənnin –
“İnformatika və
hesablama texnikasının əsasları”
("Основы информатики и
вычислительной техники")
fənninin tədrisinə başlanıldı.
Fənnin
proqramı, dərsliyi və müəllim üçün
vəsaiti
Andrey Petroviç Yerşov və
Vadim Makariyeviç Monaxovun
rəhbərliyi ilə hazırlanmışdı.
Tari
x
Andrey Petroviç
Yerşov
(1931–1988)
Sovet alimi,
nəzəri və
sistem proqramlaşdır-
manın pionerlərindən
biri.
Sibir
informatika
məktəbinin yaradıcısı,
SSRİ Elmlər Akademi-
yasının həqiqi üzvü.
İnformasiya
1
15
İ
NFORMASİYA PROSESLƏRİ
Bildiyiniz kimi,
eyni bir informasiya
müxtəlif formalarda təqdim edilə bilər;
məsələn, həftə ərzində havanın hərarətinin
necə
dəyişildiyini mətn, ədədlər, cədvəl,
diaqram və başqa formalarda vermək olar.
Hava proqnozunu daha hansı formada
təqdim etmək olar?
Hansı təqdimetmə forması kompüterin
yaddaşında daha çox yer tutar?
Hər hansı məlumatı müxtəlif formalarda təqdim edin. Hər bir təqdimetmə formasının
hansı halda əlverişli olacağını nümunələrlə izah edin.
– Bu informasiyanı uzaq məsafəyə ötürmək üçün hansı təqdimetmə formasına üstünlük
verərdiniz?
Proses dedikdə hər hansı bir hadisənin gedişi, inkişafı, yaxud bu hadisədə iştirak
edən obyekt və obyektlərin vəziyyətinin ardıcıl dəyişilməsi başa düşülür.
İnformasiya prosesləri nəticəsində də informasiya özünün ilkin formasını dəyişə
və müxtəlif formalara çevrilə bilər.
Əsas olaraq dörd informasiya prosesi seçdirilir:
informasiyanın qəbulu;
informasiyanın saxlanması;
informasiyanın ötürülməsi;
informasiyanın emalı.
Diqqət!
Bəzən informasiya ilə bağlı başqa əməliyyatlar da (məsələn: informasiyanın təq-
dimedilməsi, köçürülməsi, uzaqlaşdırılması və s.) informasiya proseslərinə aid
edilir. Əslində isə belə əməliyyatlar yuxarıda sadalanan 4 əsas prosesin xüsusi
hallarıdır.
İnformasiyanın saxlanması. İnsanlar topladıqları məlumatları, bilikləri saxlaya
bilməsəydilər, cəmiyyət inkişaf edə bilməzdi. Məhz saxlanmış biliklər nəticəsində
biz ötən dövrləri öyrənirik.
1
F Ə A L İ Y Y Ə T
1.2
İnformasiyanın təqdimedilmə formaları
Mətn
informasiyası
Ədədi
informasiya
Qrafik
informasiya
Səs
informasiyası
Video-
informasiya
Sabah Bakıda və
Abşeron yarımada-
sında hava tutulub
açılacaq, bəzi yer-
lərdə yağış yağa-
caq.