İnformasiya
1
11
İ
NFORMASİYA VƏ İNFORMATİKA
İnsanlar daim informasiyadan istifadə etmişlər.
Bütün cəmiyyətlərdə informasiya toplanmış,
emal edilmiş, saxlanmış, lazım gəldikdə kənar
müdaxilələrdən qorunmuş və başqalarına ötü-
rülmüşdür.
“Dediklərinizdən heç bir in-
formasiya almadım” ifadəsinin
səbəbi nə ola bilər?
"Bu gün sentyabr ayının on beşidir" məlumatını bilikləriniz əsasında emal edib yeni
informasiya alın.
– Hansı yeni informasiya aldınız?
– Göstərilən tarix Azərbaycan və şəxsən sizin üçün nə ilə əlamətdardır?
İnformasiya latın dilindəki " informatio" sözündən olub “məlumat, ifadə, izah”
deməkdir. Bu termin informatikada ilkin olduğundan ona tərif verilmir.
Praktikada, əsasən, “informasiya” əvəzinə “verilənlər” və ya “bilik” sözlərindən
istifadə olunur. Buna səbəb həmin terminlər arasında çox incə fərqin olmasıdır.
İnformasiyanı saxlamaq və başqa insanlara ötürmək üçün onları hər hansı bir dildə
ifadə etmək (məsələn: nəql etmək, yazmaq, şəklini çəkmək və s.) lazımdır. Yalnız
bundan sonra onları saxlamaq, emal etmək, ötürmək olar, həm də bu işlərin öhdə-
sindən kompüter də gələ bilər. Hər hansı bir formada qeyd edilmiş (kodlaşdırılmış)
informasiyanı elmi ədəbiyyatda verilənlər adlandırırlar; nəzərdə tutulur ki, kom-
püter onlar üzərində hansısa əməliyyatlar apara bilir, ancaq onların mənasını an-
lamır. Verilənlərin informasiya olması üçün onları anlamaq və dərk etmək lazımdır,
buna isə yalnız insan qadirdir. Əgər məlumatı alan insan onun yazıldığı dili bilirsə,
o həmin məlumatın mənasını anlaya, yəni informasiya ala bilər. İnformasiyanı emal
etməklə və nizamlamaqla insan qanunauyğunluqları aşkarlayır, yəni bilik qazanır.
n ü m u n ə
Verilənlər hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi
yoxdur.
Məsələn, kompüterə daxil edilən, müəyyən üsulla emal olunan və çıxışa verilən
‘19091985’ və ya ‘VD51FGD’ simvollar sətri verilənlərdir.
İnformasiya mənası olan verilənlərdir. Biz simvollar sətrinin nə ifadə etdiyini biliriksə, o,
informasiya olur.
F Ə A L İ Y Y Ə T
1.1
12
Məsələn, ‘19091985’ hər hansı malın kodu da ola bilər, kiminsə doğum günü də (19 sen-
tyabr 1985) – onun nəyə aid olduğunu bildikdə o bizim üçün informasiyaya çevrilir.
İnformasiya o zaman biliyə çevrilir ki, biz onunla manipulyasiya apara bilmək üçün qayda,
yaxud qaydalar toplusundan istifadə edirik.
Məsələn, 19091985 sətrinin kiminsə doğum günü (19 sentyabr 1985) olduğunu bilirsiniz-
sə, siz nəticə çıxara bilərsiniz ki, həmin adamın yaşı 18-i ötüb və o, seçkilərdə iştirak edə
bilər. Burada siz “18 yaşından yuxarı vətəndaşlar seçkilərdə iştirak edə bilər” qaydasından
istifadə edərək informasiyadan bilik əldə etdiniz.
İnsan informasiyanı öz duyğu orqanları – gözləri, qulaqları, ağzı, burnu və dərisi
vasitəsilə alır. Ona görə də aldığımız informasiyanı aşağıdakı növlərə ayırmaq olar:
görmə informasiyası (vizual informasiya) gözlər vasitəsilə daxil olur. Müx-
təlif qiymətləndirmələrə görə, bu növ informasiya aldığımız bütün infor-
masiyanın 80–90%-ni təşkil edir;
səs informasiyası (audial informasiya) qulaqlar vasitəsilə qəbul olunur;
dad informasiyası dil vasitəsilə daxil olur;
qoxu informasiyası burun vasitəsilə alınır;
taktil informasiya dəri vasitəsilə alınır.
Bəzən əzələlər vasitəsilə alınan informasiyanı ayrıca növ kimi qeyd edirlər. İn-
sanın bədən hissələri hərəkət etdikdə əzələlər və oynaqlardan beyinə impulslar daxil
olur. Bəzi canlılar Yerin maqnit sahəsini hiss edir və bunun əsasında öz hərəkət
istiqamətlərini müəyyənləşdirirlər.
İnformasiya obyektləri ikili təbiətə malikdir. Bir tərəfdən o, maddidir, çünki
informasiya maddi dünyanın obyektləri və hadisələri haqqında bilgi verir. Başqa tə-
rəfdən isə onlar insan təfəkkürünün xüsusiyyətləri ilə bağlı olan məntiqi ( qeyri-
maddi) təbiətə malikdir, çünki eyni bir informasiya obyektini müxtəlif insanlar
müxtəlif cür qəbul edə bilər. İnsanın aldığı informasiya onun əvvəlki həyat təcrübə-
sindən və ilkin biliklərindən, informasiya alarkən istifadə etdiyi alət və vasitələrdən
asılı olur; məsələn: 7
9 = 63 olması sizin biliklərinizi artırmayacaq, ancaq vurma
cədvəlini öyrənən üçün yeni informasiya olacaq.
7 × 9 = 63
İnformasiya almır
İnformasiya alır
İnformasiya almır
İnformasiya ilə baş verən dəyişikliklər informasiya prosesləri adlanır. Bu pro-
seslər nəticəsində informasiyanın məzmunu və ya təqdimedilmə forması dəyişir.
İnformasiya
1
13
İnformasiya prosesləri bir-biri ilə sıx bağlı-
dır; məsələn, informasiyanın toplanmasını
informasiyanın ötürülməsindən ayrı düşün-
mək olmaz.
İnformasiyanın saxlanması, ötürülməsi və
emalı ilə bağlı məsələləri insanlar bütün
dövrlərdə həll etmişlər: qazanılmış bilikləri
nəsildən-nəslə ötürmək, saxlanclardan zəruri
kitabları axtarıb tapmaq, məxfi yazışmaları
şifrləmək lazım gəlmişdir. XIX əsrin sonla-
rında kitabxanalarda sənədlərin sayı o qədər
çoxalmışdı ki, toplanmış informasiyanın
saxlanması və axtarışı məsələsinin həlli üçün
elmi yanaşmaların tətbiqi zəruri olmuşdu.
Bu zaman sənədli informasiyanı, yəni sə-
nədlər (kitablar, jurnallar, məqalələr və s.) şəklində olan informasiyanı öyrənən yeni
elmi istiqamət meydana çıxdı. Bu istiqaməti ingilis dilində “information science”
(informasiya elmi, informasiya haqqında elm) adlandırdılar.
Kompüter texnikasının tətbiqi çox zəhmət tələb edən işləri avtomatlaşdırmaqla
informasiya ilə işləmək sahəsində insanların imkanlarını əhəmiyyətli dərəcədə
artırdı. XX əsrin ortalarında informasiya prosesləri elmi araşdırmaların mövzusu
oldu və informasiya proseslərini öyrənən elm – informatika meydana çıxdı. Hesab
edilir ki, " informatika" sözü iki sözün – "informasiya" və "avtomatika" sözlərinin
birləşdirilməsi nəticəsində yaranıb. Beləliklə, informatika "informasiya ilə av-
tomatik iş" anlamını verir. İngilisdilli ölkələrdə "informatika" əvəzinə " computer
science" (kompüterlər haqqında elm) terminindən istifadə olunur.
XX əsrin 70-ci illərində müstəqil elm sahəsinə çevrilən çağdaş informatika kom-
püter sistemlərinin köməyi ilə informasiyanın emalının nəzəriyyə və praktikasını
öyrənir.
Adətən, informatikaya aşağıdakı elmi istiqamətlər aid edilir:
nəzəri informatika (informasiya nəzəriyyəsi, kodlaşdırma nəzəriyyəsi,
riyazi məntiq, avtomatlar nəzəriyyəsi və s.);
hesablama texnikası (fərdi kompüterlər, kompüterlərin və kompüter şəbə-
kələrinin quruluşu);
alqoritmləşdirmə və proqramlaşdırma (alqoritmlərin və proqramların
yaradılması);
tətbiqi informatika (tətbiqi proqramlar, informasiya sistemləri və s.);
süni intellekt (obrazların tanınması, nitqin anlaşılması, maşın tərcüməsi,
məntiqi nəticələr, özünüöyrətmə alqoritmləri).
Verilənlər
İnformasiya
Bilik
İnformasiyanın xassələri
AÇ
AR
sö
zl
ə
r
"İnformatika" terminini ilk dəfə
1957-ci ildə alman alimi Karl
Şteynbux işlətmişdir (almanca:
" informatik"). 1962-ci ildə Filipp
Dreyfus " informatique" sözünü
fransız dilinə daxil etmiş, sonra isə
bu söz " informatics" şəklində
ingilis dilinə çevrilmişdir.
Tari
x
Dostları ilə paylaş: |