[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə15/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   11   12   13   14   15   16   17   18   ...   143

32 
 
arasında  qədimdə  İçərişəhərdə  atəşpərəstlərin  məbədi  o lması  haqqında  rəvayət 
qalmaqdadır. 
VII  əsr  erməni  coğrafiyası‖nda  Xə zər  dənizi  sahillə rinədək  uzanan  və  Ara za 
gedib  çatan  Paytakaran  (Beyləqan)  əyalətin in  adı  çəkilir.  Bu  əyalət  bir  vaxtlar 
Atropatenanın  tərkibinə  daxil  olmuşdur.
105
  Coğrafiyanın  müə llifi  bu  əyalətin  12 
"vilayətinin" (rayonunun - S.A.), o sıradan Atli (Atşi-Atəşi)  Baqavanın adını çə kir.
106 
Hə min  coğrafiyanın  tərcü məç isi  K.P.Patkanov  "Baqavan"  sözünü  çağdaş  Bakı  ilə  
eyniləşdirir və belə  hesab edir  ki, qədimdə  neft və qa z  mənbələri  ilə   zəngin o lan bu 
əyalətin  ayrı-ay rı  yerlərinin  adlarında  "od",  "qurbangah"  mənaların ı  bildirən  sözlər 
olmuşdur.
107
 
Ərəb  coğrafiyaşünası  əl-İstəxrinin  930-cu  ildə  yazd ığına  görə,  Bakın ın 
yaxınlığında atəşpərəstlər yaşayırdı.
108
 Şübhəsiz, bu bölgədə atəşpərəstlərin pirlə ri və 
qurbangahları  o lmuşdur.  Onların  qalıqları  Bakının  ətrafında  hələ  XIX  əsrin 
sonlarınadək  dururdu.  Xəzərlərin  730-cu
109
  ildə  Albaniyaya  basqını  və  onun  bir  sıra 
şəhər  və  qalalarının  dağıdılması  ilə  əlaqədar  Albaniyada  baş  verən  hadisələri  təsvir 
edək.  VIII  əsr  müə llifi  Gevond  xə zərlərin  dağıtdıq ları  vilayətlər  sırasında 
Atşi-Baquanın  da  adını  çəkir.
110
  Atəş  sözünün  təhrif  olun muş  ş əkli  olan  Atş-od, 
Atşi-Baquan isə - "Baquanın  odları" deməkd ir. Şübhə etməmək o lar ki, burada söhbət 
Bakıdan gedir. 
Şərqşünas  M.S.Sen-Marten  XIX  əsrin  əvvəllində  göstərirdi  ki,  V-VII  əsr 
mənbələ rində adı çəkilən  Baqavan elə qədim  Ba kının adıd ır.  O yazırdı  ki, ço xlu  neft 
mənbələ rinə və ö z-ö zünə alışıb yanan qaz ç ıxd ığ ına görə  Bakı ta  qədimdən parsların 
sitayiş  etdikləri  müqəddəs  yer  olmuşdur.  Atəşpərəstlər  buradakı  bir  ço x  yerlərdə 
"əbədi"  od  yandırırdılar.  Və   təəccüblü  deyil  ki,  Ba kının  ha kimlə ri,  ya xud   onların 
təbəələri onu atəşə sitayiş yerinə çevirmişdilər.
111
 
Movses Xorenlin in, Anani Şirakasinin və  Gevondun məlu mat larına isnad edən 
Əh məd  Kəsrəvi Təbrizi  Baqavan və Atəşi Baquanı  Bakı ilə eyniləşdirir və bu sözün 
mənasını "a llah şəhəri", ya xud "allah yeri" kimi yozurdu.
112
 Şəhər atəşpərəstlərin baş 
məbədlə rindən  biri  burada  yerləşdiyi  üçün  belə  adlan ırd ı.  Kəsrəvi  qeyd  edirdi  ki, 
"Badkubə" şəhərin sonrakı və təhrif o lunmuş adıdır.
113
 
Be ləliklə, bə zi müəlliflərin etimologiyası Sasanilə r dövründən qədim fars dili ilə 
izah olunan Baqavan, Atli (Atəşi) Baqavan və Atşi (Atəşi) - Baquan toponimlə ri
 
qədim 
Bakın ın adlarıdır. Gü rcü salhaməsi "Kartlis Tsxovreba"da da Şirvandakı b izim Bakı ilə 
eyniləşdirdiyimiz  Baqavanın  adı  çəkilir.  "Kart lis  Ts xovreba"da  gürcü  hökmdarı  IV 
Georgi Laşanın 1222-ci ildə bacısı Rusudanın şirvanşahla nikah və toy mərasimlərində 
iştirak etmək üçün Şirvanşahların iqamətgahı Baqavana gəldiyi xəbər verilir. Lakin toy 
baş tutmamışdır, belə ki, hökmdar  Georg i burada on gün qaldıqdan sonra xəstələnmiş 
və  1222-c i  il  yanvarın  18-də  gündüz  saat  4-də  ö lmüşdür.  Rusudana  Gürcüstana 
qayıtmış və elə həmin il hökmdar elan ed ilmişdir. Mənbədə şirvanşahın adı çəkilmir. 
Ehtimal  ki,  Rusudana  I  Gərşəsbin  oğlu  III  Fəribürzə ,  ya xud   şirvanşahın  özünə  ərə  
getməli imiş. 
Toy  nə  üçün  şirvanşahların  paytaxtı  Şa ma xıda  deyil,  Baqavanda  -  Bakıda 


33 
 
olmalıy mış?  Bu  sualın  cavabını  XIII  əsrin  əvvəlinə  aid  gürcü  mənbəyində  tapırıq. 
Orada  1191-ci  ildə  Şa ma xıda  şəhəri yerlə-yeksan edən  zəlzə lə  baş verdiyi göstərilir. 
Şamaxı  dağıldıqdan  sonra  Şirvanşahların  iqamətgahı  Bakıya  köçürülür.  Gü rcü 
salnaməsində  Ba kı  şəhərinin  VII  əsr  ermən i  coğrafiyasında  təsbit  olunmuş  adının  - 
Baqavanın qorunub saxlan ması bizə bu iki ad ı eyniləşdirməyə imkan verir.
114
 
XIX  əsr  İran  müə llifi  Məhə mmədhəsən  xan   Etimad   əs-Səltənə  Sasani  dövrü 
tarixçisi Həmzə əl-İsfahaninin Sasanilər dövründə Dəryaye-Akfudə adlandırılan Xəzər 
dənizi haqqında mə lu matına istinad edərək, Akfudəni Ba kının qədim ad ı sayır.
115
 XVII 
əsrdə qədim fars  mənbələri əsasında tərtib olun muş fars dili  lüğəti "Bürhane-qate"də 
"Akfudə" sözündə Həmzə ə l-İsfahaninin mə lu matı təsdiq olunur.
116
 
Çağdaş İran müəllifi Bastani Pərizi Bakının qədim müqəddəs şəhərlərdən biri və 
onun adının  müqəddəs "boq" sözündən nəşət etdiyini yazır.  Və ehtimal  ki, onun adı 
atəşpərəstlərin bu şəhərdəki ziyarətgahı və məbədi ilə bağlıdır.
117
 
"VII əsr erməni coğrafiyası"nda Sarmat iyada , "Qafqaz dağları qollarının gəlib 
çatdığı və dənizdə nəhəng istehkam o lan Dərbənd divarının ucaldıldığ ı Xəzər dənizin in 
lap  yaxınlığındakı"  ərazilərdə  yaşayan  53  xalqın,  o  cü mlədən  xellərin,  kaspilərin, 
şirvanların,  ijamaxların,    baqanların,    maskutların    ad ları    sadalanır.
118
    Mətndə 
xatırlanan  "baqanlar"  etnonimi,  ehtimal  ki,  "baqa",  yaxud  "baq",  v əni,  "boq" 
sözündəndir.  "An"  orta  İran  dillərində  cəm  şəkilçisid ir.  (Sonralar,  orta  əsr 
toponimlə rində  "yer",  "yaşayış  yeri"  bildirmişdir).  Belə liklə,  "baqan"  sözü 
"atəşpərəstlər"  mənasını  bild irə  bilər.  Xəzə r  dənizinin  qərb  sahillərindəki  baqan 
tayfasının  yayıldığı  həmin  ərazi  Abşeronda  və  Bakıda  olmuş  və  cənubda  Muğana, 
şimalda isə Dərbəndə qədər uzan mışdır. 
Abşeron toponimikasında qorunub saxlan mış tayfa ad ları tədqiqatçıya mü xtəlif 
tarixi dövrlərdə onun əhalisin in etnik tərkibin i müəyyənləşdirməyə imkan  verir. Bir ço x 
hallarda söz birləşməsindən ibarət olan xüsusi adlar da yerin  qədim
 
sakinlə rin in dil və 
dini ə la mətlə rin i açıq la maq ba xımından mühü m  mənbədir. Məlu mdur  ki, h idronimlər 
kimi toponimlər də ço xyaşarı o lub,  min  illə r boyu qorunub saxlan maqla, nə va xt larsa 
həmin əra zidə yaşamış xa lqla rın adlarını özlərində əks etdirirlər. 
Xatırlanan coğrafiyada göstərilən xalq ad ları öyrənilərkən aydın olur ki, bir sıra 
şəhər və vilayətlərin adları qədim zamanlarda bu yerlərdə yaşamış tayfaların adlarından 
götürülmüşdür.  Bu  ehtimalı  Abşeron  toponimikasının   öyrənilməsi  də  təsdiq  edir. 
Məsələn,  qədim  müəlliflər  iqra r  ed irdilər  ki,  Kaspi  dənizinin  ad ı  kaspi  tayfasının
119
 
adındandır.  Abşerondakı  Məşqədə  (indiki  Maştağa)  kəndinin   adını  Xəzər  dənizin in 
sahillərində  yaşamış  maskutlar  vermişlər.
120 
Maskutlar  antik  müəlliflərdə  adı  çəkilən 
massaketlərdir.
121
 Xellə r qədim türk tayfası  xaylandurların  mü xtəsər adıdır,  ija ma xlar 
                                                                 
 
Bu coğrafiyanınn müəllifi  Sarmatiya dedikdə Azərbaycanın şimal hissəsini, Dağıstanı 
və Şimali Qafqazdakı digər bölgələri nəzərdə tutur. 
 
 
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə