[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə2/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   2   3   4   5   6   7   8   9   ...   143


 
qiymət lid ir. Hə min əsərlərdə neftin mü xtəlif növləri və hasilatı, onun mü xtə lif ö lkə lərə  
ixracı  haqqında  məlu mat  verilir.  XIII-XIV  əsrlərdə  monqol  istilaları  ilə  əlaqədar  və 
Elxan ilərin  hakimiyyəti  dövründə  Azərbaycanda  və  Bakıda  baş  verən  hadisələr 
Elxan ilərin baş vəziri, hə kim və  alim Rəşidəddinin "Ca mi əl-təvarix"  adlı d iqqətəlayiq 
əsərində  təsvir  edilmişdir.
9
  Köçəri  Ru mlu   tayfasının  adlı-sanlı  nəslindən  olan 
Azərbaycan tarixç isi Həsən bəy Rumlunun (d. 1531/2) ço x q iy mətli "Əhsən ət-təvarix" 
("Tarixlə rin  ən  yaxşısı")  əsərində  Bakının  1501-ci  ildə  I  Şah  İsmay ılın  qoşunları 
tərəfindən  mühasirəsi  və  alın masından,  Şirvanda  baş  verən  üsyanlardan  ətraflı  bəhs 
olunur,  Dərbəndilə r  sülaləsindən  olan   şirvanşahların  hakimiyyətinə  dair  mə lu mat 
verilir. 
Həsən  bəy  Ru mlunun  XVI  əsrin  birinci  çərəyindən  80-ci  illərinədək  verdiyi 
mə lu matla r böyük dəyərə ma lik ilkin mənbədir. 
Həsən bəy Ru mlunun on iki cilddən ibarət "Əhsən ət-təvarix" əsərinin hələ lik 
dövrümüzədək  bir  neçə  nüsxədə  gəlib   çatmış  XI  və  XII  cild ləri  tapılmışdır. 
Sankt-Peterburq  küt ləvi  kitab xanasında  hər  iki  son  cildin  mövcud  olduğu  əlyazması 
saxlan ılır.
10
 Bu salna mənin mətni Hindistanda iki cilddə nəşr olunmuşdur: I c ild farsca 
mətndən,  II  cild  ingilis  dilinə  mü xtəsər  tərcü mədən  ibarətdir.
11
  Biz  hər  iki  c ilddən 
istifadə et mişik. 
Xandəmir  ləqəbli Qiyas əd-din ibn Hüma m əd-din əl-Hüseyninin (1475-ci  ildə 
doğulmuş, təqribən 1536-cı  ildə Hindistanda ölmüşdür; XV əsr  məşhur İran tarixçisi 
Mirxondun  nəvəsidir)  "Həb ib  əs-siyər  fi  ə xbar  ə frad  əl-bəşər"  ("Görkə mli  ada mlar 
haqqında xəbərləri təsvir edən dost") əsərində də Bakının   müdafiəsindən (1501-ci  il) 
bəhs olunur. O, Şah İsmay ılın yürüşlərini, Ba kının alın masını məddahcasına təsvir edir. 
Xandəmirin şərhləri dəqiqliyi və fa ktik materia lın zəngin liy i ilə seçilsə də o, Həsən bəy 
Ru mluya nisbətən qeyri-obyektivdir.  Əs ərin  mü xtəlif  kitab xana larda ço xlu ə lyazması 
qalmışdır; b ir neçə daşbasma nəşri də var.
12
 
Farsdilli 
Azə rbaycan 
tarixçisi 
İsgəndər 
bəy 
Türkman 
Münşinin 
(1560/61-1633/ 34)  dəyərli  əsərində  Ba kın ın  I  Şah  Abbasın  hakimiyyəti  dövründəki 
tarixinə a id mühü m mə lu matla r verilmişdir. Ya xş ı ədəbi təhsil almış İsgəndər Münşi I 
Şah Abbasın "böyük katib i" vəzifəsində çalışmışdır.  Şah arxiv lərinə yolu olmasından 
istifadə  edən,  həmin  dövrün  siyasi  hadis ələrinin  şahidi  və  iştira kç ısı  olan  İsgəndər 
Münşi  I  Şah  Abbasın  hakimiyyət  tarixinə  dair  böyük  bir  əsər  yazaraq,  onu  şahın 
ölümünədək  (1628/29) gətirib çıxarmışdır.  Onun əsəri 1578-1628-ci  illər dövrünə aid 
son dərəcə mühü m ilkin mənbədir. 
İsgəndər Münşinin giriş və iki bölmədən ibarət olan "Tarixi-aləm arayi Abbasi" 
("Dünyanın  bəzəyi  Abbasın  tarixi")  əsərində  Azərbaycanda  antifeodal  üsyanlardan 
bəhs  olunur,  ölkənin  da xili  həyatına  dair  mə lu mat  verilir.  Lakin  onun  türklərə  qarşı 
hərbi ə məliyyatlardan və I Şah Abbasın qoşunlarının 1606-cı  ildə Ba kını tut masından 
bəhs edən hekayətləri bizim üçün xüsusilə qiy mət lid ir. 
Biz  onun  əsərinin  Tehranda  daş  basması  üsulu  ilə  çap  olunmuş  nəşrindən 
(h.l314-cü il), habelə L.Be llanın Münşinin əsərinin yığca m nəqli o lan əsərindən istifadə 
etmişik.
13
 



 
Tanınmış  Azərbaycan  alimi  və  səyyahı  Zeynalabdin  Şirvani  XIX  əsrin 
əvvəllərində  Bakın ın  təsərrüfat  həyatına,  əhalisinə  və  siyasi  tarixinə  dair  bəzi 
mə lu matla r  verir.  Z.Şirvani  farsca  yazdığı  " Büstan  üs -səyahə"  və "Riyaz  üs-səyahə" 
adlı coğrafi əsərlərində  25  illik səyahəti ərzində gəzib dolaşdığı Şərq ö lkələrini təsvir 
etmişdir.  O, alimlər, şairlər,  mü xtəlif  müsəlman təriqətləri və təlimləri haqqında geniş 
mə lu mat verir.
14
 
Bakı  xanları  nəslindən  olan,  rus  ordusunun  polkovniki,  məşhur  Azərbaycan 
tarixçisi  Abbasqulu  Ağa  Bakıxanovun  (1794-1846-cı  illər)  əsəri  Bakın ın  xan lıqlar 
dövrü (1743-1813) tarixinə dair ço x q iy mətli mənbədir. O, 1840-cı ildə farsca yazdığı 
"Gülüstani-İrəm" əsərini özü rus dilinə tərcü mə etmişdir. 
Bakıxanovun  bir  neçə  əlyazmasında  məlu m  o lan  əsərinin   1926-cı  ildə  rus, 
1951-c i  ildə isə Azə rbaycan dillərində tərcü məsi nəşr olun muşdur. Müəllif bu əsərdə 
Şərq  və  Qərbi  Avropa  müəlliflərin in  məlu matlarından  istifadə  edərək,  Şirvan  və 
Dağıstanın  ta  qədim  zamanlardan  1813-cü  ilə  qədərki  tarixin i  əks  etdirmişdir.  Onun 
əsərinin  XVIII  əsrin  sonundan  1813-cü  ilə  qədərki  hadisələrdən  bəhs  edən  hissəsi 
həmin  ö lkə lərin  o   dövr  tarixinə   dair  ilkin  mənbədir.  Müstəqil  xanlıqla rın   tarixini 
işıqlandıran  müəllif, əsasən, feodal çəkiş mələrindən bəhs edərək, sosial  münasibətlərə 
nadir halla rda to xunur. Biz əsərin 1970-ci ildə  nəşr olun muş farsca mətnindən istifadə 
etmişik. 
Ölkənin  in zibati  quruluşundan  danışarkən  biz  XVIII  əsrin  b irinci  çərəyində 
namə lu m  müə llifin  farsca yazd ığı və  V.F.M inorski tərəfindən giriş, şərhlər və  ingilis 
dilinə  tərcü məsi  ilə  birlikdə  nəşr  olunmuş  "Təzkirət  əl-mü luk"  ("Məliklər  üçün 
yaddaş") əsərinə müraciət etmişik.
15
 
Feodal  Bakısın ın  tarixinə  dair  narrativ  mənbələr  arasında  türk  müəlliflərin in 
əsərləri  də,  xüsusilə  XVII  əsr  məşhur  türk  səyyahı  Öv liya  Çələbi  ibn  Dərviş 
Məhəmməd Zillinin (1611-1682) yol qeydləri mühü m yer tutur.
16
 
Mükəmməl təhsil alan Öv liya  Çələb i bir neçə il  İstambulda sultan IV Muradın 
sarayında  xid mət  et mişdir.  O,  səfirliy in  üzvü  və  xüsusi  tapşırıq lar  ü zrə  mə mu r  kimi 
Yaxın  və  Orta  Şərq in  bir  sıra  ölkələrində  olmuşdur.  Çələbi  ö zünün  zəngin 
təəssüratlarını oncildlik "Səyahətnamə" əsərində əks etdirmişdir. "Səyahətnamə"nin
17 
ikinci  cildində  Çə ləbi  1647-c i  ildə  səfərdə  olduğu  Azərbaycan,  Gürcüstan  və 
Ermənistanın  şəhər  və  kəndlərindən  ətraflı  bəhs  etmişdir.  Övliya  Çə ləbi  o  dövrdə 
Bakın ın  iqtisadiyyatına,  sosial  həya-tına,  siyasi  hadisələrinə  dair  məlu mat  verir, 
Abşeronda  çıxarılan  neftin  mü xtəlif  növlərindən,  becərilən  kənd  təsərrüfatı 
bitkilə rindən,  oranın  t icarətindən,  ixracat  ma lla rından  ətraflı  danışır,  ş əhərın  qala  
divarların ı və   zahiri görünüşünü təsvir edir.  Övliya  Çə ləbi, bundan əlavə, etnoqrafık 
xara kterli  mə lu matlar da verir.  Onun  Bakı haqqında mə lu matla rı orijina l o lub, başqa 
mənbələ rdə  rast  gəlin mir  və  XVII  əsrin   birinc i  yarısında  Bakının   sosial-iqtisadi  və 
siyasi  tarixini  araşdırmaq   ba xımından  dəyərli  materiallard ır.  Türk  tarixçiləri  Kat ib 
Çələbi  və  İbrahim  Pəçəvi  də  Bakı  haqqında  bəzi  məlu matlar  vermişlər.  Türk 
tədqiqatçısı B.Kütükoğlu  mənbələ r əsasında Türkiyə - Səfəv i  müharibələ ri haqqında, 
Osmanlıların Bakını işğal et məsi dövrünə aid olduqca qiymətli məlu mat lar vermişdir.
18
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə