[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə11/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   7   8   9   10   11   12   13   14   ...   143

24 
 
bunun  nəticəsində  adı  çəkilən  əra zilə rin  quruya  çevrildiy ini  qeyd  etmişlə r.  Professor 
SA.Kovalevski hesab edir ki, ilk əsrlərdə Bakı ya xın lığındakı adalar quru ilə birləşmiş, 
buxta  quru   olmuşdur.  O,  indiki  bu xtanın  yerində  yaşayış  məskəni  o lması  imkanını 
ehtima l  edir.  Bu   alimin  fikrincə,  Xəzə r  dənizinin   Bakı  arxipe laqı  bankələ rin in 
bütünlüklə qitə  ilə qovuşduğu və Bakı bu xtasının tamamilə quruya çevrildiyi ən aşağı 
səviyyəyə  enməsi  II  əsrdən  VII  əsrə  qədərki  dövrə  təsadüf  edir.  VII  əsrdən  etibarən 
Xəzə rin səviyyəsi Bakı bu xtasının ə mə lə gə ldiy i IX əsrədək sürətlə qalxmağa başlayır. 
XIV əsrin əvvəlində suyun səviyyəsi indikindən xeyli yüksəyə qalxmışdı.
55
 
Ola   bilər  ki,  Ba kı  bu xtası  VII  əsrdən  də  əvvəl  yaran mışdır.  Belə   ki,  Ba kı 
qalasının  konfiqurasiyası  göstərir  ki,  köhnə  Bakı  artıq  bu xta  mövcud  ikən  dəniz 
sahilində  liman  şəhəri  kimi  salın mışdı.  Əks  halda,  IX-X  əsr  ərəb  coğrafiyaşünasları 
Xəzə rin səviyyəsinin bərk qalxması fa ktın ı qeyd edərdilə r. Görünür, dənizin sahili xey li 
cənubda, böyük Zirənin  arxasında olmuşdur. Be lə ki, Bayıl bu xtasında istehkam quruda 
tikilmiş və 1234/5-ci ildə başa çatmışdır. 
Xəzə r  dənizin in  səviyyəsinin  dəyişməsinə  dair  a limlə rin  son  tədqiqatları 
göstərmişdir  ki,  Xəzərin  son  transqressiyası  hardasa  eramızın  hüdudlarında 
başlanmışdır.  Lakin  əvvəllər  dənizin  səviyyəsinin  qalxması  ço x  ləng  getmiş,  suyun 
səviyyəsi tez-te z xey li aşağı düşmüşdür. Xə zərin  səviyyəsi XIII əsrin sonunadək aşağı 
olmuşdur. Lakin XIII əsrin sonu-XIV əsrin birinci yarısında, yüz ildən də az b ir dövrdə 
dənizin səviyyəsi 10 metrdən də ço x qalxmışdır. Ma rino Sanutonun xə ritəsində (1320) 
belə bir qeyd vardır. " Dəniz hər  il b ir ə l  içi boyda qalxır və art ıq bir neçə ya xşı şəhər 
məhv o lmuşdur". XIV əsrin  birinci yarısında Nəcati,  Hə mdüllah Qə zv ini Abaskunun 
qərq  olmasından,  Bakıdakı  Səbayıl  istehkamlarından  bəhs  etmişlər.  Əbdürrəşid 
Əl-Bakuvi  (1403)  yazır  ki,  dəniz  Bakıda  bir  ço x  qala  bürclərini  bas mış  və  məscidə 
yaxınlaş mışdır. Sonralar dənizin səviyyəsi 600 ildən ço x - XX əsrin əvvəlinədək yüksək 
olmuş,  həmin  vaxtdan  en məyə  başlamışdır.  Onun  səviyyəsi  1929-1945-ci  illərdə 
xüsusilə kəskin surətdə enmiş, 16 il ərzində 2 m aşağı düşmüşdü.
56
 
Bakı bu xtasında dəniz hamamı tikilərkən bu xtanın dib ində qədim daş döşəmə 
aşkar olun muşdur.
57
 
XIX  əsrin  birinci  yarısında  tikinti  işləri  aparılarkən  Qız  qalasından  buxtadakı 
qərq  olmuş  istehkama  doğru  dənizdə  uzaqla ra  qədər  uzanıb  gedən  uçub-dağılmış 
divarların  qalıq ları  tapılmışdır.
58
  Bir  sıra  müə lliflə r  Xə zər  dənizinin   səviyyəsinin 
dəyişməsi  ilə  ə laqədar  yerli  əhalinin  nəsildən-nəslə  ötürdükləri  əfsanələrdən,  indiki 
Bakı bu xtasının yerindəki qərq o lmuş Səbayıl, yaxud Şahbağ şəhərindən xəbər vermiş, 
bu faktın sübutu üçün suyun altından bürclərin, yarım uçmuş qala hasarlarının, qəbir 
daşlarının göründüyünü qeyd etmiş lə r.
59
 Xalq  rəvayətlərinə təkcə  Səbayıl şəhəri deyil; 
guya  Bakın ın  yaxın lığ ında  mövcud  olmuş  "Şəhri-Yunan"  adlı  digər  bir  böyük  şəhər 
haqqında  da  dumanlı  məlu matlar  qorunub  saxlanılmışdır.
60 
Başqa  adlar  da  çəkilir: 
Xaraba  şəhər,  Xunsar  və  s.  Digər  b ir  versiyaya  görə,  Xunsar  əvvəllər  onun  adı  ilə 
adlanan Bakı şəhərinin  təməlini qoy muş adamdır.
61
 Bə zi rəvayətlərdə Ba kının yerində 
olmuş şəhərin qərq olması Makedoniyalı İsgəndərin adı ilə bağlanır.
62 
Lakin bəllidir ki, 
Makedoniyalı  İsgəndər  Abşeron  ərazisində  olmamışdır.  Bütün  bu  əfsanələr  və  xalq 


25 
 
rəvayətləri əfsanəviliyinə ba xmayaraq  Bakının qədimliyindən  xəbər verir və çox u zaq 
keçmişlərdə Bakının yerində, yaxud onun yaxın lığında olmuş qədim yaşayış yerinin su 
altında qalması faktının mü mkünlüyünü əks etdirir. 
Ehtimal  ki,  Xə zər  dənizində  bütöv  bir  şəhərin  qərq  olması  haqqındakı  bütün 
rəvayətlərin  əsasında  həqiqətən  zəlzə lə  nəticəsində  materikin  çökməsi  və  yaşayış 
yerinin, yaxud şəhərin dəniz sularının altında qalması faktı durur. 
1830-cu ildə Ba kıda olmuş akade mik E.Lents yerli əhalidən eşitdiyi bir rəvayəti 
danışır: "Xeyli vaxt bundan əvvəl dəniz indikindən 20 verst uzaqda idi və Pirallahı və 
Çilov  adaları  kimi  Böyük  və  Daş  Zirə  adaları  da  materikin  bir  hiss əsi  idi:  bir  dəfə 
qəfildən dəniz xeyli qabağa gəldi və sahili indiki görkə minə sald ı".
63
 
Bakı ilə Böyük Zirə adası arasındakı zonanın bir ço x əsr bundan əvvəl su altında 
qalmasını  Böyük Zirə adası daşlarındakı dənizə  doğru gedən ikitəkə rli a rabanın təkər 
izlə ri də təsdiq edir. 
Təkər izlə rin in səmtinə görə bu yol ada boyunca Bakı bu xtasının cənub sahilin in 
son nöqtəsi olan Şıx burnuna gedirdi. Lents adanı tədqiq edərək, zaman keçd ikcə xey li 
silin ib getmiş həmin izləri tap mışdır.
64
 XVIII əsrin  30-cu illə rində səyyah Lerx adaya 
gələrkən o  məskun deyildi.  La kin Le rx orada tikili, quyu qalıqla rı və qayada oyulmuş 
bir neçə dördkünc çu xur aşkar etmişdir.
65
 Ehtimal ki, nə va xtla rsa adada və buxtanın 
ərazisində Xəzər dənizin in səviyyəsinin qalxması nəticəsində su altında qalmış qədim 
yaşayış  məskəni  o lmuşdur.  Dənizin  sahili  xeyli  u zaqda,  materikdən  ayrılmış  Böyük 
Zirə  (Nargin) adasının arxasında olmuşdur. 
Azərbaycan  tarixçisi  Abbasqulu  ağa  Bakıxanov  aşağıdakıla rı  da  qeyd  edir: 
"Bakı  qəzasında  Bilgəh,  Zirə,  Bib iheybət  və  sair  kəndlərdə  və  bəzi  adalarda  daşlar 
üzərində dənizə doğru gedən araba yolları görünür.  Bakı ş əhərində Hacı Ağa Hüseyn 
oğlu  Hacı  Babanın  otağının  yerində  quyu  qazdıqları  zaman  dəniz  səthindən  aşağıda 
daşla döşənmiş bir yol çıxmışdır".
66
 
Dənizə  doğru  gedən  ikitəkərli  a raba  izləri  Bilgəh  və  Nardaran  qəsəbələri 
yaxınlığındakı  Ümidqayada  bugünədək  qalmışdır  ki,  bu  da  Abşeron  bölgəsində 
materikin b ir hiss əsini su basdığını bir daha təsdiq edir. 
Eramızın əvvəlində  Bakının  yerində, yaxud  onun yaxınlığında yaşayış yerinin 
və ya şəhərin o lduğunu antik müə lliflə rin  mə lu matları da ehtimal et məyə  imkan  verir. 
Yunan  coğrafiyaşünası  Klavdii  Ptolemey  (II  əsr)  özünün  "Coğrafı  təlimnamə"sində 
Qafqa z  Albaniyasının  29  şəhər  və  kəndinin  adını  çəkir.  Ptole mey  onların  arasında 
Qaytara şəhərini də qeyd edir. 
Ptole meyin  mətnində  şəhərlər  haqqında  deyilir:  "Soana  çayının  mənsəbində 
Telayba şəhəridir... Alban çayının mənsəbində Qaytara şəhəri, onun arxasında isə Kira 
(Kür) çayın ın mənsəbidir".
67
 
Ptolemey başqa bir yerdə onu Qanqara
68
 adlandırır. Şəhərin adının Ptole mey in 
əsərinin əlyazma nüsxələrindən birində rast gəlinən üçüncü variantı - Qaqara da var. 
Bə zi  tədqiqatçıla r  bu  ş əhərin  adının   "qarqarlar"  etnik  termin i  ilə  bağlılığın ı  ehtimal 
edirlə r.
69
 
Ptole meyin  1584-cü  ildə çap edilmiş  xəritəsində Qaytara ço x  mürə kkəb və  iri 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə