[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə12/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   8   9   10   11   12   13   14   15   ...   143

26 
 
rəsm  o lunmaq la  yanaşı,  onun  mühüm  məntəqə  olduğunu  göstərən  ikiqat  dairəyə 
alın mışdır.  Mətnə  görə,  bu  şəhər  dəniz  sahilində  olmuşdur  və  bir  sıra  alimlərin 
(To maşek, Marşall fon Biberşteyn, D'Anvil və b.) fikrincə Bakının  yerində o la b ilərdi. 
Ptole mey  Qaytaradan  cənubda,  yenə  də  dəniz  sahilinə  ya xın  olan  "Baru ka"  ş əhərini 
yerləşdirir.  Bə zi  a limlər  (Tsella ri,  Barbye  və  b.)  Bakını  Baruka  ilə  eyniləşdirirlər. 
Q.Qeybullayevin fikrincə Ptole meyin  xat ırladığ ı Ba ruka Dərbənd bölgəsində olmuşdur. 
Sonralar  ərəb   coğrafiyaşünasları  (İbn  Xordadbeh,  IX  əsr  və  b.)  burada  Bab   Barika  
qalasının  adını  çəkmişlər.  Ehtimal  ki,  bu  ad  İran  dillərindəki  "baru"  -  "qala  divarı" 
sözündən və "ka" şəkilçisindəndir.
70
 Ba kı haqqında 1618-ci ildə yazmış italyan səyyahı 
Pyetro della   Va lle  Ba kın ı  Ptole meyə görə  Kaysi çayının  mənsəbində olan Albana ilə  
eyniləşdirir.
71
 
Hə min yaşayış məntəqələrini qədim Ba kı ilə eyniləşdirmə k ço x çətindir. Baru ka 
səslənməsinə  görə  qədim  Ba kıya  uyğun  gələ  bilər.  La kin  Qaytaranın  dəniz  sahilin in 
şərqə  döndüyü  yerin  lap  yaxınlığında  olması  Abşeron  yarımadasın ın  görünüşünü 
xatırladır və ehtimal ki, Bakı şəhərinə müvafiq gəlir. 
Başqa  alimlərin  fikrincə,  Qanqara  Bakıdan  cənubda,  "Tiflisdən  gələn 
dəmiryolunun  Xə zər  dənizinə  ya xın laşdığı  Ələt in  yerində",  yəni  Pirsaat  çayının 
mənsəbində olmuşdur.
72
 
Duvannı dəmir yo l stansiyasının 8 kilo metrliy ində, Ələtdən azacıq aralı, dəniz 
sahilinin   yaxınlığında  qu m  altında  qalmış  qədim  şəhər  yeri  tapılmışdır.  Küləy in 
süpürüb apardığı qumun altından IX-XIV əsrlərə aid edilən çoxlu şirli qablar və digər 
mə işət əşyaları aşkara ç ıxmışdır.
73
 Bu şəhər yerin in tapılması böyük maraq doğurur.  
Yu xarıda göstərilən  bütün mü lahizələr Xəzər dənizin in Bakı şəhərinə yaxın  qərb 
sahillərində  arxeolo ji  tədqiqat  və  qazıntı  işlə ri  aparılana  qədər  fərziyyə  olaraq 
qalacaqdır.  Ptolemeyin  xəbər verd iyi kimi, eramızın  ilk əsrlərində şəhərlərin  mövcud 
olması  ehtimalına  gəldikdə  isə,  V.V.Bartold   aşağıdakıları  deyir:  "Po mpeyin 
yürüşündən  bir  neçə  əsr  sonra  burada  mədəniyyətin  artıq  eramızın  I  və  II  əsrlərində 
şəhərlərin meydana gələ biləcəyi qədər güclənəcəyini söyləmək çətindir".
74
 
La kin  Qəbələ   və  Gəncə  şəhər  yerlərində,  M ingəçevir  yaşayış  məskənlərində, 
Gilgilçayda,  Beşbarmaqda,  Zaqatala  yaxın lığında  və  başqa  rayonlarda  müdafiə 
divarların ın,  sədlərinin,  istehkamların  xarabalıqlarında  aparılan  arxeoloji  qazıntılar 
Bartoldun şübhələrin i dağıdır və erkən orta əsrlər dövründə Azərbaycan ərazisinin sıx 
məskunlaşdığını və burada şəhərlərin  mövcudluğunun labüdlüyü s əviyyəsində yüksək 
mədəniyyətin olduğunu göstərir. 
 
 
 
 
 
 
 
 


27 
 
1. BAKININ SALINMA (YARANMA) TARĠXĠ VƏ ADI 
HAQQINDA 
 
Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizin in sahilində, külək 
və fırt ınala rdan yaxşı qorunan buxtadadır.  Köhnə Ba kı qalası a mfiteatr şəklində Ba kı 
platosunun cənub yamac ında, Abşeron yarımadası üçün s əciyyəvi o lan isti iqlimə  ma lik 
yarımsəhra  zonasında  yerləşir.  Onun  şimal  hissəsi  qumlu  sahillər,  kəndlər,  bağ 
yerləridir.  Şima l  sahillərinin   qənşərində  Abşeron  arxipe laqına  da xil  o lan  Pira llahı, 
Çilov, cənub sahillərinin qənşərində isə Böyük Zirə,  Daş Zirə, Qu m Zirə, yaxud Təzə 
Zirə  adaları yerləşir. 
Abşeronun təki neft və qaz yataqları  ilə  zəngindir.  Yarımadanın səthində bollu 
əhəngdaşı  və  ağardıcı  gil  vard ır.  Abşeronun  şimal  hissəsi  palçıq  vulkanları  və  şor 
göllərlə  -  Böyükşor,  Bülbülə,  Masazır  -  örtülmüşdür.  Cənubi  Qafqaz  ölkələrindən 
şimala - Rusiyaya, şərqə - Orta Asiyaya və Hindistana və cənuba - İrana gedən karvan 
və dəniz yollarının üstündə yerləşən şəhərin son dərəcə əlverişli coğrafi mövqeyi, rahat 
buxtanın mövcudluğu onun liman  və qala kimi inkişafına təkan  verən amillər olmuşdur. 
Bakı  təkcə  Azərbaycanın  deyil,  eləcə  də  bütün  Yaxın   Şərq in  qədim 
şəhərlərindən,  iqtisadi  və  mədəni  mərkəzlərindəndir.  Bakın ın  yaşayış  məntəqəsi  və 
şəhər kimi nə vaxt meydana gəlməsi onun arxeolo ji baxımdan az öyrənilməsi və erkən 
tarixinə dair mənbələ rin kasadlığ ı ü zündən indiyədək dəqiqləşdirilmə mişdir. 
Məlu mdur  ki,  məhsuldar  qüvvələrin   (sənətkarlığ ın)  in kişafı  və   ticarət in 
yüksəlişi şəhərin  sosial-iqtisadi kateqoriya kimi təşəkkülünün həlledici amilləridir. Bu 
zə mində orta əsr Azə rbaycan şəhərləri, adətən, qədim yaşayış yerlərində və qala ların 
ətrafında meydana gəlirdi. Bəzi şəhərlər təbii sərvətlərin - mis və dəmir filizi, neft, duz 
və digər faydalı qa zınt ıla rın  istis marı ilə ə laqədar yaran ırdı. Ehtima l ki, qədim yaşayış 
məskənin in yerində meydana gəlmiş Ba kı da belə  şəhərlərdəndir. 
Bakı ətraf torpaqların təkindəki neft və duzu, ticarət üçün gözəi təbii limanı olan 
əlverişli coğrafi mövqeyi ilə qədim zamanlardan insanları özünə cəlb ed irdi. 
Gö rünür,  hələ  u zaq  keçmişlərdə  şimaldan,  Dərbənd  keçidindən  və  cənubdan, 
ehtimal ki,  Qobustandan keçərək Abşeron ərazisinə gələn qəbilələr buranın  aborigen 
əhalisi  ilə qaynayıb-qarışaraq, onun bir sıra  kəndlərinin və  Bakın ın ö zünün adında iz 
buraxmışlar. 
Azərbaycanın bir sıra  ş əhərlərinin salın masını Sasani şahların ın adına  çıxan  ərəb 
və fars coğrafiyaşünasları Ba kını xatırlayarkən onun meydana gəlməsi haqqında heç nə 
demirlər.  Lakin  məlu mdur  ki,  Sasani  hökmdarla rı,  əksər  hallarda  şəhərlər  salmır, 
şimaldan  onların  torpaqlarına  basqın  edən  xəzərlərin  və  d igər  xalq ların  hücum 
təhlükəsinin  qarşısını  almaq  üçün  dövlətlərin in  şimal  sərhəddindəki  mövcud  yaşayış 
məskəni və şəhərlərin i qala  divarları və bürclə rlə   möhkə mləndirirdilər.  Daha sonrakı 
müəlliflər - XVII əsr türk səyyahı Övliya Çələbi
75
 heç bir mənbəyə isnad etmədən Ba kı 
şəhə-rinin  təməlin in  qoyulmasını  Əhəməni  şahı  Daranın
76
,  XIX  əsrin   əvvəli 
Azərbaycan səyyahı Zeynalabdin Şirvani
77
 isə Sasani şahı Ənuşirəvanın (VI əsr) ad ına 
çıxmışlar.
78
 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə