“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   12   13   14   15   16   17   18   19   20

61

 

ADY - 



Şadam  ki,  sərhəd  mühafizəsi  işində  etibarlı 

əməkdaşlıq mövcuddur. Azərbaycan tərəfinin təşəb-

büsü ilə bu il İran, Rusiya, Azərbaycan sərhəd xid-

mətlərinin rəhbərləri Bakıda görüş keçirmişlər. Bu 

sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər (o 

cümlədən Xəzər dənizində), birgə tədbirlər, opera-

tiv  informasiya  mübadiləsi  ölkələrimizin  təhlükə-

sizliyini daha da möhkəmləndirəcək.

Nəqliyyat sektorunda əməkdaşlığın çox gözəl 

və ümidverici gələcəyi var. Azərbaycan dünyada ye-

ganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədə 

malikdir.  Hazırda  Rusiya  ilə  Azərbaycan  arasın-

da dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar 

qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran 

sərhədinə  qədər  öz  dəmir  yolunu  uzatsın.  Ümid 

edirəm  ki,  biz  yaxın  aylarda  buna  nail  olacağıq. 

Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sər-

hədində Astaraçay üzərində dəmiryolu körpüsünün 

təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur la-

yihələri “Şimal-Cənub” nəqliyyat dəhlizinin ayrıl-

maz tərkib hissəsidir.

“Şimal-Cənub” nəqliyyat dəhlizi strateji əhə-

miyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir 

çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhli-

zin çox böyük iqtisadi səmərəsi var. Tranzit yüklə-

rin daşınması üçün vaxt baxımından da bu yol çox 

əlverişlidir. Ümidvaram ki, birgə səylərlə bu layihə-

nin icrasına tezliklə nail olacağıq.

Sevindirici  haldır  ki,  ölkələrimizdə  dini  və 

milli məsələlərdə heç bir problem yoxdur. Bu, bizim 

ölkələrimizin qazandığı dəyər və sərvətdir.

Azərbaycan  əsrlər  boyu  müxtəlif  dinlərin, 

mədəniyyətlərin  və  sivilizasiyaların  qovuşduğu 

məkan olmuşdur. Biz şərq ilə qərb arasında yalnız 

coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. 

Tarix  boyu  müxtəlif  dinlərin  və  mədəniyyətlərin 

nümayəndələri Azərbaycanda sülh, qardaşlıq şəra-

itində yaşayıblar. Multikulturalizm Azərbaycanda 

həyat tərzidir. Azərbaycan çoxmillətli və çoxkonfes-

siyalı ölkədir. 2016-cı il Azərbaycanda “Multikul-

turalizm ili” elan edilib.

Azərbaycan nadir dövlətlərdəndir ki, həm İs-

lam Əməkdaşlıq Təşkilatında, həm də Avropa Şu-

rasında  təmsil  olunur.  Ölkələrimiz  bu  təşkilatlar 

daxilində uğurla əməkdaşlıq edir.

Hörmətli həmkarlarım, yaratdığımız yeni üç-

tərəfli əməkdaşlıq formatı böyük potensiala malik-

dir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üç-

tərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, 

sabitliyin təmin olunmasına xidmət edəcək. İqtisadi 

əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üç-

tərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşı-

laşmasını təmin edir. Əsasını qoyduğumuz bu for-

mat beynəlxalq aləmdə öz layiqli yerini tutacaq. Biz 

bu gün mehriban qonşuluq nümunəsini göstəririk. 

Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, 

xoş niyyət varsa, arzularımız səmimidirsə, hətta bi-

zim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan 

regionumuzda  ölkələrimizi  risklərdən  qoruya,  sa-

bitliyi  möhkəmləndirə  və  əməkdaşlığı  dərinləşdirə 

bilərik.

Diqqətinizə görə təşəkkür edirəm.”

İran İslam Respublikasının 

Prezidenti Həsən 

Ruhaninin çıxışı:

“-  Azərbaycan  Respublikasının  Prezidenti 

Zati-aliləri  İlham  Əliyev!  Rusiya  Federasiyasının 

Prezidenti hörmətli cənab Vladimir Putin! Hörmət-

li qonaqlar!

Mən ilk növbədə Azərbaycan Respublikasına 

göstərdiyi qonaqpərvərliyə və belə bir görüşü keçir-

məsinə görə dərin minnətdarlığımı bildirirəm.

İran İslam Respublikasının xarici siyasətinin 

prinsiplərinə əsasən, qonşu ölkələrlə əlaqələrin ge-

nişləndirilməsi  əsas  götürülür.  Ona  görə  də,  İran 

hər hansı bir təşəbbüsə, razılaşmalara, anlaşmala-

ra tərəfdardır. İran, Azərbaycan və Rusiya arasın-

da  olan  üçtərəfli  görüş  fikir  mübadiləsinə,  ortaq 

mənafelərin  yaranmasına  imkan  verir.  İran  İslam 

Respublikası bu ideyanı yüksək dəyərləndirir. Şü-

bhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda 


62

 

ADY - 



təhlükəsizliyin  möhkəmləndirilməsi,  ölkələrimizin 

əlaqələrinin  genişləndirilməsi  və  dərinləşdirilməsi 

üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç 

qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan 

mühüm əhəmiyyətə malikdir.

Ölkələrimiz  siyasi,  iqtisadi,  mədəni,  sosial, 

texnologiya sahələrində bir sıra təhlükələrlə üz-üzə-

dir.  Bu,  onların  qarşılıqlı  anlaşmaya  nail  olması-

nı əvvəlkindən də artıq zəruri edir. Biz İran İslam 

Respublikasında inanırıq ki, indiki şəraitdə müxtə-

lif təhdidlərlə üzləşən bir ölkənin təkbaşına fürsət-

lərdən yararlanma imkanı olmayacaq. Hər ölkənin 

xalqının  rifah  və  firavanlığı  üçün  başqa  ölkələrlə, 

xüsusən  də  qonşu  ölkələrlə  əməkdaşlıq  lazımdır. 

İranın xarici siyasəti başqa ölkələrlə, xüsusilə qon-

şu ölkələrlə əməkdaşlıq, habelə müştərək mənafeyə 

əsaslanır. Bu sahədə aparılan müzakirələrin, danı-

şıqların faydalı olduğunu hiss edirik.

Müxtəlif tarixi, mədəni, dini və sosial sahələr-

də  ortaq  dəyərlər,  habelə  mövcud  potensiallardan 

zama  nında yararlanmaq üçtərəfli əlaqələrin geniş-

lənməsi  üçün  fürsətlər  yaradır.  Müxtəlif  poten-

siallardan  istifadə,  enerji  məsələləri,  habelə  geo-

siyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqə-

lərin genişləndirilməsi baxımından böyük fürsətdir. 

Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahə-

də müxtəlif problemlərin yaranması, mütəşəkkil ci-

nayətkarlıq və digər problemlərlə mübarizə hər üç 

ölkənin anlaşmaya nail olmasını tələb edir.

Son  illərdə  dünyada  baş  verən  dəyişikliklər, 

əməkdaşlıq və ortaq fikrə sahib olmaq bu problem-

lərə üstün gəlməyin mümkünlüyünü göstərir. Gö-

rürük ki, potensialdan istifadə etmək mümkündür. 

İran İslam Respublikası ilə Azərbaycan Respublika-

sı arasında müxtəlif sahələrdə əlaqələrdə çox müs-

bət dəyişikliklər baş verib. Bu iki ölkə arasında yaxşı 

qonşuluq  münasibətləri  var,  əlaqələrin  genişlən-

məsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Tica-

ri-iqtisadi əməkdaşlığın genişlənməsi baxımından, 

gömrük sahəsində əməkdaşlıq, eləcə də elektrik xət-

lərinin,  habelə  dəmir  yollarının  birləşdirilməsi  ilə 

bağlı anlaşmalar, Astaraçayın üzərində körpünün 

salınması,  həmçinin  Xudafərin  su  mənbəyindən 

müştərək  istifadə  edilməsi  kimi  faktları  göstərmək 

olar.

Rusiya  ilə  ikitərəfli  əlaqələrimiz  göstərir  ki, 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə