“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

43

 

ADY - 



da sərhəd-keçid məntəqələrində vaxt itkisinin 

qarşısını alacaq və sərnişinlərin daha da rahat 

səfər etmələrini təmin edəcəkdir. 

15  oktyabr  2015-ci  il  tarixində  Gürcüs-

tanın paytaxtı Tbilisi şəhərində İpək yolu Fo-

rumu keçirilmişdir. 

İki  gün  davam  edən  bu  forumda  Azər-

baycan,  Türkiyə,  Çin,  ABŞ,  Əfqanıstan,  Slo-

veniya, İtaliya, Çexiya və Qazaxıstan da daxil 

olmaqla,  30  ölkənin,  eləcə  də  20  beynəlxalq 

maliyyə və donor təşkilatının rəhbərləri iştirak 

edirlər.  Ümumilikdə,  forumda  1000-ə  yaxın 

qonaq iştirak etmişdir.

Forumda çıxış edən “Azərbaycan Dəmir 

Yolları”  QSC-nin  sədri  Cavid  Qurbanov  Ba-

kı-Tbilisi-Qars dəmir yolu layihəsindən, Şərq-

Qərb  və  Şimal-Cənub  beynəlxalq  nəqliyyat 

dəhlizində  ölkəmizin  aktiv  iştirakından,  bey-

nəlxalq  nəqliyyat  qovşağına  çevrilməsi  baxı-

mından  İpək  yolunun  ölkəmiz  üçün  vacibli-

yindən,  Azərbaycan  və  Gürcüstan  arasında 

birgə tarif siyasətindən bəhs etmişdir.

23  yanvar  2016-cı  il  tarixində  Türkiyə-

də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri 

Cavid  Qurbanov  və  Türkiyə  Respublikasının 

nəqliyyat, dənizçilik və kommunikasiya nazi-

ri Binali Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu 

layihəsinin icra vəziyyətini müzakirə ediblər.

Cavid  Qurbanov  Bakı-Tbilisi-Qars  də-

miryolu  layihəsinin  tarixi,  mövcud  vəziyyəti, 

reabilitasiya,  rekonstruksiya  və  tikintisində 

görülən  işlər,  eləcə  də  bu  dəhlizə  cəlb  oluna 

biləcək yüklər haqqında məlumat verib.

Bildirilib ki, hazırda bağlantının Gürcüs-

tan hissəsindən Türkiyə sərhədinə qədər olan 

hissədə yolun üst quruluşu işləri tamamlanıb. 

Dizel yanacağı ilə işləyən lokomotivlər bütün 

yolboyu  maneəsiz  hərəkət  edə  bilirlər.  Elekt-

rik təchizatı, işarəvermə və rabitə işləri bu ilin 

avqustunadək tamamlanacaq və yol istismara 

veriləcək.

Bağlantının Türkiyə hissəsində tikinti iş-

lərinin  80  faizinin  görüldüyünü  deyən  Binali 

Yıldırım həmçinin məlumat verib ki, bir çox ta-

mamlama və eyni zamanda, elektrik təchizatı, 

işarəvermə və rabitə işləri cari ilin sonunadək 

başa çatdırılacaq.



44

 

ADY - 



Tərəflər  yaxın  gələcəkdə  Azərbaycan, 

Gürcüstan  və  Türkiyə  rəsmilərinin  iştirakı  ilə 

Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərt-

ləri və tarif siyasətinin müəyyən edilməsi üçün 

üçtərəfli  görüşün  keçirilməsi  barədə  razılığa 

gəliblər.



Bakı-Tbilisi-Qars dəmir yolu 

layihəsinin icra vəziyyəti 

müzakirə olunmuşdur.

Türkiyədə  “Azərbaycan  Dəmir  Yolları” 

QSC-nin  sədri  Cavid  Qurbanov  ilə  Türkiyə 

Respublikası 

nəqliyyat, 

dənizçilik 

və 

kommunikasiya naziri Əhməd Arslan arasında 



Bakı-Tbilisi-Qars  dəmir  yolu  layihəsinin  icra 

vəziyyəti müzakirə olunmuşdur. 

Qarşılıqlı  səmimiyyət  və  dostluq 

şəraitində  keçən  görüşdə  “Azərbaycan  Dəmir 

Yolları”  QSC-nin  sədri  Cavid  Qurbanov 

çıxış  edərək  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

layihəsinin mövcud icra vəziyyəti, reabilitasiya, 

rekonstruksiya  və  tikintisində  görülən  işlər, 

eləcə  də  bu  dəhlizə  cəlb  oluna  biləcək  yüklər 

haqqında məlumat vermişdir. 

Sonra  Türkiyə  Respublikası  nəqliyyat, 

dənizçilik  və  kommunikasiya  naziri  Əh-

məd  Arslan  çıxış  edərək  bildirmişdir  ki, 

bağlantının  Türkiyə  hissəsində  tikinti  işlər 

sürətləndirilmişdir. Bir çox  tamamlama işləri, 

o  cümlədən  elektrik  təchizatı,  işarəvermə  və 

rabitə  işləri tez bir zamanda başa çatdırılacaq.

Tərəflər qərara almışlar ki, işlərin daha da 

sürətləndirilməsi üçün bütün qüvvələr səfərbər 

olunsun.  




45

 

ADY - 



DƏMİR YOLUNUN 

TARİXİNDƏ YENİ ERA

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfin-

dən  uğurla  davam  etdirilən  müasir  dövrün  iqtisadi  islahatları  respublikamıza  böyük  uğurlar 

gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Bütün sahələrdə olduğu kimi, 

nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətlən-

dirilir. 

Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi 

konsepsiyası Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən intensiv 

şəkildə reallaşdırılmaqdadır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif 

beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. 

Son vaxtlar dəmir yolunun həyatında bir canlanma hiss olunur. Peşəkar nəqliyyatçı Cavid 

Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə 

bu qurumun tarixində yeni era başlayıb. Son vaxtlar beynəlxalq maliyyə qurumları ilə daha da 

intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət 

təsirini göstərəcək. Çünki  dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq 

maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoyub.




46

 

ADY - 



Dəmir  yolu  nəqliyyat  sisteminin  inkişa-

fına dair Dövlət proqramına əsasən, enerji tə-

chizatının  sabit  cərəyandan  dəyişən  cərəyana 

keçirilməsi,  işarəvermə  və  rabitə  sisteminin  

yeniləşdirilməsi üzrə avadanlıqların alınması, 

yol  təsərrüfatının  sağlamlaşdırılması,  loko-

motiv və vaqon parklarının yenilənməsi və s. 

sahələrin müasir tələblər səviyyəsinə çatdırıl-

ması üzrə bir sıra mühüm tədbirlər həyata ke-

çirilib. 



Ölkə  başçısı  İlham  Əliyevin  apardığı 



uğurlu  siyasət  nəticəsində  Azərbaycan  Res-

publikasında  yüksək  inkişaf  əldə  olunmuş, 

həyata  keçirilən  islahatlar  və  genişmiqyaslı 

infrastruktur  layihələri  sosial-iqtisadi  həyatın 

davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da  

paytaxtımıza xarici ölkələrdən gələn vətəndaş-

ların günbəgün artmasına səbəb olmuşdur.

Paytaxtımızın  giriş  qapısı  sayılan  Bakı 

sərnişin vağzalının müasir dövrün tələblərinə 

cavab  verməsi  üçün  burada  yüksək  səviyyəli 

yenidənqurma  işlərinin  görülməsinə  ehtiyac 

yaranmışdır.  Artıq  Bakı  sərnişin  vağzalında 

yenidənqurma işləri sürətlə davam edir. Vağ-

zalın  əsas binasının fasadı (memarlıq üslubu-

nun  saxlanması  şərti  ilə)  yenidən  qurulacaq, 

vağzal binasının daxilində tam yenidənqurma 

işləri görüləcəkdir. Bilet kassaları, saxlama ka-

meraları, sərnişin platformaları müasir üslub-

da əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə 

əvəzlənəcək. 

Bakı və Sumqayıt şəhərləri arasında möv-

cud olan sərnişin sıxlığını, eləcə də avtomobil 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə