“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

47

 

ADY - 



yolunda olan tıxac problemini aradan qaldır-

maq üçün bu iki şəhər arasında bir zamanlar 

mövcud  olan  dəmir  yolu  əlaqəsini  yaratmaq 

zamanın  tələbi  idi.  Bunun  üçün  ilk  növbədə 

dəmir yollarının  əsaslı təmirinə ehtiyac var idi. 

3  mart  2015-ci  il  tarixində  Bakı-Xırda-

lan-Sumqayıt istiqamətində sərnişin daşınma-

sı sahəsində 63 km uzunluğunda baş yolların 

əsaslı  təmirinə  start  verilmiş,  sentyabrın  2-də 

işlər  başa  çatdırılmışdır.  Layihə  çərçivəsin-

də  Bakı  sərnişin,  Keşlə,  Xırdalan  və  Sumqa-

yıt sərnişin stansiyalarında stansiya yolları və 

yoldəyişənləri  yenilənmiş,  Bakı-sərnişin  və 

Sumqayıt-sərnişin  stansiyalarında  turniketlər 

və  post-terminallar quraşdırılmışdır.

Onu da qeyd edək ki, hələ 13 may 2015-ci 

il tarixində Bakıda “Stadler Rail Group”   şirkə-

tindən  5  ədəd  “KISS”  markalı  ikimərtəbəli 

elektrik  qatarının  alınması  üzrə  saziş  imzala-

mışlar. 


21  may  2015-ci  il  tarixində  “Azərbaycan 

Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 

sədri  Cavid  Qurbanov  “Stadler  Rail  Group” 

şirkətinin “Stadler Minsk” zavodunda olmuş, 

Azərbaycan Dəmir Yolu üçün istehsal olunan 

“KISS”  markalı  ikimərtəbəli  elektrik  qatarına 

baxış keçirmişdir. 

Azərbaycan  Respublikasının  Preziden-

ti Zati-aliləri İlham Əliyevin iştirakı ilə  sent-

yabr  ayının  12-də Bakı  sərnişin stansiyasında 

Bakı-Sumqayıt  marşrutu  ilə  hərəkət  edən  ilk 

sərnişin qatarının yolasalma  mərasimi keçiril-

mişdir. 



48

 

ADY - 





“Azərbaycan  Dəmir  Yolları”  Qapalı 

Səhmdar  Cəmiyyəti  müxtəlif  beynəlxalq  la-

yihələrin fəal iştirakçısı olmaqla yanaşı, onla-

rın  həyata  keçirilməsinə  də  ciddi  yanaşır.  Bu 

istiqamətdə  XXI əsrin əsas tikintilərindən olan 

və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin 

onlarla xalq və ölkə arasında körpü rolunu oy-

nayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 

reallaşdırılması istiqamətində işlər sürətlə da-

vam edir. “Dəmir İpək yolu” adlandırılan Ba-

kı-Tbilisi-Qars  dəmir  yolu  xəttində  işlərin  bu 

ilin sonuna kimi başa çatdırılması və gələn il 

tam istifadəyə verilməsi nəzərdə tutulur.



 

Azərbaycanın  tranzit  potensialının  ar-



tırılması  istiqamətində  atılan  addımlar  daha 

təqdirəlayiqdir.  Son  vaxtlar  daha  bir  marşrut 

-  Beynəlxalq  Transxəzər  Nəqliyyat  Marşrutu 

öz  fəaliyyətini  genişləndirməkdədir.  2015-ci 

il  avqust  ayının  3-də  Beynəlxalq  Transxəzər 

Nəqliyyat  Marşrutu  üzrə  Şixezi  (Çin)-Dostık-

Aktau-Ələt limanı istiqamətində hərəkət edən 

“Nomand ekspress” ilk sınaq konteyner qatarı 

Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanına  çat-

mışdır. Çindən gələn ilk konteyner qatarı Bey-

nəlxalq Transxəzər Nəqliyyat Marşrutunun in-

kişafı üzrə Koordinasiya komitəsinin səyi nə-

ticəsində mümkün olub. Bu komitə Azərbay-

can, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çinin 

nəqliyyat və loqistika şirkətlərini, o cümlədən 

Bakı, Aktau, Poti və Batumi limanlarını özün-

də birləşdirir. Artıq bu marşrutla üç qatar yola 

salınıb. 

Daha  sonra  Ukrayna  da  Beynəlxalq 

Trans xəzər  Nəqliyyat  Marşrutuna  qoşulmuş 

və bu marşrut üzrə daha iki qatar yola salın-

mışdır.




“Azərbaycan Dəmir Yolları” QSC-də ge-

dən  yeniləşmə  prosesinin  əsas  tərkib  hissələ-

rindən biri yolların əsaslı təmiridir. Son vaxt-

lar “Azərbaycan Dəmir Yolları” QSC-də Çexiya 

Respublikasının  “MORAVIA  STEEL”  şirkə-

tinin  rəhbərliyi  ilə  ikitərəfli  görüş  keçirilmiş, 

“Azərbaycan  Respublikası  Dəmir  Yollarının 

Bakı-Böyük Kəsik sahəsində 600 km hissəsinin 

maddi-texniki təchizatı və əsaslı təmiri” barə-

də İxrac müqaviləsinə əlavə Saziş imzalanmış-

dır.


2015-ci ilin oktyabr ayında təmir işlərinin 


49

 

ADY - 



növbəti mərhələsinə start verilmiş və bu günə 

kimi 130 km-dən artıq dəmir yolu əsaslı surət-

də təmir edilmişdir.




 

Bakı-Böyük Kəsik istiqamətində elektrik 

təchizatı  sisteminin  25  kV-luq  dəyişən  cərə-

yanlı dartqı sisteminə keçirilməsi mərhələlərlə 

icra olunacaq. Layihənin birinci mərhələsi Bö-

yük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, 

üçüncü  mərhələsi  Ucar-Hacıqabul,  dördüncü 

mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə 

edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstan-

siya tikilmişdir (hazırda tamamlama işləri gö-

rülür). Eyni zamanda, kontakt şəbəkəsində da-

yaqların  quraşdırılması,  kontakt  naqillərinin 

çəkilməsi davam edir.




Dəmir yolunun vaqon və lokomotiv par-

kının yenilənməsi istiqamətində görülən işlər 

olduqca  təqdirəlayiqdir.  Yük  daşımalarına 

olan tələbatın ödənilməsi, xidmətin səviyyəsi-

nin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb 

olunması  və  daşınan  yüklərin  mənzil  başına 

təhlükəsiz şəraitdə çatdırılması üçün texniki va-

sitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu 

həm də əlavə valyuta resurslarının Azərbaycan 

iqtisadiyyatına yönəldilməsi deməkdir. 

2015-ci ilin mart ayında  “Azərbaycan Də-

mir Yolları” QSC ilə Rusiya Federasiyasının F. 

Dzerjinski  adına  “Uralvaqonzavod”  Elmi-İs-

tehsal  Korporasiyası  arasında  3100  müxtəlif 

təmayüllü  yük  vaqonunun  alınması  ilə  bağlı 

müqavilə  imzalanmış,  qısa  müddət  ərzində 

yeni yük vaqonları ölkəmizə gətirilmişdir. 

İstismar müddətini keçmiş yük vaqonla-

rının əsaslı təmiri davam etdiriləcək. 




 

Son  vaxtlar  “Azərbaycan  Dəmir  Yolları” 

Qapalı  Səhmdar  Cəmiyyətinin  sədri  Cavid 

Qurbanovun rəhbərliyi altında dəmir yolunun 

lokomotiv parkının yenilənməsi istiqamətində 

də mühüm addımlar atılır. 

Qazaxıstandan 10 ədəd teplovozun alın-

ması  haqqında  müqavilə  imzalanmış,  artıq 

teplovozlar ölkəmizə gətirilmişdir. 

Yük  daşımalarında  istifadə  etmək  üçün 

sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alın-

mışdır. Həmin elektrovozlar elektron sürətöl-

çən və müasir dartı mühərriki ilə təchiz edil-

mişdir. 


“Azərbaycan  Dəmir  Yolları”  QSC  ilə 

Fransanın “Alstom Transportation S.A.” şirkə-

ti arasında 12 may 2014-cü il tarixdə bağlanmış 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə