“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

41

 

ADY - 



təntənəsinin daha bir əlamətidir. Xüsusən də yeni 

müstəqil  ölkələrin  –  Gürcüstan  və  Azərbaycanın 

müstəqilliyinin daha bir təntənəsidir. Biz sübut et-

dik ki, müstəqil ölkələr kimi yaxşı yaşaya bilər və 

qarşımızda duran bütün vəzifələri özümüz həll edə 

bilərik.”

Həmin gün Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyev, Gürcüstan Preziden-

ti  Mixail  Saakaşvili  və  Türkiyənin  Baş  naziri 

Rəcəb  Tayyib  Ərdoğanın  iştirakı  ilə  bir  sıra 

sənədlər imzalanmışdır.

Əvvəlcə,  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti 

Mixail Saakaşvili və Türkiyənin Baş naziri Rə-

cəb  Tayyib  Ərdoğan  “Regional  əməkdaşlığa 

ümumi baxış haqqında Tbilisi bəyannaməsi”ni 

imzalamışlar.

Azərbaycan  Respublikasının  Preziden-

ti Zati-aliləri İlham Əliyev 21 fevral 2007-ci il 

tarixində “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” 

layihəsinin həyata keçirilməsi ilə əlaqədar təd-

birlər haqqında sərəncam imzaladı. Sərəncam-

da qeyd olunur ki: 



“-  Azərbaycan  Respublikasında  aparılan  uğurlu 

sosial-iqtisadi  quruculuq  işləri  nəticəsində  ölkədə 

iqtisadi inkişafın yüksək artım tempinə nail olun-

muşdur, dövlətimizin iqtisadi qüdrəti gücləndiril-

mişdir  və  bu  istiqamətdə  fəaliyyət  ardıcıl  surətdə 

davam etdirilir. Heydər Əliyev neft strategiyasının 

tarixi bəhrələri olan Bakı-Tbilisi-Ceyhan əsas neft 

ixrac boru kəmərinin (BTC ƏNİBK) fəaliyyətə baş-

laması, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru 

kəmərinin (BTƏ CQBK) istismara verilməsi və bu-

nunla da Azərbaycanın dünya bazarına neft və qaz 

ixrac  etmək  imkanı  əldə  etməsi Avropa  Qonşuluq 

siyasəti  çərçivəsində  səmərəli  əməkdaşlığı  daha  da 

genişləndirir,  dövlət  müstəqilliyi  və  suverenliyi-

mizin möhkəmlənməsini təmin edir. Bu qlobal la-

yihələrin tarixi baxımdan qısa zaman ərzində mü-

vəffəqiyyətlə həyata keçirilməsi ölkəmizin regionda 

aparıcı mövqelərə yiyələnməsi ilə yanaşı, dünyada 

baş verən siyasi və iqtisadi proseslərdə də çəkisinin 

artmasına səbəb olmuşdur.    

Eyni  zamanda,  Azərbaycanın  geosiyasi  vəziyyəti 

və dünyanın müxtəlif istiqamətlərini birləşdirən ti-

carət yollarının kəsişməsində yerləşməsi ilə əlaqədar 

olaraq,  ölkəmiz  tarixi  İpək  yolunun  bərpası  çərçi-

vəsində həyata keçirilən və geniş perspektivə malik 

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradıl-

ması məqsədini daşıyan “TRASEKA” proqramının 

mühüm  iştirakçılarından  biri  olmuşdur.  Bununla 

bağlı  bir  sıra  irimiqyaslı  proqramların  reallaşdı-

rılması  nəticəsində  yaxın  və  uzaq  xarici  ölkələrlə 

qurulan  faydalı  iqtisadi  münasibətlər  daha  da  ge-

nişləndirilmiş, ticarət dövriyyəsi sürətlə artmış və 

Azərbaycan  tranzit  yüklərinin  daşınmasının  həc-

minə görə regionda mühüm ölkəyə çevrilmişdir.

Nəqliyyat  infrastrukturunun  diversifikasiyasında, 

beynəlxalq  yük  daşımalarının  Azərbaycan  ərazi-

sindən tranzitinin daha da artırılmasında, regional 

əməkdaşlığın  inkişaf  etdirilməsində  mühüm  əhə-

miyyət  kəsb  edəcək  yeni  nəqliyyat  dəhlizinin  ya-

radılması  məqsədi  ilə  təşəbbüsümüzlə Azərbaycan 

Respublikası, Gürcüstan və Türkiyə Respublikası-

nın  prezidentləri  tərəfindən  Azərbaycan,  Gürcüs-

tan və Türkiyə arasında birbaşa dəmir yolu bağlan-

tısını nəzərdə tutan “Bakı-Tbilisi-Qars dəmir yolu 

bağlantısı” barədə Birgə bəyanat imzalanmışdır”.

 

Eyni  zamanda,  sözügedən  sərəncama 



əsasən,  “Bakı-Tbilisi-Qars  yeni  dəmir  yolu” 

layihəsinin  həyata keçirilməsi üzrə Azərbay-

can Respublikası Hökuməti tərəfindən işlərin 

əlaqələndirilməsi  Azərbaycan  Respublikası 

Nəqliyyat  Nazirliyinə  həvalə  edilmiş,  Azər-

baycan  Respublikası  Nazirlər  Kabineti  və 

Azərbaycan  Respublikası  Nəqliyyat  Nazirli-

yinə tapşırılmışdır ki, bir ay müddətində “Ba-

kı-Tbilisi-Qars  yeni  dəmir  yolu”  layihəsinin 

həyata  keçirilməsi  ilə  bağlı  artan  beynəlxalq 

daşımaların təmin edilməsi məqsədi ilə Azər-

baycan  Dövlət  Dəmir  Yolunun  2007-2010-cu 

illərdə inkişafına dair Dövlət proqramı layihə-

si  hazırlanıb  Azərbaycan  Respublikası  Prezi-

dentinə  təqdim  edilsin.  Artıq  bu  istiqamətdə 

müəyyən işlər görülməkdədir.

Xatırlatmaq lazımdır ki, Bakı-Tbilisi-Qars 

dəmir yolu layihəsinin həyata keçirilməsi üzrə 

Çərçivə sazişinə əsasən, Azərbaycan layihənin 

həyata keçirilməsi üçün Gürcüstana illik 1 fa-




42

 

ADY - 



izlə 25 il müddətinə 200 milyon dollar kredit 

verəcək. Bu dəmir yolu vasitəsi ilə ilk illərdə 5 

milyon ton yük, növbəti illərdə isə 15 milyon 

tona qədər yük daşınacağı gözlənilir.

Azərbaycan  Respublikasının,  onun  nəq-

liyyat  strukturlarının  reallaşmaqda  olan  bey-

nəlxalq nəqliyyat dəhlizlərində iştirakı riyakar 

düşmənlərimizi narahat etməyə bilməzdi. Belə 

ki, ABŞ-ın bir qrup ermənipərəst konqresme-

ni Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı 

layihəsinin  həyata  keçirilməsini  əngəlləmək 

üçün Qars-Gümrü dəmir yolunun mövcudlu-

ğunu ortaya atıblar. Əslində, bu, elan olunma-

mış  müharibəyə  cəlb  olunmuş  Azərbaycanın 

haqq səsinə ikili standartlar çərçivəsində mü-

nasibət bəsləndiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Bakı-Tbi-

lisi-Qars  dəmir  yolu  bağlantısının  uzunluğu 

98 kilometrdir. Bunun 68 kilometri Türkiyə, 30 

kilometri  isə  Gürcüstan  ərazisində  tikiləcək. 

İlkin  qiymətləndirmə  göstərib  ki,  yolun  tikil-

məsi üçün 250 milyon ABŞ dolları lazım ola-

caq. Bunun da 200 milyon ABŞ dolları Türkiyə 

sahəsinə,  50  milyon  ABŞ  dolları  isə  Gürcüs-

tan sahəsinə yönəldiləcəkdir. Lakin layihənin 

ümumi dəyəri 400 milyon ABŞ dolları həcmin-

də  dəyərləndirilir.  Layihənin  texniki-iqtisadi 

əsaslandırılmasını  Türkiyə  tərəfi  öz  üzərinə 

götürüb və bunun üçün 1 milyon ABŞ dolları 

həcmində vəsait ayırıb. Yeni yolun uzunluğu 

köhnə  yolla  müqayisədə  xeyli  qısadır.  Bu  da 

Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi cəhətdən 

səmərəli olduğunu bir daha sübut edir.

Bu fikrin tam dəstəyi kimi, BMT Avropa 

İqtisadi  Komissiyasının    Trans-Avropa  dəmir 

yolları  baş  planının  yekun  hesabatına  (mart 

2005-ci il) Bakı-Tbilisi-Qars dəmir yolu bağlan-

tısı birinci dərəcəli prioritet layihə kimi (4 bal 

qiyməti üzrə) daxil edilmişdir.

Azərbaycan  iqtisadiyyatının  inkişafında 

çox  mühüm  rol  oynayan  Azərbaycan  dəmir 

yolu beynəlxalq və regional layihələrdə iştirak 

etməklə  öz  infrastrukturunu  qoruyub  saxla-

yır, əhalinin, dövlət strukturlarının daşımala-

ra  olan  tələbatının  ödənilməsi  istiqamətində 

fəaliyyətini uğurla davam etdirir. Regiona sa-

bitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə 

biləcək  hər  hansı  layihənin  reallaşmasında 

Azərbaycanın iştirak etməsi istənilən prizma-

dan  çox  gərəklidir. Araşdırmalara  görə,  gələ-

cəkdə  Rusiyanın  da  Bakı-Tbilisi-Qars  dəmir 

yolunun xidmətlərindən istifadə etməsi istisna 

olunmur. Rusiya bu layihəyə maraq göstərir və 

bu  sahədə  mümkün  əməkdaşlıq  imkanlarını 

araşdırır. Ekspertlərin araşdırmalarına əsasən, 

Rusiyanın Bakı-Tbilisi-Qars layihəsində iştirak 

etməyə maraq göstərməsi təbii haldır. Rusiya 

bu nəqliyyat arteriyasına qoşulsa, Çindən tut-

muş Avropa ölkələrinə qədər müxtəlif dövlət-

lərdən  yüklər  qəbul  edə  və  ya  göndərə  bilər. 

Əksər  təhlilçilər  tezliklə  digər  dövlətlərin  də 

bu  layihəyə  maraq  göstərəcəyini  düşünürlər. 

Necə  deyərlər,  qədim  İpək  yolunun  Dəmir 

İpək yoluna çevrilməsi prosesi start götürüb! 



28 sentyabr 2015-ci il tarixində “Stadler 

Rail  Group”  şirkətinin  İsveçrənin  Altenrayn 

şəhərində  yerləşən  zavodunda  “Azərbaycan 

Dəmir  Yolları”  QSC-nin  sifarişi  ilə  gələcəkdə 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət 

edəcək  yataq  tipli  sərnişin  vaqonlarına  baxış 

və hazır birinci vaqon korpusunun qəbulu hə-

yata keçirilmişdir.

Tədbirdə  “Azərbaycan  Dəmir  Yolları” 

Qapalı  Səhmdar  Cəmiyyətinin  sədri  Cavid 

Qur banov,  “Stadler  Rail  Group”  şirkətinin 

prezidenti Piter Şpuler, Azərbaycanın İsveçrə 

Konfederasiyasında  səfiri  Əkrəm  Zeynallı  və 

hər iki tərəfin nümayəndə heyəti iştirak etmiş-

lər.

Gələcəkdə  Bakı-Tbilisi-Qars  marşrutu 



üzrə  hərəkət  edəcək  qatarlar  üçün  Azərbay-

can  tərəfi  “Stadler”  şirkətinə  30  ədəd  yataq 

tipli  vaqon sifariş edib. Vaqonlar (“standart”, 

“komfort”, “biznes” və “restoran” tipli olmaq-

la) dörd kateqoriyada istehsal olunur. Kateqo-

riyasından  asılı  olaraq,  vaqonlar  10,  20  və  32 

yerlik olacaq.

Müasir  texnoloji  üstünlüklərlə  təchiz 

olunmuş vaqonların alt hissəsinin müvafiq rels 

ölçüsünə  uyğunlaşdırılması  avtomatlaşdırıl-

mış sistem sayəsində mümkün olacaqdır ki, bu 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə