“ Ötən il Azərbaycan özünü dünyaya çox



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix27.02.2018
ölçüsü0,54 Mb.
#28243
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

31

 

ADY - 



“Azərbaycan  Dəmir  Yolları”  Qapalı  Səhmdar 

Cəmiyyətinin  sədri  Cavid  Qurbanov  iclasda 

çıxış  edərək  bildirmişdir  ki,  Azərbaycan  Av-

ropa  ilə Asiyanın  qovuşmasında  yerləşdiyinə 

görə,  ölkəmizin  nəqliyyat  qurumları  “Şərq-

Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat 

dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

8  fevral  2016-cı  il  tarixdə  Rusiya  Fede-

rasiyasının  Moskva  şəhərində “Rusiya  Dəmir 

Yolları”  ASC  və  “Azərbaycan  Dəmir  Yolları” 

QSC arasında əlverişli əməkdaşlığın inkişaf et-

dirilməsinə həsr olunmuş yığıncaq keçirilmiş-

dir. Tədbir “Azərbaycan Dəmir Yolları” QSC-

nin  sədri  Cavid  Qurbanovla  “Rusiya  Dəmir 

Yolları” ASC-nin  Prezidenti  Oleq  Belozyorov 

arasında  əldə  olunmuş    razılıq  çərçivəsində 

baş  tutmuşdur.  Yığıncaqda  Rusiya  Federasi-

yası-Azərbaycan  Respublikası  istiqamətində 

yükdaşımaların təşkili, Azərbaycan Respubli-

kasının tranzit potensialının inkişaf etdirilmə-

si, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi 

şərti  ilə  “Şimal-Cənub”  beynəlxalq  nəqliyyat 

dəhlizinin inkişaf etdirilməsi  məsələləri  mü-

zakirə  olunmuşdur.  “Rusiya  Dəmir  Yolları” 

ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir 

Yolları”  QSC  və  “ADY  Ekspress”  MMC-nin  

nümayəndə heyətinin üzvləri yükdaşıma, nəq-

liyyat-ekspeditor  xidməti,  eləcə  də  yüklərin 

boşaldılması və saxlanılması sahəsində əmək-

daşlıq etməkdə maraqlı olduqlarını bildirmiş-

lər. Müzakirələrdən sonra tərəflər yükdaşıma 

marşrutlarında müvafiq dərəcələrin müəyyən 

edilməsi üzrə razılığa gəlmişlər.

23 fevral 2016-cı il tarixində  Azərbaycan 

Respublikasının  Prezidenti  Zati-aliləri  İlham 

Əliyevin İran İslam Respublikasına rəsmi səfə-

ri çərçivəsində bir sıra sənədlər imzalanmışdır. 

“Azərbaycan Dəmir Yolları” QSC ilə İran İslam 

Respublikasının  Dəmiryol  İdarəsi  arasında 

Azərbaycan-İran  dövlət  sərhədində,  Astara 

çayı  üzərində  dəmiryol  körpüsünün  tikinti-

si  haqqında  müqavilə”ni  “Azərbaycan  Dəmir 

Yolları”  QSC-nin  sədri  Cavid  Qurbanov  və 

İranın yol və şəhərsalma nazirinin müavini – 

Dəmir Yolları Şirkətinin baş direktoru Möhsün 

Purseyid Ağayi imzalamışlar.

3 mart 2016-cı il tarixində Naxçıvan Mux-

tar  Respublikasında  “Azərbaycan  Dəmir  Yol-

ları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Ca-

vid  Qurbanovla  İran  Dəmir  Yollarının  İdarə 

heyətinin  üzvü  Abbas  Hajfathaliha  arasında 

ikitərəfli  görüş  keçirilmişdir.  Görüşdə  “Nax-

çıvan-Culfa-Təbriz-Tehran-Məşhəd” marşrutu 

üzrə  beynəlxalq  sərnişin  qatarının  istifadəyə 

verilməsi üçün təşkilati işlərin həlli”, “İran Də-

miryol  İdarəsi  tərəfindən  Azərbaycan  Dəmir 




32

 

ADY - 



Yollarına məxsus yük vaqonlarının birgə isti-

fadəsi”,  “Rəşt-Astara  dəmir  yolunun  tikilmə-

si  üçün  maliyyə  mənbələrinin  araşdırılması” 

məsələləri müzakirə olunmuşdur.

20  aprel  2016-cı  il  tarixində Azərbaycan 

Respublikası  ilə  İran  İslam  Respublikasının 

dövlət sərhədində - Astara çayı üzərində 82,5 

metr  uzunluğunda  dəmiryol  körpüsünün 

təməlqoyma  mərasimi  keçirilmişdir.  Əvvəlcə 

onu qeyd edək ki, bu möhtəşəm işlər Azərbay-

can Respublikasının Prezidenti İlham Əliyevin 

İrana sonuncu səfəri çərçivəsində imzalanmış 

Azərbaycan və İran dəmir yollarının əlaqələn-

dirilməsi  haqqında  Hökumətlərarası  çərçivə  

sazişinə və Azərbaycan-İran dövlət sərhədində 

Astara çayı üzərində dəmir yolu körpüsünün 

tikintisi  haqqında  müqaviləyə  əsasən  həyata 

keçirilir.  Tədbirdə  Azərbaycanın  iqtisadiyyat 

və sənaye naziri, Azərbaycan Respublikası ilə 

İran  İslam  Respublikası  arasında  iqtisadi,  ti-

carət və humanitar sahələrdə əməkdaşlıq üzrə 

Dövlət  Komissiyasının  həmsədri  Şahin  Mus-

tafayev,  Azərbaycan  Dəmir  Yolları”  QSC-nin 

sədri  Cavid  Qurbanov,  İran  İslam  Respubli-

kasının  rabitə  və  informasiya  texnologiyaları 

naziri Mahmud Vaezi və İRR Dəmiryol İdarə-

sinin baş direktoru Mohsen Purseyid Ağayi iş-

tirak etmişlər. 

Son  vaxtlar  “Şimal-Cənub”  beynəlxalq 

nəqliyyat dəhlizinin reallaşdırılması istiqamə-

tində mühüm addımlar atılmaqdadır. Bu dəh-

lizinin ölkəmizin ərazisindən keçən hissəsində 

işlərin  sürətləndirilməsi  zamanın  tələbidir. 

Bu  məqsədlə  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə 

“Şimal-Cənub”  beynəlxalq  nəqliyyat  dəhli-

zinin  Azərbaycan  Respublikasının  ərazisin-

dən keçən hissəsində işlərin sürətləndirilməsi 

haqqında  sərəncam  imzalamışdır.  Sərəncam-

dan  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi 

üçün bütün qüvvələr səfərbər olunub. Həmin 

sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə 

Azərbaycan  Respublikası  ilə  İran  İslam  Res-

publikasının  dövlət  sərhədində,  Astara  çayı 



BEYNƏLXALQ NƏQLİYYAT DƏHLİZLƏRİ


33

 

ADY - 



üzərində  82,5  metr  uzunluğunda  dəmir  yolu 

körpüsünün  təməli  qoyulmuş,  Astara  stansi-

yasından  İran  İslam  Respublikasının  dövlət 

sərhədinə qədər 8,3 km uzunluğunda birxətli 

yeni dəmir yolunun tikintisinə start verilmiş-

dir. Aradan keçən qısa zaman ərzində Astara 

çayı üzərində tikiləcək dəmiryol körpüsünün 

aşırımında 32 ədəd (30 metr dərinliyində) özül 

qoyulmuş və üç aşırımın 4 dayağı tikilmişdir. 

Hazırda 2 dayağın tikintisi davam edir.  

Astara  stansiyasından  İran  İslam  Res-

publikasının  dövlət  sərhədinə  qədər  8,3  km 

uzunluğunda birxətli dəmir yolu üçün torpaq 

yatağının işlənməsi başa çatmaq üzrədir. Rel-

yefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika 

cəlb olunub və bu günə kimi 380000 kubmetr 

qum,  qaya  daşı,  çınqıl  və  köhnə  dəmir-beton 

məmulatı  döşənib.  Ərazidə  çirkab  sularının 

axıdılması  üçün  13  ədəd suötürücü  qurğu  ti-

kilməlidir. Bunun 11 ədədi artıq hazırdır. Eyni 

zamanda, dəmir yolu xəttinin çəkildiyi əraziyə 

düşən  elektrik  və  qaz  xətlərinin  köçürülməsi 

də başa çatmaq üzrədir. Bütövlükdə, bu ərazi-

də köçürülməli olan 315 obyekt var və bunun 

da  10-u  yaşayış  evidir.  Artıq  97  obyektin,  o 

cümlədən  9  evin  köçürülməsi  başa  çatıb.  Di-

gərlərinin sənədləşməsi aparılır.

Eyni zamanda, Astara stansiyasının yol-

larının  yenilənməsi  də  gündəmdədir.  Artıq 

stansiyadaxili  yollardan  2  km  uzunluğunda 

hissə əsaslı təmir olunub. Həm körpünün, həm 

də dəmiryol xəttinin 2016-cı ilin sonuna kimi 

yekunlaşdırılması planlaşdırılır.

Qeyd  edək  ki,  12  sentyabr  2000-ci  il  ta-

rixində  Sankt-Peterburq  şəhərində  Rusiya 

Federasiyası, İran İslam Respublikası və Hin-

distan  arasında  “Şimal-Cənub”  beynəlxalq 

nəqliyyat dəhlizi haqqında saziş bağlanmışdır. 

Göstərilən  dövlətlərdə  daxili  prosedurlardan 

keçdikdən  sonra  21  may  2002-ci  il  tarixində 

saziş qüvvəyə minmişdir. 2005-ci ilin sentyabr 

ayında  Azərbaycan  Respublikasının  Qanunu 

ilə ölkəmiz “Şimal-Cənub” beynəlxalq nəqliy-

yat dəhlizi haqqında sazişə  qoşulmuşdur. 

Proqnozlar göstərir ki, tam gücü ilə fəa-

liyyət  göstərəcəyi  təqdirdə,  “Şimal-Cənub” 

beynəlxalq  nəqliyyat  dəhlizi Avropa  ölkələri, 

Rusiya,  Orta  Asiya  və  Qafqaz  regionlarının 

Fars  körfəzi  və  Hindistana  çıxışına,  Xəzərya-

nı  ölkələrin  Qara  dəniz  limanları  ilə  ticarət 

əlaqələrinin intensivləşdirilməsinə şərait yara-

dacaq. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə